Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə113/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   109   110   111   112   113   114   115   116   ...   131

468
İKİNCİ KİTAB
TATLARDA  QƏDİM  ETİQADLAR,
ATƏŞ PƏRƏSTLİK  QALIQLARI
Tatların  səma  cisimlərinə  etiqadı,  onların  dərdlərə  şəfa  verə 
biləcək  inamı  çox  maraqlıdır.  Tatların  əqidəsinə  görə  Günəş  kimi 
Ay  və  ulduzlar da ilahi qüvvəyə malikdirlər.  Ağır dərdə, ruhi sarsın­
tıya  düçar olmuş  xəstələri  müalicə  etmək  üçün  tatlar gecə  su  və  ya 
süd  tökülmüş  qabı  evin  damı  üstünə,  yaxud  həyətə  çıxanr,  xəstə 
adam  həmin  qabın  içinə  baxır,  Aym,  ya  da  ulduzların  əksini  orada 
görən  kimi  xəstə qabın  içindəki  su və  ya südü  başına çəkib birnəfə­
sə  içməlidir.  Guya  xəstə  bundan  sonra  şəfa  tapacaqdır.  Burada  heç 
şübhəsiz  qədim  dindən  qalmış  bir  adət  -   səma  cisimlərinin  sakral 
gücünə inam etiqadı öz əksini tapmışdır. Maraqlıdır ki,  belə bir adə­
tin Hindistanın  Oud rayonu müsəlmanlarının  məişətində eynilə  qal­
dığını  L.Y.Ştemberq də öz əsərində ətraflı  şərh edir.214 Bədənə daxil 
olmuş  kənar  və  bəd  ruhların  xəstə  bədənindən  “qovulması”  üçün 
belə bir müalicə  üsulunun  Avestada  da  təsvir olunduğunu215  nəzərə 
alsaq  tatların  məişətində  qalan  Aya  və  ulduzlara  inamın  mənbə  və 
mənşəyi  məlum olar.  Tatlar müəyyən bir əhd edərək həmin  arzunun 
yerinə  yetirilib-yetirilməyəcəyini  bilmək  üçün  də  səma  ci­
simlərindən  “kömək diləyir”  və  bunun  üçün  gecə  quyu  suyuna,  bu­
lağın  duru  suyuna,  vedrə  və  ya  teşt  içərisindəki  suya  baxır,  orada 
Ayı  və  ya  ulduzları  görərsə  sevinir,  istəyinin  yerinə  yetiriləcəyinə 
inanır.  Bu da  yenə  də  islam dinindən  deyil,  Zərdüşt  təlimindən irəli 
gələn bir inam və etiqaddır.
Avestanın  bir çox  hissələrində  Günəş  adlı  Allahdan  bəhs olu­
nur,  ona  sitayiş  olunması  vacib  sayılır.  Bu,  canlılara  həyat  verən, 
şadlıq gətirən,  çirki, kəsafəti təmizləyən, üfunəti yox edən, əbədi ya­
şayacaq qüdrətli  bir mələkdir.  Avestanın bir hissəsi  (altıncı yəşt)  tə­
biətin  bu  böyük  mələyinə  -   Günəşə,  onun  qüdrətinə  və  mədhinə 
həsr  olunmuşdur.  Qədim  şərq  xalqlarının  əksəriyyətinin,  o  cümlə­
dən  irandilli  xalqlann  günəşə  olan  ehtiramı  o  qədər  sonsuz  idi  ki,
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
469
onlar  haraya  getsəydilər,  -   xüsusilə  səfərə  çıxanda,  “günəşin  mü­
qəddəs  faytonu”  adlanan  rəmzi  özləri  ilə  aparardılar.  Elə  buna görə 
də, bu  xalqlann  Günəşə olan  ehtiramından  bəhs  edərkən  bəzi  tədqi­
qatçılar yazırlar ki,  bu  onlar  üçün  əbədi  həyat  nişanəsi  idi.216 Günə­
şə  sitayiş  edən  xalqlar  üçün  bu  heç  də  kifayət  deyildi.  Bu  son  hədd 
sayılmırdı.  Onlar göyün parlaq Allahına and içir,  dara düşəndə üzlə­
rini  ona  çevirib  köməklik  göstərməsi  üçün,  dərdlərinə  çarə  etmək 
üçün yalvarardılar.  Onlar bu parlaq Allahın  -  Günəşin  səhərlər doğ­
masını  şadlıq  və sevinc mərasimi  ilə qarşılayır,  axşamlar isə gün ba­
tanda,  dağlar arxasında  gizlənərək öz parlaq  şüalarım  da  özü  ilə çə­
kib  aparanda  şivən  qoparıb  fəryad  edər,  səs-küy  salıb  Günəşin  düş­
məni  olan  qaranlığı  qorxuzmaq  üçün  bütün  gecəni  qaval  çalar,  gü­
nəşin  yenidən  gəlib  qaranlığı  qovması  üçün  yalvanb  göz  yaşı  axı­
dardılar.217  Qədim  atəşpərəstliyin  günəşə  olan  bu  sonsuz  etiqadı 
sonralar tərtib  olunmuş  “Xorde  Avestada”  “Günəşə  sitayiş”  adlı  bir 
fəsildə  xüsusi  qeyd olunaraq218 Günəşin  təbiətdə rolu  və  əhəmiyyəti 
göstərilmişdir  ki,  bu  fəsli  daha  doğrusu  Günəşin  mədhinə  yazılmış 
bu  mahnını  gündə  üç  dəfə:  Günəş  doğanda  (səhər),  göyün  oıtasına 
çatanda  (günorta)  və  batanda  (axşam)  oxuyardılar.219  Avestada  so- 
ruşulur ki,  əgər Günəş olmasa,  əgər Günəş çıxmasa -  Günəş doğma­
sa nə olar? Ona Ahuramazda cavab verir:  Əyər Günəş çıxmasa dev- 
lər insanlara,  Allahlara hücum edər,  dünyam məhv edərlər.220
Avestaya  görə  od  Ahuramazdamn  oğludur.  Od  Zərdüştə  görə 
əzəmətli,  güclü  və qüdrətlidir.  Ona görə ki,  o,  öz gücünü  və parlaq­
lığını  ulu  Ahuramazdadan  və parlaq  Günəşdən  alır.  “Yəsnanın”  43- 
cü  fəslinin  doqquzuncu  bəndində  odun  qüdrətindən,  ona  ehtiram 
edilməsinin  vacibliyindən,  odun  yerdə  Allahın  -   Günəşin  nişanəsi 
olduğundan bəhs olunur.  Bu,  Avestada oda sitayişin vacibliyini  gös­
tərən  ən qədim hissədir.221  Tatlar içərisində  od Günəşin  yerdəki  nü­
mayəndəsi  olub  ona  ehtiram  etmək  məcburi  sayılır.  Tatlar  oda  and 
içər, onun üstünə su töküb söndürməzlər.  Bu günah sayılır.
Tatlar islam  dinin  sünni  və  şiə  təriqətlərinə  mənsubdurlar:  yə­
ni  tatlar içərisində  həm  sünnilər və həm də şiələr vardır.  Bəzi  müəl­


470
İKİNCİ KİTAB
liflər  vaxtilə  səhv  olaraq  müsəlman  tatlarının  yalnız  şiə  olduqlarını 
qeyd etmişdilər.222
Lakin  sonradan  bu  səhv  müddəanı  təshih  edən  və  müsəlman 
tatlarının  islam  dininin  hər  iki  -   sünni  və  şiə  qollarına  mənsub  ol­
duqlarını  haqlı  olaraq  qeyd  edən  alimlər  də  olmuşlar.223  Keçmişdə 
atəşprəst olan,  Zərdüşt dininə  sitayiş  edən  tatlar ərəblərin  işğalından 
sonra  Azərbaycan  ərazisinin  başqa  tayfaları  ilə  bərabər islam  dinini 
qəbul  etmiş,  müsəlmanlaşmışlar.  Lakin  tatlar islam  dinini  qəbul  et­
sələr  də  öz  dini  adət-ənənələrini  tamamilə  unutmamış,  gizlində  də 
olsa  özlərinin  bu  və  ya  başqa qədim  ayininə  sadiq  qalmışlar.  Onlar 
Günəşə  and içər,  odu,  yaxud  lampanı  günəşin yerdəki  nümayəndəsi 
hesab  edər,  ona  müqəddəs  varlıq  kimi  yanaşarlar.  Tatların  ən  əziz 
andları  indi  də  “günəşə  and  olsun”  (bə  afta  sögənd),  “oda  and 
olsun”  (bə  ataş  sögənd),  “çırağa and olsun”  (bə ləmpə  sögənd)  və  s. 
kimi  ifadələrdir.  Tatlarda  ocağın  üstünə  su  tökmək  günahdır.224 
Odun  üstünə su  tökülsə  guya ailəyə bədbəxtlik üz  verər,  ailədə kim­
sə  ölər.225  Od  guya  insanı  bəlalaradan  qoruyur,  ona  görə  də  səfərə 
çıxanın,  səfərdən  gələnin,  gözəl  uşağın,  çox  südlü  heyvanın  başına 
duz  çevirib  əvvəldə  göstərdiyimiz  kimi  onu  bəlalardan  hifz  etmək 
üçün  odun  üstünə  atarlar.  Guya  üstünə  duz  tökülən  od  çırtıltısı  ilə 
nəzəri qəbul edir, bəd nəzərləri yandırıb kül edəcəyini  vəd edir.
Şübhəsiz ki, bu qədim dövrlərdən bu günə qədər qalmış adətin 
-  oda ilahi münasibətin qalığıdır.
Maraqlıdır  ki,  ərəblər,  məs.,  tatların  bu  gün  də  oda  olan  mə­
həbbətlərini  söndürə  bilməmişlər.  Tatlar  islam  dininin  təsiri  altına 
düşəndən  sonra  da  atəşə  sitayişi  davam  etdirmişlər.  Lakin  artıq  bu 
oda  sitayiş  bir  növ  ərəbləşir  və  Məhəmməd  Peyğəmbərlə  əlaqədar 
olan  sitayişin  atəşpərəst -   müsəlman  kimi qarışıq  növü  əmələ  gəlir. 
Belə ki,  tatlar qaranlıq  otaqda  lampa  yandırdıqda çırağın  qarşısında 
baş  əyməklə Məhəmməd Peyğəmbərin  üzünə salavat çevirir və “əş- 
hədüənlailahə  illəllah  və  Məhəmmədün  Rəsulallah”  deyə  dua  edir­
lər.  Tatlar çırağa,  oda  and  içirlər ki,  bu  ən  ağır  andlardan  olub,  de­
mək  olar  ki,  əsil  tat  müsəlman  üçün  Qurana  and  içməkdən  də  mü­
hüm anddır.
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
471
Bir çox İran xalqlarında olduğu kimi  tatlarda da evin ocağında 
odun  sönməsi,  qonşudan  od  istəmək  yaxşı  əlamət  sayılmır.  Ona 
görə-də  tatlar öz  ocaqlarının  odunu,  demək  olar ki,  söndürməməyə, 
onu  mühafizə  etməyə  çalışırlar.  Məhz  buna  görə  də tatlar külün  al­
tında  odu  səhərə  saxlamağı  çox  böyük  bir ustalıqla bacarırlar.  Ocaq 
tatlar üçün son dərəcə müqəddəsdir. Çünki ruhunda atəşpərəstlik qa­
lan  tatlar üçün bu  ocaq Zərdüştü  (onu oda atıb yandırmaq istəyəndə 
tonqal  gülüstana çevrilir,  güllər açılır),  sonralar müsəlmana çevrilən 
tatlar  üçün  isə  İbrahim  Xəlilullahı  (kafirlər onu  tonqala  atanda  ton­
qal  onun üçün  gülüstan olur,  güllər açılır.  Çox  vaxt and  içən  tat  de­
yir:  İbrahim ocağına and olsun”) əvəz edir.
Qədim  irandilli  xalqların  (hətta  atəşpərəst  olmayanlann)  ara­
sında oda ehtiram xüsusi yer tuturdu.  Belə ki, Madlardan başlayaraq 
həxamənşi  padşahlarına,  xüsusilə  Part  şahlanna  qədər  hamısı  oda 
xüsusi  ehtiramla  yanaşmışlar.  Bu  şahlann  atəşdan  qarşısında  ehti­
ramla  dayandıqlarını  qədim  İran  kitabələrində  görmək  olar.  Həxa- 
mənşilərin  sikkələrinin  üstündə atəşkədə şəkli çəkilmişdir.  Sasanilər 
dövründə  atəşdan  dövlət  gerbi  kimi  onların  bayraqları  üzərində  çə­
kilirdi.  Sasani  padşahlarının  buraxdıqlan  qızıl  və  gümüş  sikkələrin 
üstündə  atəşdan  şəkli  var.  İranlılar hələ  indi  də  ilin  son  çaharşəııbə 
gecəsində  böyük-kiçik  hamı  yolda,  qapıda  tonqal  qalayır,  əvvəldə 
göstərdiyimiz  kimi  “pak”  olurlar.  Odun-atəşin  azərbaycanlılar içər­
isində böyük  hörməti  olduğuna,  da ehtiram  edildiyinə226  Yaqut Hə- 
məvərin  “Məcəmülbüldan”  əsərində  “Azərbaycan”  sözündən  bəhs 
edərkən də qeyd olunmuşdur.
Səma  cisimlərinə  sitayiş  etmək  ən  qədim  zamanlarda  Azər­
baycanda mövcud  olmuşdur ki,  bu  barədə də  tarixi  mənbələrdə  mə­
lumat  verilir.  M.Xorenski  göstərir  ki,  iranlılar  və  midiyalılar  içəri­
sində də ilk əvvəllərdə Günəşə  sitayiş etmək adəti açıq  havada, hün­
dür  yerlərdə  icra  olunardı,  həmin  müəllifin  verdiyi  məlumata  görə, 
göstərilən  xalqlar  içərisində  ən  yüksək  and  Günəşə  və  onun  işığına 
and içmək hesab olunurdu.
Ay  da  qədim  albanların  baş  Allahı  sayılırdı.  Belə  ki,  Qafqaz 
Albaniyasında  astral  din  Allahı  olan  Ayın  şərəfinə  o  dövrdə  bir sıra


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə