82
BİRİNCİ KİTAB
Bütün kənəklər,
Barsız tənəklər.
Südsüz inəklər,
Bu ərimə qurban.1
Balıstan - təzə doğulmuş quzulann tövlədə saxlanan yeri. Ba
la və məkan bildirən “stan” tərkiblərindən əmələ gəlmişdir. “Mən
balıstam süpürürdüm, tövlədə balıstan ən alçaq yer idi” .
Peşin - qabaqcadan maaş hesabına verilmiş pul, rus sözü
“avansın” ekvivalenti. Tat dilində piş (qabaq, əvvəl) və “in” (Azərb.
ca, cə) şəkilçisindən ibarətdir və qabaqca mənasını verən söz yaradır.
Məs., Bir gün Müşfiq bir qrupa yazıçı yoldaşları ilə birlikdə
qonorar hesabına Azəməşrin sabiq baş mühasibi, görkəmli folklorçu
Əbülqasim Hüseynzadədən peşin pul almaq istəyir.2
N ərm in — Azərb. dilində yup - yumşaq mənasında. Tat dilin
də düzəltmə söz tərkibidir, sifətin şiddətləndirmə dərəcəsini yaradır.
Nərminə tikə - yup-yumşaq tikə (sifətin adi dərəcəsində olardı, nər-
mə tikə - yumşaq tikə).
Qorxma ayrılıqdan, yolumu gözlə,
Qıyma ki, üşüsün nərmin əllərin.3
Qəc, qac - Azərb. dilində iki nəfərin bir-biri ilə düz gəlmə
məsi, düşmənçilik etməyi, bir-biri ilə didişməyi mənalannda işlədi
lir. Tat dilindəki qəc, qac (əyri, sınmış) sözlərinin eynidir.
Məs., “Bir-birinə yaman qəc olublar”, “əvvəl mehriban qonşu
idilər, aralarından su keçməzdi, bilməzdim nə oldu ki, qac oldular”.
Şahbaz - Azərb. dilində “gözəl” mənasında işlənir. Tat dilin
də şahbaz. Məs., M.P.Vaqif yazır: “Can qurban eylərəm, səntək şah
baza” .
1 R.Əhmədzadənin şeiri. “Kirpi” jurnalı. N -4 ,1965
2 Dilbər Axundzadə. Göstərilən əsəri, səh. 110
1 “Ədəbiyyat və incəsənət” qəzeti, 9. V. 1969
AZƏRBAYCAN TATLARININ DİLİ
83
Guşəm al - Azərb. dilində “qulaqbunna”, yaxud qulağını bur
maqla tənbeh etmək mənasında işlənir. Tat dilində eynilə belədir.
Bə ü yə guşəmal amarüm - ona bir qulaqburma gəldim (ya eynilə,
guşəmal gəldim).
Siyapur - Azərb. dilində “həyasız”, “abırsız”, “sırtıq”, “üzlü”
mənasında işlənir. Tatca “siyə”, “siya” - qara, “pur”, “püı” - dolu
deməkdir. Beləlilə, deməli siyapur - (üzü) dolu qara (adam), sırtıq
və s. deməkdir.
Tağar - Azərb. dilində iri çuval, xaral mənasında işlənir. Tat
dilində eyni mənada “dağar” sözü işlənir ki, bu həm çuval, həm mo
tal və s. kimi mənaları verir.
“Murad bəyin də ki, dəstgahı hamınıza məlumdur. İnsafən ki
şidə padşah çalalı vardır. Hər il tağar-tağar buğdası, xalvar - xalvar
düyüsü, küp - küp yağı olardı.” 1
Xaçpuş - Azərb. dilində tərbiyəsiz, xuliqan uşaq mənasında
dır. Tat dilində də bu söz həmin mənada işlənsə də dinsiz, imansız,
müsəlman olmayan, xristian mənalarını da verir. Xaç və puş (taxan)
- xaçtaxan sözlərindən; tat dilində xaspuş variantı da vaıdı.
“ - Elə sürmələrin işi, peşəsi sənin kimi xuliqanları doğub
küçəyə buraxmaqdır. Rədd ol, xaçpuş.”2
Micilə; midilə - Azərb. dilində lap xırda, çox zəif, ölüvay
mənalannda işlənir. Bu söz azərb. dilinin Şərq şivələrində (Quba,
Şamaxı) təsadüf olunur.3 Tat dilində bu sözün göstərilən micilə,
midilə (Qonaqkənd, Quba) sözlərindən savayı bitilə, pitilə (Məl.)
variantlan da vardır. Bu söz kiçiltmə ədatı olan “lə”-siz də tat
dilində mici - yəni xırda, zəif şəklində və onun təkran ilə mici-mici
(xırda-xırda) şəklində də işlədilir.
Dənavar - Azərb. dilində (dənəvar, buradan da dənəvarla-
maq) taxılı sovurub dənələri ayırmaq. Dənəvar - “dənə” ismindən
1 Qafur Əfəndiyev (Qantəmir). “Sara bibi” hekayəsi. “Komunnist” qəzeti, 16 okt
yabr, 1967
2 “Kirpi” jurnalı., Bakı, mart, 1966, N5, səh. 6
3 R.Rüstəmov, ADŞF, səh. 70-71
84
BİRİNCİ KİTAB
düzəldilmişdir.” 1 Mənbədə göstərdiyimiz müəllif sözün ikinci kom
ponenti olan “var” sözünün mənasım bilməmişdir. Tatlar küləyə
“var” deyirlər. Xırmanda döyülmüş, samandan artıq ayrılmış, qalaq
lanmış taxılı kisələrə, çuvallara doldurmamış sonuncu dəfə dəni
küləyə verib dənəvarlayırlar. Bunun nəticəsində ən sağlam, ağır
dənələr yüngül dənələrdən ayrılır, sağlam dənələrə nisbətən yüngül,
xəstə dənələr (gələcək toxumluğa yaramayanları) bir qədər aralıda
toplanırlar. Bu külək, adətən xəzridən, ya da güclü gilavardan2 iba
rət olur. Dənəvar (həm də giləvar) taxılı dənələyən əməliyyatın adı
nı ifadə etdiyi kimi həm də əməliyyatın adım ifadə etdiyi kimi həm
də əməliyyatı, ya işi, hərəkəti yerinə yetirmək üçün zəruri olan kü
ləyin də adıdır.
Kallahı - başlı-başına buraxılmış, avara dolanmağa adət et
miş heyvan və ya insan mənasında. Tat dilində bu sözün “sürü hey
vanı”, “çöl heyvam”, tövləyə salınmayan heyvan” mənası da vardır.
“Əmioğlum inəyi qaytardı, ... istədi pəyəyə salsın.... İnək ora
ya getmək istəmədi, çünki bir heyvan kimi çöldə kallahı dolanmağa
çoxdan adət edibdir”.3
Təsək - azərb. dilində “gecə papağı” mənasında.
Tat dilində “təsək” sözü, ümumiyyətlə paltar, bundan əmələ
gələn “təşkuk” sözü isə “müqəddəs paltar” mənasını daşımışdır.
Tatlar da gecə yuxusundan qabaq başlarındakı papağı çıxarıb təsək
qoyardılar ki, gecə yatanda pis yuxular görməsinlər, onların açıq ba
şına bəd ruhlar qonmasınlar. Onlar, deməli, təsəkdə bir müqəddəslik,
bir nicatvericilik görmüşlər. ‘Tas//təs” (başın ortası, qafası) sözün
dən və “ək” - kiçiltmə ədatından yaranmış düzəltmə sözdür.
Qaraçi - t.d. qareçi. T.d. bu söz İran dillərinin özünəməxsus
dur. Belə ki, tat dilində arabaya “qarə”, f.d. “kari”4, əfq.d. kadi və s.
deyilir. Məlumdur ki, daim köçəri həyat sürən qaraçılar bütün ömrü
1 Yenə orada, səh. 58
2 Giləvar sözündə də iki tərkib: gilə və var (külək) vardır və tat dilində gilələyən
külək deməkdir.
3 C.Məmmədquluzadənin “Oğru inək” hekayəsindən.
4 Персидско-русский словарь. 1960, səh. 416
AZƏRBAYCAN TATLARININ DİLİ
85
nü arabada keçirərdilər, təsadüfi qazanc və dillənməklə dolanardılar.
Təsadüfi deyil ki, türk dillərində “dilənçi”, “yolçu” sözünün sinoni
mi kimi “qaraçı” sözü işlənmişdir (DTS, 424, MQ, I, 487). İran dil
lərinə məxsus “qare” (araba) sözünə az.d. sənət bildirən “çi” şəkilçi
sini artırmaqla “qaraçı” sözü əmələ gəlmişdir. İlk variantı az.d., bəl
kə də, “qareçi” olmuşdur. Bu etnik qrupun az.d. adı olan “qaraçı”
sözündəki birinci komponentin az. (türk) dilləriııdəki “qara” (sifət,
rəng mənasında) sözü ilə əlaqəsi yoxdur.
Dərzi - az. dilində paltar tikən, xəyyat mənasında.
Tatlar iynəyə “dərzən”, “dürzən”, “darzan” kimi müxtəlif fo-
netik fərqli sözlər deyirlər, sənət bildirən “i” şəkilçisini “dərzən”
(iynə) sözünün əsası olan dərz (paltarda yamaq, yarıq, sökülmüş yer
mənasında) sözünə qoşaraq paltar tikən şəxsin sənətini bildirən
“dərzi” sözünü yaratmışlar ki, bu da eynilə azərb. dilinə keçmişdir.
Ovxarla(n)maq - itilənmiş mənasında. Bu sözün əvvəlki iki
komponenti (“ov” və “xar” - xardən - içmək, çəkilmək” mənasında
işlənir. Məlumdur ki, dəmiri qızardıb döyür, sonra suya çəkir, itilə
yirlər. Burada bu söz sonuncu “lan” və “maq” sözdüzəldici azərb.
şəkilçilərini qəbul edərək həmin mənalı mürəkkəb söz yaranmışdır.
“O səs ovxarlanmış xəncərə dönüb ürəyimi doğrayırdı”.1
Ələngə - azərb. dilində yorulub əldən düşmüş, halsızlaşmış.
Bu söz tat dilindəki ling//lüng - ayaq sözlərindəndir. Hərfən: Ələn-
gə//Əlüngə (aftara) - əldən (düşmüş) deməkdir.
“Gündüz saat ikiyə kimi yatmaqdan ələngəyə dönüb”.2
Burada həmin söz kinayə ilə işlənmişdir: yatmaqdan əldən dü
şüb.
Cirbur - soğan, un və kartofdan hazırlanan sulu xörək, tatca
cılbıl.
Şeynəm - şeh, tatca şeynəm.
Şətəl - corab, tatca şətəl.
Şing - yemlik, tatca şing.
Şirp - dərhal, tatca şirp.
1 Altay Məmmədov. Məhəbbətin səsi, B., 1968, səh. 79
2 Altay Məmmədov. Məhəbbətin səsi. B., 1968, səh. 19.
Dostları ilə paylaş: |