264
BİRİNCİ KİTAB
özün üçün qohum-əqraba tutma, əgər ki güclü də olsalar, onlara bel
bağlama. Onlardan sənin üçün arxa çıxmaz. 8. Bu axırıncı topa o
deməkdir ki, padşaha etibar edib bel bağlama, ondan xeyir çatmaz.
9. Padşah Bəhlula gülüb atım çapıb gedir. 10. Vəzir-vəkil də onun
ardınca çapır. 11. Amma Artaşar padşahın vəzirini fikir götürür ki,
bu kişi üç söz dedi, padşah bu sözlərə güldü, axı Bəhlulun dediyi üç
sözün hər üçü məndə var... Mən arvada sirr verirəm, qohum-əqra-
bamı buraxıb özümdən uzaqlaşdırmışam. Özgə qohum-əqrabanı
özümə qohum hesab edirəm, həmişə də mən öz padşahıma güvəni
rəm. 12. Mən dəli Bəhlulun sözlərinin doğruluğunu sınayacağam.
13. (Vəzir) evə gəlir: padşahın iri və kök qoçu varmış, onu oğurla
yıb öz qohum-əqrabal arından da beş nəfər adlı-sanlısını axşama evi
nə qonaq dəvət edir. 14. (Qonaqlar, yaxud dəvət olunanlar) gəlib
otururlar. 15.Vəzir arvadını çağırır ki, bəs heç kəsə demə, padşahın
qoçunu oğurlamışam, kəsib yeyəcəyik. 16. Vəzir padşahın qoçunu
tövlənin qaranlıq küncündə gizlədib başqa kök qoç kəsdirir. 17. O,
öz qonaqlarına deyir ki, padşahın qoçunu oğurlamışam, kəsib kef
edəcəyik. 18. Qoçu yeyib dağılışırlar. 19. Səhər vəzir bir şeyi bəha
nə edib arvadın ağzına bir-iki sillə çəkir. 20. Arvad o saat deyir: -
Dayan, sən məni döyürsən, hələ padşahın qoçunu da oğurlayıb kəs
misən. 21. İndi mən gedib xəbər verərəm. 22. Arvad qaça-qaça ge
dib məsələni padşaha xəbər verir. 23. Padşah vəziri çağırtdırır. 24.
Vəzir gələn kimi şah cəllad çağırtdırır, dar ağacı qurdurub, vəziri
asmağı əmr edir. 25. Hamı (ora) toplaşır. 26. Vəzir dar ağacının al
tından öz əsil qohum-əqrabasına baxır. 27. Görür ki, (onlann) naləsi
göyə yüksəlir. Gildir-gildir göz yaşı tökürlər, indiki qohum-əqrabası
tərəfinə baxıb görür ki, ağlamaq nədir, hələ bəziləri gülürlər də. 28.
Onunla qoçu yeyənlərin heç vecinə də gəlmir ki, vəziri öldürürlər.
29. Vəzir padşahdan bir kəlmə söz deməyə icazə istəyir. 30. (Vəzir)
padşahın qoçunu gətirtdirir, padşaha üz tutub deyir ki, ay padşah,
mən sənə 25 il xidmət etmişəm. 31. Məgər sənin yanında mənim bir
qoç qiyməti qədər də qiymətim olmadımı, məni dar ağacından as
dırmaq istəyirsən? 32. Mən Bəhlul Danəndənin sözlərinin doğru
olub-olmadığını sınayırdım. 33. Arvada sin' verdim. Sirrimi xəbər
AZƏRBAYCAN TATLARININ DİLİ
265
verdi, özgə qohum-əqrabaya da mənim öldürülməyim təsir eləmədi,
sən də ki belə. Sənə də etibanm yoxdur. 34. Padşaha etibar etmək,
boğazını iti qılınca söykəməkdi. 35. Mən daha getdim. 36. Vəzir ar
vadından da, sonrakı qohum-əqrabalanndan da, padşahından da ay-
nlıb, öz əvvəlki, həqiqi qohum əqrabasının yanma gedir.
3-cü nağıl
1. Çox dövlətli, həm də olduqca xəsis bir kişi olur. 2. (Bu kişi)
bir on gün görür ki, hər səhər o yuxudan durduqda bayıra çıxıb də
nizə tərəf baxarkən dənizin ortasından və içərisindən bir əl bayıra
çıxaraq buna beş barmaq göstərir. 3. (Bu dövlətli kişi) bütün münəc
cimləri, alimləri (bu sirri açmaq üçün) çağınrsa da onu aça bilmir.
Bu sirri öyrənmirlər. 4. Buradakı alimlərdən biri bu dövlətli kişiyə
deyir ki, bəlkə, dəli Bəhlul Danəndəni çağırasan, o bilər. 5. Kişi
Bəhlulu çağırtdırır. 6. Bəhlul gəlir kişiyə deyir ki, bu əl sabah özünü
göstərəndə mənə xəbər ver. 7. Sabah kişi görür ki, yenə də həmin əl
çıxdı, beş barmağını açıb göstərdi. 8. (Bu kişi) Bəhlulu çağırtdırır.
9. Bəhlul bunu görən kimi əlini göyə qaldırıb iki barmağını dənizə
tərəf uzadır (hərfən: göstərdi). 10. Əl suya batır, daha heç vaxt özü
nü göstərmir. 11. Bu kişi Bəhluldan soruşur ki, bu nə sirdir. 12.
Bəhlul cavabında dedi: 13. - O, əl beş barmağını göstərir ki, ey kişi
(insan), dünya beş gündür. 14. Mən də (ona) dedim ki, yox, səhvin
var, dünya iki gündür. Bir gün anadan olursan, bir gün də ölürsən.
V. Bir kişi Əzrayılı necə aldatdı
1. Günlərin bir günündə bir kişi öz evində yorğan-döşəyin içə
risində uzanıb yatmışdı. 2. Gözünü açıb görür ki, iri heybətli bir şey
başı üzərində dayanıb. 3. Yorğan-döşəyin içərisində olan kişi soruş
du ki, ey adam, sən kimsən? 4. Dedi: - Mən Əzrayılam. Sənətim də
can almaqdı. 5. Mən ki bir adamın başı üzərini kəsdirdim onun işi
bitir, gərək onun canını alam. 6. Sən də daha dayanma vəsiyyətini
elə, gözlərini bağla, can ver. 7. Kişi dedi: - Mənim gözüm üstə, la
kin bir iş var. 8. İndiyə qədər mənim başıma belə bir iş gəlmə
266
BİRİNCİ KİTAB
mişdir, yalnız indi belə işə rast gəlirəm. 9. Bilmirəm necə edim. 10.
Elə isə sən özün əvvəl gözlərini bağla, görüm, mən də gözlərini
necə bağlamalıyam. 11. Əzrayıl gülüb dedi: - Yaxşı, olsun. 12. Əz-
rayıl gözlərini bağladı, açanda gördü ki, kişinin başı o yana çevrilib,
indi ayaqlan Əzrayıla tərəfdir. 13. Kişi deyir: - Ay Əzrayıl, əgər
kişisən sözünün üstündə dayan. Sən indicə dedin ki, mən hər kimin
başının üstünü kəsdirirəm, canmı alıram. 14. Axı indi sən başımın
üstünü deyil, ayaqlarımın üstünü kəsdirmisən. 15. Əzrayıl hirsləndi.
Lakin nə edə bilərdi, axı özü belə demişdi. 16. Əzrayıl kişiyə dedi:
- Olsun, məni aldatdın, özün üçün bir az yaşa. 17. Əzrayıl çıxıb get
di. 18. Bu hadisədən (bir) on il keçdi. 19. Bir gün də bu kişi eləcə
yatmışdı. Əzrayıl gəlib başının üstünü kəsdirdi. 20. Dedi: - hə, daha
əlimdən qurtara bilməzsən, sonuncu sözünü de, canını alıram. 21.
Kişi deyir ki, mənə icazə ver bu gecəpapağımı tavana atım, sonra
məni öldür. 22. Əzrayıl icazə verir. 23. Kişi papağını atır, Allah
tərəfdən kişinin papağı tavanda bir mıxa ilişib qalır. 24. Kişi gülür.
25. Əzrayıl görür ki, papaq düşmədi, yuxan baxır, başını aşağı
əyəndə görür ki, kişi yenə də başım o yana çevirib, ayaqlan
Əzrayıla tərəfdir. 26. Kişi Əzrayılın üzünə baxıb deyir: - Sözümüz
sözdür, şərtimiz şərt. 27. Əzrayıl görür ki, yenə də aldanmışdır, heç
nə deməyib qapıdan çıxır. 28. Bu hadisədən də bir neçə il keçir. 29.
Bir gün bu kişinin qonşusu ölür. 30. Bu kişini çağırıb qəbir qazma
ğa göndərirlər. 31. Kişi gedib qəbri qazır, fikirləşir ki, görüm bir ne
cədi axı, o kişinin də boyu mənim qədərdi? 32. Bəlkə, kiçik qazmı
şam. 33. Kişi qəbrin içərisinə girib uzanır, eşidir ki, biri çaqqıldayıb
gülür. 34. Başını qaldmb görür ki, Əzrayıl başının üstündə dayanıb.
35. - Aşna, canını harda vermisən, daha əlimdən qurtara bilməzsən.
36. Özün öz əlinlə qəbir qazmısan, özün də içərisinə girmisən. 37.
Burada daha dönməyə yer yoxdur. 38. Tez ol sözünü de, canını alı
ram. 39. Kişi deyir: - Daha sənə sözüm yoxdur, məni yaxşı yaxala
mışam 40. Mən sənin qulluğunda hazır, canımı al. 41. Lakin bir iş
var, mən Allaha üç rükət namaz borclu qalmışam, mənə icazə ver,
bu üç rükət namazımı qılım, sonra məni öldür. 42. Əzrayıl deyir: -
Olsun, özü də tez ol, mənim vaxtım azdı, başqa adamın yanına ge-
AZƏRBAYCAN TATLARININ DİLİ
267
dəcəyəm . 43. Kişi deyir: - Əvvəl sən mənə söz ver ki, mən üç rükət
namazımı qılana qədər mənə əl vurmayacaqsan, sonra çıxım. 44.
Əzrayıl söz verdi. 45. Kişi çıxdı, dəstəmaz aldı, bir rükət namaz
qılıb papağını başına qoydu, getməyə üz tutdu. 46. Əzrayıl dedi: -
Ay kişi, hara gedirsən? 47. Kişi dedi: - Səninlə şərtimiz belə oldu
ki, mən üç rükət namazımı qılana qədər mənə əl vurmayacaqsan.
48. Bir rükətini indi qılmışam, bir rükətini on ildən sonra, bir
rükətini də iyirmi ildən sonra qılacağam. 49. Ondan sonra gələrsən,
danışarıq. 50. Kişi bunu deyib yola düşdü. 51. Əzrayıl bu kişinin ar
dınca baxdı-baxdı, hirsindən nə edəcəyini bilmədi, ildınm kimi
oradan uzaqlaşdı. 52. Deyirlər iki, bu dünyada bu kişidən başqa Əz-
rayılı aldadan olmayıb. 53. Allah da bu kişinin günahlarım
bağışlamış, daha yüz il də onun ömrünü uzatmış, yerini də cənnətdə
vermişdi.
VI. İki qardaş
1. İki qardaş varmış. Böyük qardaş dövlətli, kiçik qardaş kasıb
olur. 2. Kiçik qardaşın adı dəli Bəhlul imiş. 3. Dövlətli böyük qar
daş həmişə buna1 rişxənd edər ki, sən kasıbsan. 4. Bir gün öz böyük
qardaşının yanma gəlib xəbər alır ki, bazarda yaxşı işə gedən nədir
5. Böyük qardaş öz-özünə (hərfən: ürəyində) fikirləşir: “Bunu dola
yacağam (hərfən: lağa qoyacağam), ələ salacağam”. 6. Deyir: - şam
ağacı çubuğu. 7. Bəhlul durub meşəyə gedir, xeyli (hərfən: bir xey
li) şam çubuğu kəsir, belinə götürüb bazara aparır. 8. Camaat Bəhlu-
lun başına yığışıb onu sarıyır (dolayır, gülürlər). 9. Ona deyirlər: -
“Ay dəli Bəhlul, şam çubuğunu səndən kim alacaq, sənə hər kim bu
işi öyrədibsə, bil ki, səni dolayıb”.2 10. Camaat yığışır Bəhlula gü
lüb, keçib gedirlər. 11. Elə bu vaxt Artaşar padşah bazardan keçməli
olur, görür ki, bir cındır libaslı şəxsin başına bir dəstə adam yığışıb
1 Yəni kiçik qardaş olan dli Bəhlula
2 Şam çubuğu tatların məişətində bəd niyyətli, zərər yetirə biləcək pis çubuq
hesab edilir. Onu insana, heyvana vurmazlar. Guya, bu çubuq hansı canlıya dəysə
öldürə bilər, yaxud xəstələndirər.
Dostları ilə paylaş: |