Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə66/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   62   63   64   65   66   67   68   69   ...   131

264
BİRİNCİ  KİTAB
özün  üçün  qohum-əqraba tutma,  əgər ki  güclü də  olsalar,  onlara bel 
bağlama.  Onlardan  sənin  üçün  arxa  çıxmaz.  8.  Bu  axırıncı  topa  o 
deməkdir ki,  padşaha  etibar edib  bel  bağlama,  ondan  xeyir  çatmaz. 
9.  Padşah  Bəhlula  gülüb  atım  çapıb  gedir.  10.  Vəzir-vəkil  də  onun 
ardınca  çapır.  11.  Amma  Artaşar padşahın  vəzirini  fikir  götürür  ki, 
bu kişi üç  söz dedi, padşah  bu sözlərə güldü,  axı Bəhlulun dediyi  üç 
sözün  hər  üçü  məndə  var...  Mən  arvada  sirr  verirəm,  qohum-əqra- 
bamı  buraxıb  özümdən  uzaqlaşdırmışam.  Özgə  qohum-əqrabanı 
özümə  qohum  hesab edirəm,  həmişə  də  mən  öz padşahıma  güvəni­
rəm.  12.  Mən  dəli  Bəhlulun  sözlərinin  doğruluğunu  sınayacağam.
13.  (Vəzir)  evə  gəlir:  padşahın  iri  və  kök  qoçu  varmış,  onu  oğurla­
yıb öz qohum-əqrabal arından da beş nəfər adlı-sanlısını axşama evi­
nə  qonaq  dəvət  edir.  14.  (Qonaqlar,  yaxud  dəvət  olunanlar)  gəlib 
otururlar.  15.Vəzir  arvadını  çağırır ki,  bəs  heç  kəsə demə,  padşahın 
qoçunu  oğurlamışam,  kəsib  yeyəcəyik.  16.  Vəzir  padşahın  qoçunu 
tövlənin  qaranlıq küncündə  gizlədib  başqa kök  qoç  kəsdirir.  17.  O, 
öz  qonaqlarına  deyir  ki,  padşahın  qoçunu  oğurlamışam,  kəsib  kef 
edəcəyik.  18.  Qoçu yeyib dağılışırlar.  19.  Səhər vəzir bir  şeyi  bəha­
nə  edib  arvadın  ağzına bir-iki  sillə  çəkir.  20.  Arvad  o  saat  deyir:  -  
Dayan,  sən  məni  döyürsən,  hələ padşahın  qoçunu  da oğurlayıb kəs­
misən.  21.  İndi  mən  gedib  xəbər verərəm.  22.  Arvad qaça-qaça  ge­
dib  məsələni  padşaha  xəbər  verir.  23.  Padşah  vəziri  çağırtdırır.  24. 
Vəzir  gələn  kimi  şah  cəllad  çağırtdırır,  dar  ağacı  qurdurub,  vəziri 
asmağı  əmr edir.  25.  Hamı  (ora)  toplaşır.  26.  Vəzir  dar ağacının  al­
tından  öz əsil qohum-əqrabasına baxır. 27. Görür ki,  (onlann) naləsi 
göyə yüksəlir.  Gildir-gildir göz yaşı tökürlər,  indiki qohum-əqrabası 
tərəfinə baxıb  görür ki,  ağlamaq nədir,  hələ bəziləri  gülürlər də.  28. 
Onunla  qoçu  yeyənlərin  heç  vecinə  də  gəlmir  ki,  vəziri  öldürürlər. 
29.  Vəzir padşahdan bir kəlmə  söz deməyə icazə istəyir.  30.  (Vəzir) 
padşahın  qoçunu  gətirtdirir,  padşaha  üz  tutub  deyir  ki,  ay  padşah, 
mən sənə 25  il  xidmət etmişəm.  31.  Məgər sənin yanında mənim bir 
qoç  qiyməti  qədər  də  qiymətim  olmadımı,  məni  dar  ağacından  as­
dırmaq  istəyirsən?  32.  Mən  Bəhlul  Danəndənin  sözlərinin  doğru 
olub-olmadığını  sınayırdım.  33.  Arvada  sin'  verdim.  Sirrimi  xəbər
AZƏRBAYCAN  TATLARININ  DİLİ
265
verdi,  özgə qohum-əqrabaya da mənim öldürülməyim  təsir eləmədi, 
sən  də  ki  belə.  Sənə  də  etibanm  yoxdur.  34.  Padşaha etibar etmək, 
boğazını  iti qılınca söykəməkdi.  35.  Mən daha getdim.  36.  Vəzir ar­
vadından  da,  sonrakı qohum-əqrabalanndan  da,  padşahından  da  ay- 
nlıb,  öz əvvəlki, həqiqi qohum əqrabasının yanma gedir.
3-cü nağıl
1. Çox dövlətli, həm də olduqca xəsis bir kişi olur. 2. (Bu kişi) 
bir on  gün  görür ki,  hər səhər o  yuxudan  durduqda  bayıra çıxıb  də­
nizə  tərəf baxarkən  dənizin  ortasından  və  içərisindən  bir  əl  bayıra 
çıxaraq buna beş barmaq göstərir.  3.  (Bu dövlətli  kişi) bütün münəc­
cimləri,  alimləri  (bu  sirri  açmaq  üçün)  çağınrsa  da  onu  aça  bilmir. 
Bu  sirri  öyrənmirlər.  4.  Buradakı  alimlərdən  biri  bu  dövlətli  kişiyə 
deyir  ki,  bəlkə,  dəli  Bəhlul  Danəndəni  çağırasan,  o  bilər.  5.  Kişi 
Bəhlulu çağırtdırır. 6. Bəhlul  gəlir kişiyə deyir ki, bu əl  sabah özünü 
göstərəndə mənə xəbər ver.  7.  Sabah kişi  görür ki,  yenə də həmin əl 
çıxdı,  beş  barmağını  açıb  göstərdi.  8.  (Bu  kişi)  Bəhlulu  çağırtdırır. 
9.  Bəhlul  bunu  görən  kimi  əlini  göyə  qaldırıb  iki  barmağını  dənizə 
tərəf uzadır (hərfən:  göstərdi).  10.  Əl  suya batır, daha heç  vaxt özü­
nü  göstərmir.  11.  Bu  kişi  Bəhluldan  soruşur  ki,  bu  nə  sirdir.  12. 
Bəhlul cavabında dedi:  13. -  O,  əl  beş  barmağını  göstərir ki, ey kişi 
(insan),  dünya  beş  gündür.  14.  Mən  də  (ona)  dedim  ki,  yox,  səhvin 
var, dünya iki gündür. Bir gün anadan olursan,  bir gün də ölürsən.
V.  Bir kişi  Əzrayılı necə aldatdı
1. Günlərin bir günündə bir kişi öz evində yorğan-döşəyin içə­
risində  uzanıb yatmışdı.  2.  Gözünü açıb görür ki,  iri heybətli bir şey 
başı  üzərində dayanıb.  3.  Yorğan-döşəyin içərisində olan  kişi  soruş­
du ki,  ey adam,  sən  kimsən? 4.  Dedi:  -  Mən Əzrayılam.  Sənətim də 
can  almaqdı.  5.  Mən  ki  bir  adamın  başı  üzərini  kəsdirdim  onun  işi 
bitir,  gərək  onun  canını  alam.  6.  Sən  də  daha  dayanma  vəsiyyətini 
elə, gözlərini  bağla,  can  ver.  7.  Kişi  dedi:  -  Mənim gözüm  üstə,  la­
kin  bir  iş  var.  8.  İndiyə  qədər  mənim  başıma  belə  bir  iş  gəlmə­


266
BİRİNCİ  KİTAB
mişdir,  yalnız  indi  belə  işə  rast gəlirəm.  9.  Bilmirəm  necə  edim.  10. 
Elə  isə  sən  özün  əvvəl  gözlərini  bağla,  görüm,  mən  də  gözlərini 
necə bağlamalıyam.  11.  Əzrayıl  gülüb dedi:  -  Yaxşı,  olsun.  12.  Əz- 
rayıl  gözlərini bağladı,  açanda gördü  ki,  kişinin başı o yana çevrilib, 
indi  ayaqlan  Əzrayıla  tərəfdir.  13.  Kişi  deyir:  -   Ay  Əzrayıl,  əgər 
kişisən  sözünün  üstündə  dayan.  Sən  indicə  dedin ki,  mən  hər kimin 
başının  üstünü  kəsdirirəm,  canmı  alıram.  14.  Axı  indi  sən  başımın 
üstünü deyil,  ayaqlarımın üstünü kəsdirmisən.  15.  Əzrayıl  hirsləndi. 
Lakin  nə  edə  bilərdi,  axı  özü belə demişdi.  16.  Əzrayıl  kişiyə  dedi:
-  Olsun, məni aldatdın, özün üçün bir az yaşa.  17.  Əzrayıl çıxıb get­
di.  18.  Bu  hadisədən  (bir)  on  il  keçdi.  19.  Bir  gün  də  bu  kişi  eləcə 
yatmışdı. Əzrayıl  gəlib başının üstünü kəsdirdi.  20. Dedi: -  hə,  daha 
əlimdən  qurtara  bilməzsən,  sonuncu  sözünü  de,  canını  alıram.  21. 
Kişi  deyir  ki,  mənə  icazə  ver  bu  gecəpapağımı  tavana  atım,  sonra 
məni  öldür.  22.  Əzrayıl  icazə  verir.  23.  Kişi  papağını  atır,  Allah 
tərəfdən  kişinin  papağı  tavanda  bir mıxa ilişib  qalır.  24.  Kişi  gülür. 
25.  Əzrayıl  görür  ki,  papaq  düşmədi,  yuxan  baxır,  başını  aşağı 
əyəndə  görür  ki,  kişi  yenə  də  başım  o  yana  çevirib,  ayaqlan 
Əzrayıla  tərəfdir.  26.  Kişi  Əzrayılın  üzünə baxıb  deyir:  -  Sözümüz 
sözdür,  şərtimiz  şərt.  27.  Əzrayıl  görür  ki,  yenə də  aldanmışdır, heç 
nə deməyib qapıdan çıxır. 28.  Bu hadisədən də bir neçə il  keçir.  29. 
Bir  gün  bu  kişinin qonşusu ölür.  30.  Bu  kişini  çağırıb  qəbir qazma­
ğa göndərirlər. 31.  Kişi gedib qəbri qazır, fikirləşir ki, görüm bir ne­
cədi  axı,  o kişinin də boyu  mənim  qədərdi?  32.  Bəlkə,  kiçik qazmı­
şam.  33.  Kişi qəbrin içərisinə  girib uzanır,  eşidir ki, biri çaqqıldayıb 
gülür.  34.  Başını  qaldmb  görür ki,  Əzrayıl başının üstündə dayanıb.
35. -  Aşna,  canını harda vermisən,  daha əlimdən qurtara bilməzsən.
36.  Özün  öz  əlinlə  qəbir  qazmısan,  özün  də  içərisinə  girmisən.  37. 
Burada daha dönməyə  yer  yoxdur.  38. Tez ol  sözünü de, canını  alı­
ram.  39.  Kişi  deyir: -  Daha sənə  sözüm yoxdur,  məni yaxşı  yaxala­
mışam  40.  Mən  sənin  qulluğunda hazır,  canımı  al.  41.  Lakin bir iş 
var,  mən  Allaha  üç  rükət  namaz  borclu  qalmışam,  mənə  icazə  ver, 
bu  üç  rükət namazımı  qılım,  sonra məni  öldür.  42.  Əzrayıl  deyir:  -  
Olsun,  özü  də  tez  ol,  mənim  vaxtım  azdı,  başqa  adamın  yanına ge-
AZƏRBAYCAN  TATLARININ  DİLİ
267
dəcəyəm  . 43.  Kişi deyir: -  Əvvəl sən mənə  söz ver ki, mən üç rükət 
namazımı  qılana  qədər  mənə  əl  vurmayacaqsan,  sonra  çıxım.  44. 
Əzrayıl  söz  verdi.  45.  Kişi  çıxdı,  dəstəmaz  aldı,  bir  rükət  namaz 
qılıb  papağını  başına  qoydu,  getməyə  üz  tutdu.  46.  Əzrayıl  dedi:  -  
Ay  kişi,  hara  gedirsən? 47.  Kişi  dedi:  -   Səninlə  şərtimiz  belə  oldu 
ki,  mən  üç  rükət  namazımı  qılana  qədər  mənə  əl  vurmayacaqsan. 
48.  Bir  rükətini  indi  qılmışam,  bir  rükətini  on  ildən  sonra,  bir 
rükətini  də  iyirmi  ildən  sonra qılacağam.  49.  Ondan  sonra gələrsən, 
danışarıq.  50. Kişi bunu deyib yola düşdü.  51.  Əzrayıl bu kişinin ar­
dınca  baxdı-baxdı,  hirsindən  nə  edəcəyini  bilmədi,  ildınm  kimi 
oradan uzaqlaşdı.  52. Deyirlər iki, bu dünyada bu kişidən başqa Əz- 
rayılı  aldadan  olmayıb.  53.  Allah  da  bu  kişinin  günahlarım 
bağışlamış, daha yüz il  də onun ömrünü uzatmış,  yerini də cənnətdə 
vermişdi.
VI.  İki qardaş
1. İki qardaş varmış. Böyük qardaş dövlətli, kiçik qardaş kasıb 
olur.  2.  Kiçik  qardaşın  adı  dəli  Bəhlul  imiş.  3.  Dövlətli  böyük  qar­
daş həmişə buna1 rişxənd edər ki,  sən kasıbsan. 4.  Bir gün öz böyük 
qardaşının  yanma  gəlib  xəbər alır ki,  bazarda  yaxşı  işə  gedən  nədir
5.  Böyük qardaş  öz-özünə  (hərfən:  ürəyində) fikirləşir:  “Bunu  dola­
yacağam (hərfən:  lağa qoyacağam),  ələ salacağam”.  6.  Deyir: -  şam 
ağacı  çubuğu.  7.  Bəhlul  durub  meşəyə  gedir,  xeyli  (hərfən:  bir xey­
li) şam çubuğu kəsir, belinə götürüb bazara aparır.  8. Camaat Bəhlu- 
lun başına  yığışıb  onu  sarıyır (dolayır,  gülürlər).  9.  Ona  deyirlər:  -  
“Ay dəli  Bəhlul,  şam çubuğunu  səndən kim alacaq,  sənə  hər kim bu 
işi  öyrədibsə,  bil  ki,  səni  dolayıb”.2 10.  Camaat  yığışır  Bəhlula  gü­
lüb, keçib gedirlər.  11. Elə bu vaxt Artaşar padşah bazardan keçməli 
olur,  görür ki,  bir cındır libaslı  şəxsin  başına  bir dəstə  adam yığışıb
1 Yəni kiçik qardaş olan dli Bəhlula
2 Şam  çubuğu  tatların  məişətində  bəd  niyyətli,  zərər  yetirə  biləcək  pis  çubuq 
hesab edilir.  Onu insana, heyvana vurmazlar. Guya, bu çubuq hansı canlıya dəysə 
öldürə bilər, yaxud xəstələndirər.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə