Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə65/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   61   62   63   64   65   66   67   68   ...   131

260
BİRİNCİ KİTAB
TAT  DİLİ  MƏTNLƏRİNİN  AZƏRBAYCAN 
DİLİNƏ  TƏRCÜMƏSİ
i
Getdim gördüm qazinin damında 
İki siçan oynayır.
Daş(ı) atdım çatmadı,
Birin də (daşın birini də) havaya atdım,
Gəlib dəydi bumuma (hərfən:  bumumun üstünə). 
Bumum qanadı.
Qanı verdim torpağa,
Torpaq mənə ot verdi,
Otu verdim quzuya,
Quzu mənə quyruq verdi.
Quyruğu verdim qarıya,
Qarı mənə qoğal verdi.
Qoğalı  verdim mollaya,
Molla mənə kitab verdi,
Kitabı  verdim Allaha,
Allah mənə ömür bağışladı.
II. Pələng və at
1.  Bir  ovçu  öz  atı  ilə  meşəyə  getdi.  2.  Meşənin  qırağında 
atdan  düşdü,  meşəyə  getdi,  atı  da  buraxdı.  3.  At  bir  az  otladı,  bu 
vaxt bir  pələng  onu  gördü,  ata  dedi:  -   Mən  səni  yeyəcəyəm.  4.  At 
ona cavab  verdi:  -   yox,  əvvəl  gəl  gücümüzü  sınayaq,  məni  aparsan 
sonra  yeyərsən.  5.  Pələng  deyir:  -   Olsun,  gücümüzü  sınayaq.  Bəs 
siftə  nədən  başlayaq?  6.  Sən  bilirsən,  nədən  kefin  istəyir  ondan,  -  
deyə  at pələngə  cavab  verir.  7.  Pələng deyir:  -  Gəl  çayın  üzərindən 
tullanaq.  8. At tullanır çayın ortasına,  suyun içərisinə düşür,  üzə-üzə
AZƏRBAYCAN  TATLARININ  DİLİ
261
kənara çıxır.  9.  Pələng  yüyürüb  çayın  bu  tayından  o  tayına  tullanıb 
keçir.  10.  Atın  yanma  gəlib  deyir:  -  Mən  səni  indi  yeyəcəyəm.  11. 
At  deyir:  -   Dayan,  indi  mən  sənə  tapşırıq  verim  (hərfən:  bir  iş 
tapşırım).  12. Pələng  soruşur:  -  Nə tapşırıq (hərfən:  iş). -  Gəl  ayaq­
larımızı  daşa  vuraq,  görək  kim  daşdan  od çıxardacaq?  13.  -  Olsun, 
-   deyə  pələng  cavab  verir.  At  iri  bir  daşın  yanında  dayanır,  əlləri 
üstündə  qalxıb  daşa  bir  təpik  vurur.  14.  Daşdan  elə  od  çıxır  ki, 
təəccübdən  pələngin  gözləri  hədəqəsindən  çıxır.  15.  -   Hə,  indi  gəl 
sən  daşa təpik  vur,  -  deyə  at pələngə  təklif edir.  16.  Pələng  daşa  bir 
təpik  vurur,  od  çıxara  bilməyib  ayağını  da  sındırır.  17.  Pələng  atda 
bu  gücü  görüb  qorxudan  qaçıb  öz  yerində  gizlənir.  18.  Bu  vaxt  bir 
boz  qurd  gəlib  pələngin  yanına  çıxır.  19.  Görür  ki,  pələng  ah-uf 
edir,  soruşur:  -   Niyə  ah-uf edirsən?  Ayağını  kim  sındırıb?  20.  Pə­
ləng deyir:  -  At.  21.  Sonra qurddan  soruşur:  -  Bir de  görüm,  sən  at 
görmüsən,  ya  yox?  Sən  ondan  qorxursan?  22.  Qurd  gülüb  deyir:  — 
Sən  məni  nə  hesab edirsən?  Mən  ondan  qorxuram?  Mən  onu yemi­
şəm  də.  23.  Pələng  deyir:  -   Ola  bilməz,  yalan  deyirsən.  24.  Qurd 
deyir:  -   Sən  mənə  inanmırsan?  Onu  mənə  göstər,  mən  onu  yeyim.
25.  Pələng qurda atı  göstərmək  üçün  iki  pəncəsi  arasında qurdu  ha­
vaya qaldırır.  26.  Pələngin pəncələri  qurdu elə sıxır ki,  (qurdun) ca­
nı  çıxır.  Pələng  isə  bunu  bilmir  ki,  canavar  ölüb.  27.  Pələng  xəbər 
alır:  -  Atı  görürsən?  28.  Qurddan cavab  gəlmir,  yenə də  soruşur: -  
Nə  oldu,  atı  görürsən. .29.  Qurddan  yenə  də  cavab  gəlmir.  30.  Pə­
ləng  hirslənir,  qurdu  yerə  çırpır,  görür  ki,  canavarın  canı  çoxdan 
çıxıb.  31. Gülüb deyir, -  Dost,  bəs sən deyirdin ki,  mən at yemişəm. 
Eləcə uzaqdan bircə dəfə görməklə canın çıxdı  ki? Mənə halal  olsun 
ki, onunla hətta danışmışam da,  ancaq hələ ölməmişəm.
III.  Qarışqa ananı uşağın yadından necə çıxartdı
1.  Bir kənddə bir qızcığaz  olur.  Bu qızın  əziz-xələf anasından 
başqa  heç  kəsi  olmur.  Bilmirəm,  qəziyyədənmi,  allahdanmı,  yaxud 
pirdənmi,  yaxud  da  qızın  öz  bəxtindəndir,  bir  gün  bu  qızcığazın 
anası  bu  dünyadan  köçməli  olur,  qızını  çağırıb öpüb-oxşayır,  gözlə­


262
BİRİNCİ KİTAB
rini  həmişəlik  bağlayır.  Bu  qızcığaz  bundan  sonar  hər  gün  gedir 
anasının  qəbrinin  üstünə,  saatlarla  oturub  ağlayır,  sel  kimi  göz  yaşı 
axıdır,  axşam qaranlığı düşdükdə durub öz qaranlıq daxmalarına gə­
lir.  Kənd  cammatı  bu  qızcığazı  bu  adətdən  uzaqlaşdırmaq  üçün  nə 
qədər  onu  dilə  tuturlarsa başa  gəlmir  ki,  gəlmir.  Bu  qız bütün  bir il 
qış-yay  gedib  anasının qəbri  üstündə  bütün günü  oturur,  ağlayıb ax­
şam  evə  gəlir.  2.  Bu  xəbər  gedib  kəndin  qocalarından  birinə  çatır. 
Bu  qoca  deyir ki,  qız  buna  artıq  adət etmişdir.  3.  Onu  tərgizdirmək 
bir  qədər  çətin  olacaqdır.  4.  Camaat  bu  qocadan  soruşur:  5.  -   Axı 
biz nə edək ki, bu yetimin də  ürəyinə toxunmayaq, qəlbini sındırma­
yaq,  həm də hər gün ora getməkdən,  saatlarla ağlamaqdan  onu xilas 
edək.  6.  Qoca deyir:  7.  -   Aparın  bu uşağın yolu  ağzına bir topa qa­
rışqa tökün,  (o)  daha  anasının qəbri  üstünə getməyəcək.  8.  Necə  ki, 
qoca  demişdi,  elə  də  etdilər.  9.  Qız  səhər  anasının  qəbrinin  yanına 
gedəndə,  görür ki,  bir  dəstə  qarışqa  yolun  içində  işləyir.  10.  Tama­
şaya  oturur,  görür  ki,  hərəsinin  ağzında  bir  şey  bir  tərəfə,  bəziləri 
də  boş  başqa bir tərəfə  gedirlər.  11.  Ən  çox  ona ləzzət  verən bu  idi 
ki, kiçik  qarışqalar ağızlarında özlərindən  on  dəfə böyük şey  aparır­
lar.  12.  (Bu  qız)  oturur-oturur  bu  qarışqa  komasına  xeyli  tamaşa 
edir,  bir  vaxt  görür  ki,  axşam  olub.  13.  Durub  evə  gəlir.  14.  Səhər 
durub  yenə  anasının qəbrinə  tərəf gedir.  Bu qarışqa komasını görür, 
yenə  də  tamaşaya  oturur.  15.  Bir  vaxt  görür  ki,  axşam  olub,  durub 
evə  gedir.  16.  Bir neçə gün durur ki,  anasının qəbrinin üstünə getsin 
gəlib  bu  qarışqa  komasının  yanında  bənd  olur.  17.  Sonralar  daha 
anasının  qəbri  yadına  düşmür.  Elə  bu  qarışqa komasının  yanma  gə­
lir.  18.  Camaat  bu  qoca  kişinin  yanma  gedib  deyir  ki,  ay  qoca,  o 
uşaq daha anasının  qəbri  üstünə  getmir,  indi  hər gün bu qarışqa ko­
masının  yanına  gedir.  19.  Qoca  dedi:  -   Eybi  yoxdur,  o  asandır, 
gedin qarışqa komasını  dağıdın,  qarışqalar başqa yerə getsinlər.  Qız 
da  daha  ora  getməz.  20.  Elə  də  etdilər.  Yuvalan  dağılandan  sonra 
qarışqalar başqa  yerə  getdilər.  21.  Qız  bir  gün,  iki  gün  gedib  orada 
oturdu,  gördü ki, qarışqalar yoxdur (hərfən:  heç nə yoxdur).  22.  Du­
rub evə gəldi və bir daha anasının qəbri  üstünə gedib ağlamadı.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
263
IV.  BƏHLUL DA N ƏNDƏNIN ÜÇ NAĞILI 
1-ci nağıl
1.  Bəhlul  Danəndənin  özündən  başqa  bir  böyük  qardaşı  var­
mış.  2.  Bu  qardaşı  çox  varlı  olur.  3.  Bu  varlı  qardaş  həmişə  Bəhlul 
Danəndəyə rişxənd edər,  onu söyər ki,  sən  kasıbsan,  sabahını  gözlə­
mirsən,  qazandığını  elə  həmin  gün  də  yeyirsən,  sabah  üçün  heç  bir 
şey  qoymursan.  4.  Ancaq  mən  dövlətliyəm,  özü  də  sabahım  üçün 
yığıram.  5.  Bir gün  Bəhlul  Danəndə  arvadına deyir ki,  sabah qarda- 
şımgilə qonaq  gedəcəyik.  6.  Sabah  Bəhlul  arvadına  iki  nimçə  aş  bi­
şirtdirir.  7.  Qardaşı  üçün  apanrlar.  8.  Çatırlar qardaş  evinə.  9.  Bəh­
lul  arvadına deyir ki,  aşın  bir nimçəsini  qoy  həyətdə qalsın.  10.  Ar­
vad da nimçənin  birini  qoyur bayırda, elə bir nimçə  ilə içəri  girirlər.
11.  Bir az otururlar.  Birdən  eşidirlər ki,  bayırda bir didişmə  var.  12. 
Bu  qardaş  durub  bayıra  çıxır,  görür  ki,  bir  dəstə  itin,  pişiyin  aya­
ğının  altında bir nimçə aş, onun üstündə süpürüşürlər.  13.  Bəhluldan 
xəbər alır ki,  bu nə işdir.  14.  (Bəhlul)  ...  Mən də birini  yedim,  birini 
də  dala qoydum.  15.  Bəhlul  üzünü  qardaşına  tutub deyir:  -  Ay qar­
daşım, yeyilməyib dala qoyulan şey itə-pişiyə qismət olur.

2-ci nağıl
1.  Bir  gün  Artaşar1 padşah  vəzir-vəkillə  birlikdə  bir  yoldan 
keçirdi.  2.  Görür ki,  bir kişi  yolun  qırağında oturub  üç  topa torpağı 
da bir cərgədə qabağına qoyub.  3.  (Şah  bu  kişidən)  xəbər alır ki,  ay 
kişi  sən  kimsən?  4.  (Bu  kişi  şaha)  deyir  ki,  mən  Bəhlul  Daııəııdə- 
yəm.  5.  Artaşar  şah  Bəhluldan  xəbər  alır  ki,  bu  topa  torpaq  nədən 
ötrüdü?  6.  (Bəhlul  şaha)  deyir  ki,  bunların  hər  birini  bir  işdən  ötıü 
qoymuşam.  7.  Bu  birinci  topa  o  deməkdir  ki,  arvada  sirr  veımə. 
İkinci  topa  o  deməkdir  ki,  öz  qohum-əqrabanı  buraxıb  özgəsindən
1 Artaşar şah, bəlkə  də,  Ərdəşir şah  deməkdir.  Tatların  arasında Ərdəşirlə  (yaxud 
Artaşarla) bağlı olan rəvayətlər çoxdur.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə