218
BİRİNCİ KİTAB
d)
fellə: qəy xəndistən be duxtər xub nist - çox gülmək qız
üçün yaxşı deyil.
Mübtədanı əmələ gətirən kök söz, adlıq cümlə istisna olarsa,
qrammatik əlaqədar olmadan heç bir funksiya daşıya bilməz. Kök
sözün mübtəda funksiyası müxtəlif qrammatik münasibətlərdə (sö
zün cümlədəki rolundan, yanaşmadan, uzlaşmadan və s. asılı olaraq)
əmələ gəlir. Mübtədanm cümlədə sabit yeri yoxdur. O, adətən, ya
cümlənin əvvəlində, ya da hətta xəbərdən sonra gəlir. Məsələn:
a) cümlənin əvvəlində: ü mənə birarmənü - o, mənim qarda
şımdır;
b) zaman zərfindən sonra: parsal mən bəxundəmbürüm - Ke
çən il oxuyurdum;
c) yer zərfindən sonra: Ə Dərbənd piyərmə amare - atam Dər
bənddən gəlib;
ç) cümlənin sonunda: raftüm dürüm bədərün xunə bəsər nalin
nişte, çərtəbəqi zəre ü - getdim gördüm, o evdə xalçanın üstündə
bardaş qurub oturub.
Xəbər. Xəbər iki xür olur: a) feli xəbərlər; b) ism i1 xəbərlər.
Feli xəbərlər sadə və mürəkkəbliyi zaman formasından asılı
olmayaraq (yəni bütün zamanlarda) hər hansı fellə ifadə oluna bilər,
məs.: yə əslü ə dur bə mən papax saxt - bir atlı uzaqdan mənə pa
paq elədi; yə dəstə əyəl, bartanbürund - bir dəstə uşaq gedirdi.
İsmi xəbərlər bir qayda olaraq, fellər istisna olmaqla, yerdə
qalan bütün nitq hissələri: isim, sifət, əvəzlik, say və s.-lə ifadə olu
nur. İsmi xəbəri əmələ gətirən isim, sifət və onlara xəbər şəkilçisi
nin qoşulması ilə ismi xəbərlər müstəqil işlənə biləcəyi kimi kö
məkçi fellə də işlənir (əsasən, bu köməkçi fel “birən” - olmaq məs-
dəridir).
Müxtəlif İran dillərində “ə sf’, “es”, “əs”, “e” və s. bu kimi şə
killərdə özünü büruzə verən xəbər şəkilçisi tat dilində, əsasən, “ü”
1 İsmi xəbərlər termini qrammatik isimlikdən çox adlıq və əlamətlik məfhumunu
bildirir. Çünki xəbər bu funksiyada isimlə ifadə olunduğu kimi sifətlə də ifadə
olunur ki, onlar da (yəni isimlər və sifətlər) özlüyündən əşyanın adım və əlaməti
ni bildirir.
AZƏRBAYCAN TATLARININ DİLİ
219
kimidir (buna nadir hallarda, məs., tat dilinin Balaxanı və Suraxanı
ləhcələrində “u” kimi də təsadüf olunur). Məsələn: a) İsmi xəbərin
isimlə ifadəsi: Maymə müəllimü - anam müəllimdir: Ə dur peydə
birə, diyü - uzaqdan görünən, kənddir; in uşqolu (Balax., Surax.) -
bu məktəbdir.
b) İsmi xəbərin sifətlə ifadəsi: in xunə bülündü - bu ev hün
dürdür; bə tənü birə alat siyəyü - əynindəki paltar qaradır; ru dərya
ağasde şüşəyü - dənizin üzü şüşə kimidir.
c) Köməkçi fellə. Ə dur dənişirüm yə suri qusband bürund -
uzaqdan baxdım, bir sürü qoyun idilər.
Xəbərin cümlədəki yeri, əsasən, sabitdir. O, bir qayda olaraq,
əsasən, cümlənin sonunda gəlir. Lakin bəzi hallarda cümlənin orta
sında, hətta əvvəlində gəlir. Məsələn: ortada: Qunşimu be Əhməd
əvamə mərdü bətirənbü bəmən - qonşumuz Əhməd üçün deyirdi
ki, o, avam kişidir (adamdır). Əvvəldə: Dərya bu mən ə may bəbirə-
ni incəha - Mən anadan olanda buralar dəniz idi.
Cümlənin ikinci dərəcəli üzvləri
Təyin. Təyin nitq hissələrinin hamısı (isim, sifət, əvəzlik, say)
ilə ifadə oluna bilər. Təyini söz birləşmələri də təyin rolunda ola bi
lər. Məs., Kələ birarmə bə ütaq lərzunə kələ mung xiştənaz cıra za -
böyük qardaşım otağı titrədən gur səsilə çığırdı.
Tat dilində bu dilə yaxın sayılan fars, tacik, əfqan (dəri) və s.
dillərdən fərqli olaraq təyinlə təyin olunanın yeri Az. dilində olduğu
kimidir. Bu sintaktik münasibət tat dilində Az. dilinin təsirindən
başqa bir şey deyildir. Məs.: Xubə kitab - yaxşı kitab, kələ dahar -
böyük dağ, dəcələ əyəl - dəcəl uşaq, şabaza duxtər - gözəl qız, ma-
raqlüyə kino - maraqlı film və s. Yuxarıda qeyd etdiyimiz İran dil
lərində təyinlə təyin olunanın bu sintaktik münasibəti əksinədir (yə
ni həmin mənalarda olan “Ketab-e xub”, “kuh-e bozorg”və s.). Ona
görə də tat dilində təyinlə təyin olunanın yerini müəyyənləşdirmək
istəyərkən Azərb. dilinin tat dilinə təsirini diqqət mərkəzində saxla
maq lazımdır.
2 2 0
BİRİNCİ KİTAB
Aşağıdakı nitq hissələri təyin rolunda çıxış edərkən təyin olu
nan sözdən əvvəl gəlir:
1. Adi və üstünlük dərəcəsində olan sifətlər: Kələ xunə - bö
yük ev, nşnəniyə ləmpə - daha (işıqlı) lampa, güdəyə gaf - qısa
söz, yəzuqə mərd - yazıq kişi;
2. İşarə əvəzlikləri: un mərd - o kişi, in duxtər - bu qız
3. Sual əvəzlikləri: kami? - hansı? çənəm? - necə? çü? - nə?,
çəntə? - neçə? kami kitab? - hansı kitab? çəntə sini? - neçə nimçə?
çu kardə? - nə bıçaq?
4. Qeyri-müəyyən əvəzliklər: hər kəs - hər kəs, hər ki - hər
kim, hər çü - hər nə.
5. Miqdar və sıra sayı: də di - on kənd, yə çərək gəndüm - bir
çərək buğda, axirinci sıra - sonuncu sıra, əvvəlinci şagird - birinci
şagird.
Numerativlər təyinlə isim arasında gəlir: pane sər küflət - beş
baş ailə, dü kilə ard - iki kilə un, çar cild kitab - dörd cild kitab, sə
suri qusband - üç sürü qoyun, yə dəstə gugut - bir dəstə gül; yə
qəbzə qilinc - bir ədəd qılınc və sair.
Tam am lıq. Tat dilində tamamlıq iki cürdür:
1. Vasitəsiz tamamlıq
2. Vasitəli tamamlıq
Vasitəsiz tamamlığın özü də iki cürdür:
a) heç bir xüsusi tamamlıq əlaməti olmayan sözlərlə əmələ
gələn vasitəsiz tamamlıq.
b) Təsirlik halı əmələ gətirən “ə” önqoşmanın sözlərə
qoşulması ilə əmələ gələn vasitəsiz tamamlıq.
Əgər söhbət hər hansı qeyri-müəyyən, ümumi bir şey və ya
hadisə haqqında gedirsə, söz yalnız sabit kök-söz şəklində işlənərək
heç bir xüsusi əlamət qəbul etmədən vasitəsiz tamamlıq olur:
Əs
bəçərundənüm - at otarıram, nun bəvardənund - çörək gətirirlər,
kitab bəxundənüm - kitab oxuyuram, pul tin - pul ver.
Bu misallarda haqqında söhbət gedən əşya qeyri-müəyyən
əşyadır. Ona görə də o, qeyri-müəyyən vasitəsiz tamamlıq olur.
AZƏRBAYCAN TATLARININ DİLİ
2 2 1
Konkret, müəyyən vasitəsiz tamamlıq isə təsirlik halda
işlənərək “kiyə?”, “çüyə?” (kimi?, nəyi?) suallarına cavab verir:
Oyə avardüm - suyu gətirdim, pulə xasdüm - pulu istədim, mənə
gərmü
(Q.)
- mənə istidir və s.
Maraqlıdır ki, Azərbaycan dilinin Bakı dialektində tat dilinin
təsiri ilə tamamlıq bəzən yönlük halda özünü göstərir. Məs.:
Azərbaycan dilinin Bakı dialektində ədəbi dildəki “Mənə soyuqdur”
əvəzinə “məni soyuqdur” kimi deyilir ki, bu da tat dilinin Balax.
ləhcəsindəki eyni mənalı “münə xiniku” sırf tərcüməsidir. Hələ
vaxtilə akad. M.İ.Şirəliyev Azərbaycan və tat dillərinin bu qarşılıqlı
əlaqəsinə diqqət yetirmişdir.1
Vasitəli
tamamlıq sözlərin
əvvəlinə “ə”, “bə”,
“əz”
önqoşmalanm artırmaqla əmələ gəlir: bə piyərmə guftürüm - atama
dedim, bə kino dənişirüm - kinoya baxdım, ə müəllim asdarüm -
müəllimdən aldım, əzmən salam bər - məndən salam apar və s.
Zərfliklər. Zərfliyin aşağıdakı növləri vardır:
1. yer zərfliyi
2. zaman zərfliyi
3. tərzi-hərəkət zərfliyi.
Yer zərfliyi. Zərfliyin bu növü tat dilində aşağıdakı şəkillərdə
ifadə oluna bilər:
a) Yerlik, məkan bildirən bir qrup sözün əvvəlinə “bə” önqoş-
ması artınlır. Bu zərflik becə? - hara? bəce? - harada? sualına ca
vab verir: bəxunə - evə (evdə), bəsərbuhun - dama (damda), bəru -
üstünə (üstündə), bədərun - içinə (içində), bətənmə - yanıma (ya
nımda), bəburun - bayıra, çölə - bayırda, çöldə və sair.
b) Əşya və ya hərəkətin çıxış nöqtəsini bildirmək üçün sözlə
rin əvvəlinə çıxışlıq hal əlaməti olub, həmin qrammatik funksiyada
“ə” şəkilçisi artırılır. Bu zərflik “əcə”? - hardan? sualına cavab
verir. Ə xunə raftüm - evdən çıxdım (getdim), əçül amarüm -
çöldən (bayırdan) gəldim.
1 М.И.Ширалиев. Основные вопросы взаимодействия и взаимоотношения
языков народов СССР (на материале Азербайджанского языка). Взаимодей
ствия и взаимообогачение языков народов СССР. М. 1959, стр. 119
Dostları ilə paylaş: |