14
BİRİNCİ KİTAB
dili fars və tacik dilləri qrupuna daxil etməyə çalışmış və tat dilini
müasir fars dilinin, bir növ, ləhcəsi hesab etmişdir.1
Əlbəttə, doğru olmayan müqayisəsində müəllif bir sıra səhvlə
rə yol verir.2 Əvvəla, bir ailəyə daxil olan dillərdəki bu və ya başqa
məşhur və məlum faktları, (məsələn: məsdərləri, şəxs əvəzliklərini,
felləri və s.) götürüb həmin ailəyə daxil olan başqa bir dilin faktları
ilə müqayisə edərkən, bunlan o dildə tapdıqda bu dilləri eyniləşdir
mək, onları bir-birinin dialekti hesab etmək, bizcə, doğru deyildir.
O,
bu səhvini sonralar tatların dilinə həsr etdiyi monoqrafiya
sında da təkrar etmişdir.3 Axı, A.L.Qrünberqin elə bu müddəasını
tat dilini Xəzərətrafı dialektlərə aid edənlər də əsas götürmüşlər. Bu
və ya başqa dilin öz qrupu içərisindəki müstəqil və ya asılı rolunu
bu dilin özünəməxsus, öz qrupunun başqa dillərində olmayan fone-
tik, leksik və qrammatik nümunələr tapmaqla onun xüsusi vəziyyə
tini tədqiq və qohum dillər içərisindəki yerini müəyyən etməx olar.
Məhz tat dilində də fars, tacik, talış, gilək və s. dillərdə olmayan,
yaxud nadir təsadüf edilən leksik4 və qrammatik faktlar çoxdur. Xü
susilə, Azərbaycan dilinin tat dilinə güclü təsiri onu İran dillərindən
ayırır, ona, bir növ, xüsusi mövqe verir.
İ.M.Oranski İran dillərinin bu və ya digərini o birinin dialekti,
ləhcəsi hesab edilməsi məsələsindən danışarkən doğru olaraq göstə
rir ki, “bir-biri ilə qohum olan və tarixi inkişaf nəticəsində müstəqil
dillərə çevrilmiş bütün müasir və qədim, yazılı və yazısız, bu dildə
danışan əhalinin sayından asılı olmayaraq, böyük və kiçik İran dillə
ri əslində ümumikök İran dilinin dialektlərindən başqa bir şey deyil
dir.5 O, bütün İran dillərinin kök İran dilinin dialektləri olduğunu,
1 Hələ vaxtı ilə prof. L.Jirkov da bu nəticəyə gəlmişdi. İran dillərindən danışarkən
o tat dilinin adını belə çəkmir. Görünür, o, tat dilini sadəcə
fars dili hesab
edir/bax: P.Жирков. Персидский язык, M., 1927, səh. I I .
2 Bu müqayisə üsuluna əsaslanan bəzi alimlər nəinki təkcə kiçik dilləri, hətta
tacik və əfqan dillərini belə fars dilinin ləhcələri (hətta fars dili) hesab etmişlər.
Bax: Ehsan Yarşater. Zəbanha və ləhcəhaye Irani, Tehran, 1336, səh. 31.
3 А.Л.Грюнберг. Язык Североазербайджанских татов. Л., 1963.
4 Əsərin leksika hissəsinə bax.
5 İ.M.Oranski. Göstərilən əsəri, səh.35
AZƏRBAYCAN TATLARININ DİLİ
15
bu dialektlərin müəyyən inkişaf mərhələsində bir-birindən uzaqlaş
ması nəticəsində müstəqil dillərə çevrilməsi məsələsindən bəhs edir.
İ.M.Oranski bu məsələni daha aydın şəkildə izah edərək yazır: “Bu
mənada bütün İran dilləri haqqında ümumi - kök İran dilinin dia
lektləri kimi bəhs etmək olar. “Dil” və “dialekf ’ məfhumları arasın
da dialektik bir əlaqə vardır, tayfa və ya xalq dilinin dağılması və ya
parçalanması dialektlərin yaranmasına gətirib çıxarmışdır. Əlbəttə,
müəyyən tarixi şərait nəticəsində bu dialektlərin hər biri də müstəqil
bir dilin inkişafı üçün əsas ola bilər.1
İ.M.Oranskinin bu düzgün elmi təhlili tat dilini fars və ya ta
cik dilinin ləhcəsi hesab edənlərin fikrini rədd etmək üçün kifayət
qədər əsas verir. Maraqlıdır ki, bəzi alimlər (məsələn: İran alimi
prof. Ehsan Yarşater) Azərbaycan ərazisində işlənən və bir-birindən
fərqlənən müxtəlif tat dili ləhcə və şivələrini qəbul etmir, Azərbay
can dilinin güclü təsirinə məruz qaldıqları üçün bunların hamısını
düzgün olmayaraq “Bakı tat dili” adı altında birləşdirirlər.2
Avropa dillərində də tat dilinə dair bir sıra əsər və məqalələr
yazılmışdır. V.Heyger özünün İran dillərinə dair əsərinə tat dili haq
qında bir sıra əhəmiyyətli qeydlər daxil etmiş, tat dilinin fonetikası
və qrammatikasından (qısa, həm də nöqsanlı da olsa) danışmışdır.
V.Heyger tat dili haqqındakı əsəri üçün İ.Beryozin və B.Domun on
suz da nöqsanlı olan mətnlərini əsas götürmüşdür. O, B.Domun al
man dilində verdiyi “Uşaq üstündə dalaşan iki qadın” lətifəsini də
eyni ilə öz əsərinə daxil etmişdir.
V.F.Minorski də tatlar və tat dili məsələsi ilə maraqlanmış və
bu barədə bir sıra qiymətli qeydlər etmişdir.
Tat dilinin tədqiqində dili tat dili olanların özlərindən də tə
şəbbüs göstərənlər olmuşdur. Əslən yəhudi-dağ cuhudlarından olan
N.Anisimovun “Tat dilinin qrammatikası” əsəri diqqətəlayiqdir.4
Müəllif burada tat dilinin yəhudi ləhcəsinin qısa oçerkini vermişdir.
1 Yenə orada.
2 Ehsan Yarşater. Göstərilən əsəri, səh. 28
3 V.F.Minorski. Tat. “İslam ensiklopediyası”, Leyden-Leyp., 1934.
4 H.Anisimov. Qrammatik zühun tati (на татском языке). M., 1932.