Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə52/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   48   49   50   51   52   53   54   55   ...   131

2 0 6
BİRİNCİ  KİTAB
yi  kimi,  bu  önqoşmalarsız  da  işlənərək  həmin  məfhumu  ifadə  edir. 
Məs.:  narənum -qoyuram, dirənum -  görürəm və s.
Bu hal,  yəni  fellərin  əvvəlinə indiki  zamanda önqoşmanın  gə­
tirilməsi  halı  Xızı  tatlarının  dilində  də  vardır.  Belə ki,  Xızı  rayonu­
nun  bir sıra  kəndlərində  indiki  zamanda fellər önqoşmasız  işlədilir 
(Qars,  Yarimçə,  Xeyrat,  Zarat,  Qala  şeyxi,  Ağdərə  və  s.  kimi  kənd­
lər).  Bu  kəndlərin  tatları  indiki  zamanda  “gəlirsən”  felini  “marəni”, 
“çəkirəm” felini  “kəşrənim” və s. formalarında işlədirlər.
Gələcək  zam an.  Tat  dilində  gələcək  zamanın  üç  forması 
vardır:
1. Qəti gələcək zaman;
2. Qeyri-müəyyən  gələcək zaman;
3.  Şərti  gələcək zaman.
Bu  gələcək zaman formalarının üçünün də tat dilində özlərinə 
məxsus əmələgəlmə qaydası və fəqrləndirici əlamətləri  vardır.
1. 
Qəti  gələcək  zaman.  Bu  zaman  forması  “bistən”, 1  “sən 
bsən”,  “hən”  köməkçi  fellərin  fel  köklərinin  əvvəlinə  və  şəxs 
sonluqlarını  fel  kökünün  axırına  əlavə  etməklə  dəyişməz  qalır. 
Məsələn, raftən -  getmək felini qəti gələcək zamanda təsrif edək:
Təkdə:
I şəxs -  bistən buram (Q.), sən, (hən,) buram (Məl.) -  gedəcəyəm
II şəxs -  bistən burayi (Q.), sən, (hən,) biri (Məl.) -  gedəcəksən
Ш şəxs -bistən buray (Q.), sən, (hən,) bırey (Məl.) -  gedəcək
Cəmdə:
I şəxs -  bistən burayim (Q.), sən, (hən,) birim (Məl.) -  gedəcəyik
II şəxs -  bistən burayind (Q.), sən,  (hən,) bıreynd (Məl.) -  gedə- 
cəksiz
IIIşəxs  -   bistən  burand  (Q.),  sən,  (hən,)  burond  (Məl.)  -   gedə­
cəklər
1  Milasir  fars  dilində  bayestən  köməkçi  feli  funksiyası  Firdovsi  Şahnaməsində 
“bistən” kimi işlədilmişdir.  Bu köməkçi fel eynilə  klassik dildə olduğu şəkildə tat 
dilində qalır.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
2 0 7
Yuxandakı  misalın  şəxslər  üzrə  gələcək  zamanda  təsrifindən 
göründüyü  kimi,  köməkçi  fel 
Qonaqkənd  ləhcəsində  “bistən” 
formasındadır.  Lakin,  bəzən  köməkçi  feldəki  “t”  səsi  düşür  və 
“bisən”  şəklini  alır ki,  bu  da Məlhəm  ləhcəsindəki  həmin  funksiyalı 
“sən”  ekvivalentinə  yaxınlaşır.  Tat  dilinin  Abşeron  ləhcəsində  bu 
köməkçi  fel  funksiyasını  “miya”  köməkçi  feli  ifadə  edir.  Məs.:  tu 
miya füruxi -  sən  satacaqsan, imu miya bduxim -  biz tikəcəyik və s.
Qəti  gələcək  zamanın  feli,  bir  qayda  olaraq,  mürəkkəb  olur. 
Bu  fel,  əsasən,  bir yerdə  işlənir.  Lakin,  bəzən  tat dilində  də  bir çox 
İran  dillərində  olduğu  kimi,  köməkçi  fel  əsas  feldən  ayrılaraq  öz 
aralannda başqa nitq hissələri (say, zərf və s.) də qəbul  edə bilir.
II. 
Oeyri-müəvvən  gələcək  zaman.  Gələcək  zamanın  bu  for­
ması  iş,  hal,  hərəkətin görüləcəyini,  lakin  bu  icranın qeyri-müəyyən 
vaxtda  yerinə  yetiriləcəyini  bildirir.  Bu  zaman  forması  fel  kökləri­
nin əvvəlinə mi,  mu,  mı, mü önqoşmalanm,  axırına isə şəxs sonluq­
larını  artırmaqla əmələ gəlir.  Məsələn:  guftirən -  demək məsdərinin 
şəxslər üzrə bu zaman formasında təsrifi aşağıdakı qaydada olur.
Təkdə:
I şəxs -  mugunüm (Q.), mügüyüm (Məl.), muğum (M.) -  deyərəm
П şəxs -  muguni (Q.), ti mügüyi (Məl.), mugiy (M.) -  deyərsən
Ш şəxs -  mugunü (muguy, Q.), mügüy (Məl.), mugu (M.) -  deyər
Cəmdə:
I şəxs -  mugunim'(Q.), mügüyim (Məl.), muging (M.) -  deyərik
П şəxs -  mugunind (Q.), mügüyind (Məl.), muguyint (M.) -  de­
yərsiniz
П1 şəxs -  mugunund  (Q.),  uşun mügüyi  (Məl.),  mugund  (M.) -  
deyərlər
Felin  təsrifindən  göründüyü  kimi  Məlhəm  ləhcəsində  qeyri- 
müəyyən  gələcək  zamanın  II  və  III  şəxs  təkdə  və  III  şəxs  cəmdə 
şəxs  sonluqları  eyni  olduğu  üçün  şəxslər  üzrə  təsnif olunan  feldən 
əvvəl  bir  qayda  olaraq  şəxs  əvəzlikləri  də  işlədilir.  Fellərin  qeyri- 
müəyyən  gələcək  zamanda  təsrifi  başqa  tat  dili  ləhcələrində  də, 
demək olar ki,  həmin  qayda  üzrədir.  Abşeron  ləhcəsində  bu zaman 
formasında işlənən önqoşmaya yalnız “mu” şəklində təsadüf olunur.


208
BİRİNCİ KİTAB
III. 
Gələcək  zamanın  tat dilində  şərtlə bağlı  olan şərti  gələcək 
zaman  forması  da vardır1 ki,  bu  da bütün  ləhcələrdə,  demək  olar ki, 
Azərbaycan  dilindən alınmış  formada “gərək”  köməkçi  sözünün  fe­
lin  əvvəlinə  qoşulması  ilə  yaranır.  (Fars  dilində  bu  forma  “bayəd” 
köməkçi  sözü ilə yaranır).
Məsələn:  gərək  buram  -   gərək  gedəm,  gərək  burayi  -   gərək 
gedəsən,  gərək buray -  gərək getsin və s.
Bu  zaman  formasının  əmələ  gəlməsinə,  bəzən  Qonaqkənd  və 
Məlhəm  ləhcələrində  başqa şəkildə,  yəni  felin əvvəlinə  vurğu qəbul 
edən  me  (Q.,  Məd.)  və  mi  (Məd.)  önqoşmalannın  artırılması  ilə 
yaranır  ki,  bu  da,  xüsusi  forma  kimi  diqqəti  cəlb  edir.  Məs.:  me 
bgrovi  (Məd.),  megirarü  (Q.)  -   gərək  keçsin,  mevaxarüm  (Q.)  -  
gərək  dəyim,  mevəxizüm  (Q.)  -   gərək  durum,  mevəxan  (Məl.)  -  
gərək  dəysin,  miqabul  buyu  (Məl.)  -   gərək  qəbul  olunsun,  mibuyu 
(Məl.) -  gərək olsun və s.
Mədrəsə ləhcəsində bu formanın başqa bir şəklinə, yəni  həmin 
zaman  formasını  yaradan  önqoşmamn  həm  ismin,  həm  də  felin  əv­
vəlinə  artırılması  və  təkrarı  ilə  işlənməsi  formasına da təsadüf etmi­
şik.  Məs.:  dili  yel  xastakara  midəsi  gagə  bdəri  mibuyu -   bala  istə­
yən  (gərək)  bəlasın  da istəsin  gərək,  ...  migaudunu  kala  mibuyu  -  
(gərək)  tövləsi  gərək  geniş  olsun.  Tat  dilinin  Ərüsküş-Daqquşçu 
ləhcəsində bu forma özünü raftəniyüm dirəniyüm -  gərək gedəm ki­
mi xüsusi şəkildə göstərir.
ZƏRFLƏR
Tat dilində  olan  zərflərin  əksəriyyəti  tərkibinə görə,  əsasən tat 
dilinin  öz  sözləridir.  Zərflər  tat  dilində  mənasına  görə,  aşağıdakı 
qruplara ayrılırlar:
a) 
Zaman  zərfləri. Tat dilində zaman zərfləri “ke”?  (nə vaxt? 
nə zaman?)  sualına cavab verirlər.
Üzüm (Q.), izüm (Məl.), izim (M.) -  indi
1  Qonaqkənd  ləhcəsinə  həsr  olunmuş  monoqrafiyamızda  tat  dilinin  bu  zaman 
formasından bəhs etməmişəm. Müəllif.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
2 0 9
dedi (Q.), deydi (Məl.), di (M.) -  dünən (“e” uzun tələf, olunur), 
dedi  şö (Q.),  şon (Məl.), di şov (M.) -  dünən gecə 
imruz -  bu gün
imşö (Q., Məl.),  imşov  (M.) -  bu  gecə
keyü, dekeyü (Q.), züynə (Məl.), zudən azu (M.) -  çoxdan
xuruz mungi  (M.) -  səhər tezdən,  lap ertədən və s.
Tat dilindəki  bəzi  zərflər Azərbaycan dili  ilə müştərək olduğu 
kimi  (hərdən,  hərdəm),  Azərbaycan  dilinə  məxsus  olub  bu  dildən 
eynilə tat dilinə keçənləri də vardır (arabir, tezdən, çoxdan və s.)
Tat dilində ərəb dilindən keçmiş zərflər də (məs.:  bə'də -  son­
ra  və  s.)  vardır.  Zərflər  quruluşuna  görə,  sadə  olduğu  kimi,  mürək­
kəb  və  ya  düzəltmə  də  olurlar.  Alınma  mürəkkəb  zərflər  tat  dilinə 
keçərək  müəyyən  dəyişikliyə  uğrayır.  Məsələn:  “əzansəhəri”  zərfi 
ərəb  dilində  tat  dilinə  keçərək  əzünsəri  (Q.),  azunsər  (M.)  olur  və 
ərəb dilində ifa etdiyi  mənanı  eynilə  ifa edir.  Məs.:  Qonaqkənd ləh­
cəsi üzrə misallar:
1.  üzüm -   indi;  cəməət  xarde  varaste,  üzüm  miyand?  -   hamı 
yeyib qurtanb, indi gələrlər?
2.  bə’də -  sonra;  yegəm  davam  san,  bə’də  mugunüm -  bir az 
döz, sonra deyərəm.
3.  dedi  -   dünən,  ünqədə  gəştüm  ki,  dedi  betü  türə  -  dünən  o 
qədər sənin üçün gəzdim ki...
4.  dedişöy yə var tik bü ki,  məhşər  bü -  dünən  gecə bir külək 
qalxdı ki, qiyamət idi.
5. bəqadmuniş hərdən (arabir) biyəyind -  arabir bir bizə də gəlin.
6.  imruz be yə əs cəzan -  fəzan bürüm -  bu  gün  bir atdan ötrü 
əldən düşdüm.
7.  imşöy qusbandə gürg za -  bu gecə qoyuna qurd gəlmişdi.
8. de keyü ki, mən amaram -  mən ki, lap çoxdan gəlmişəm.
9.  əzünsəri  xərə  bar  san,  bər bə  əsyou  -   tezdən  eşşəyi  yüklə, 
dəyirmana apar.
10. xeyr başü invəxti  amarəntü -  bu vaxt gəlməyin xeyir olsun.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə