Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə31/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   27   28   29   30   31   32   33   34   ...   131

dad -  tam (dad -  tam) 
ra -  dəfə (yol -  dəfə)
məhkəmə -  divan -  süd -  silis (məhkəmə -  divan) 
A N TO N İM LƏ R
Mənaca sinonimlərin  əksi olan antonimlər tat dilində geniş ya­
yılmışdır.  Leksik  vahidlərdə  əks  məna  yaradan  tat  dili  antonimləri 
leksikanm  başqa  kateqoriyalan  kimi  (polisemiya,  omonimiya,  sino- 
nimiya və  s.)  mənanı  qabarıq  nəzərə çarpdıran mühüm  ifadə  vasitə- 
lərindəndir.
Yəqin,  elə  buna  görədir  ki,  tat  dili  leksikasında  antonimlər, 
əsasən,  tat dilinin  öz  kök-sözləri,  özünəməxsus  doğma  sözləri  içəri­
sində xüsusi  yer tutur və bu kateqoriya,  əsasən,  tat dilinin bu  sözləri 
hesabına  yaranır.  Aşağıdakı  tat  dili  antonimləri  fikrimizə  ən  gözəl 
sübutdur.
souk (yüngül) -  kurun (ağır) 
qey (çox) -  kəm (az) 
bülünd (yüksək) -  küdə  (alçaq) 
kərm (isti) -  xünük (soyuq) 
tasundən -  söndürmək, dakasundən -  yandırmaq 
kəştən -  gəzmək, dəkəştən -  yatmaq 
ıaftən -  getmək, daraftən -  gəlmək 
bərdə (aparılmış) -  avardə (gətirilmiş) 
dəkərdə  (geydirilmiş) -  vəkəndə (soyundurulmuş) 
kisnə (ac) -  sir (tox) 
dərən (vermək) -  astaran (almaq) 
dir (gec) -  zu  (tez)
dusti (dostluq) -  duşmani (düşmənçilik) 
dur (uzaq) -  künd (yaxın) 
duraz (uzun) -  kudə, kütəh (qısa) 
dərd (kədər) -  şari (şadlıq) 
kələhə (böyük) -  küşkələ (kiçik) 
zir (alt) -  zəvər (üst)
118__________________________ __________________________BİRİNCİ  KİTAB
AZƏRBAYCAN  TATLARININ  DİLİ
119
kəmfəhm (ağılsız) -  zirək (bacarıqlı)
hist (var) -  nist (yox)
pur (dolu) -  ti  (boş)
rast (sağ) -  çəp  (sol)
oyin (duru) -  xəst (qatı)
siyə (qara) -  subi  (ağ)
tij  (iti) -  kütmil  (küt)
tar (yaş) -  xüşk (quru)
tarik  (qaranlıq) -  ruşneyi  (işıqlıq)
təng (dar) -  firə (enli)
Xəndə (gülüş) -  kiryə (ağlaşma)
xub (yaxşı) -  pis, bəd (pis)
şirin (şirin) -  təhəl (acı)
şit (şit) -  şur (şor)
şəft (əyri) -  dürüst (düz)
şö (gecə) -  ruz (gündüz) və s.
Tat dilində antonimlər bu  dilin  öz leksikası  hesabına yarandığı 
kimi,  həmin  dilə  daxil  olmuş  alınma  sözlər  vasitəsilə  də  yaranır. 
Məs.:  azərb.  dilindən  alınmalar diqqəti cəlb edir: çoğ (kök) -  anqurt 
(az.,  qədim  türk  dilinin  “manquıt”  sözündən,  -   “anq”),  əldən 
düşmüş, özünü unutmuş çatun (az., -  çətin) -  hasand (Q., asan) 
axir (Q., -  son) -  başlanğıc  (az., -  əvvəl) 
baha (Q., qiymətli) -   ucuz (az., -  ucuz) 
nazik (Q.,  nazik) -  qəlin (az., -  qalın) 
düz (az., -  düz) -  şəft (Q., -  əyri) 
quz (Q., -  əyri,  donqar) -  tik (az., -  dik) 
sərziıəva (Q., -  eniş) -  yuxuş (az„ -  yoxuş) 
pəstə (Q., -  alçaq) -  hündür (az., -  hündür) 
səxt (Q., -  bərk) -- buş (az., -  boş) və s.
ÇOXM ƏNALI SÖZLƏR
kar (M.) — 1.  iş; 2. əşya, cisim 
a fta -   1. günəş;  2.  aftaran  (düşmək) felindən: düşdü


120
BİRİNCİ KİTAB
alat -   1. paltar; 2. yorğan-döşək 
ambar//anbar -   1. çox; 2. anbar
biyar -   L  yaddaş;  2.  avardən  -   gətirmək  felinin  əmr  forması:
gətir
buz -   1.  uc, ön hissə;  2.  burun
bətən -   1.  yanı,  bətən piyərməraftüm -  atamın  yanma  getdim; 
2. deyir (ind.  zam. III şəxs, tək)
başirən -   1. oxşayış; 2. minik (minmək) 
vəlk -1 .  yarpaq; 2.  budaq
quit  -   (az.  sözü)  1.  qurd  az.  d);  2.  qurtum  (qurtum-qurtum 
içmək)
qəncuq -  (az.  sözü)  1. dişi  (cins bildirir); 2. atın tərki 
dəgəştən -   1.  yatmaq; 2. doğuş
dəkərdən  -   1.  geyinmək  (paltarı);  2.örtmək  (yorğanı,  xalçanı
və s.)
ərəq -   1. tər; 2. araq
asabiıən -   1. darıxmaq; 2.  əsəbiləşmək
şişrən  -   1.  yıxmaq  (məs.:  vuruş  meydanında);  2.  doldurmaq 
(unu çuvala)
fidaştən -   1.  uşağı  ayaqyoluna tutmaq; 2. işlətmək
xunə -   1. ev;  2.  bənzəyiş, oxşayış
tünük -   1.  sıyıq (xörək); 2. nazik, incə
səltə -   1. fahişə; 2. hamı, bütünlüklə, tamam
so -   1.  səhəng, 2. sorən (sürtmək) felinin kökü
lüvə -   1. yuva; 2. budaq
yazi -   1. (yazmaq felindən); 2.  çöl
may -   1.  ana; 2.  beşinci  aym adı
n ə x ü r -  1.  at ilxısı;  2. mal-qara  dəstəsi;  3.  lobya;  4.  çoxlu, çox 
uşaq,  ailə (yə nəxür əyəlü hist -  çoxlu uşağı var) və s.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
121
SÖ Z YARADICILIĞI
Tat  dili  leksikasını  təşkil  edən  sözləri  əmələ  gəlməsinə  görə 
aşağıdakı qruplara bölmək olar:
1.  Heç  bir  xüsusi  əlamət  qəbui  etməyən  sadə  sözlər.  Bura 
tat  dili  leksikasının  böyük  əksəriyyətini  təşkil  edən  sözlər  daxildir. 
Məs.: oy -  su 1,  dar -  ağac, əs -  at, sib -  alma, güyo -  ot,  birar -  qar­
daş, nun -  çörək, sünbül -sünbül,  ədəmi -  adam, xari -  yer və s.
2.  İki,  üç  sözdən  əmələ  gələn  mürəkkəb  sözlər.  Buraya  iki 
nitq hissəsinin birləşməsindən əmələ gələn mürəkkəb sözlər daxildir.
a)  Bunların  əksəriyyətini,  əsasən,  isimdən  əmələ gələn  (isimlə 
ismin  birləşməsindən  yaranan)  mürəkkəb  sözlər  təşkil  edir.  Məs.: 
maypiyər  -   valideyn,  gülrang  -   gülrəng,  sərpaçə  -   başayaq, 
palannəvar -  yəhər ləvazimatı, aluq -  çəluq -  palan,  gündahar -  dağ 
ətəyi,  mizantarazu  -  çəki,  şörüz -  gecə-gündüz,  sərpay -  toyu  idarə 
edən,  nu  p u li2 -   çörək  pulu,  şalkərdən  -   şərf,  zirşəlval  -   tuman, 
dəsmal  -   yaylıq,  sərbar  -   yük  üstü,  sərduvar  -   divarın  üstü, 
məməbədüş -  hal anası  və s.
b)  İsimlə  başqa  nitq  hissələrinin  birləşməsindən  əmələ  gələn 
mürəkkəb sözlər:
I.  İsimlə  felin  birləşməsindən  əmələ  gələn  mürəkkəb  sözlər: 
məməxar  (körpə)  məmə  -   döş  ismi,  xar  -   yemək  felinin  kökü, 
sinəbənd 
-   taprıq 
(sinə)  döş  ismi  ilə  “bəstən”  -   bağlamaq 
məsdərinin  əsası  olan  bənd  feli  ilə,  əngülbənd  -   boğça  (əngül  -  
düyüm ismi  ilə bəstən -  bağlamaq felinin  əsas  olan  “bənd”,  “bağla” 
felindən),  durigun  -   yalançı,  hərfən:  “yalan  deyən”,  duri  -   yalan 
ismi  ilə  “demək”  məsdərinin  kökü  olan  “gun”  feli  ilə,  şalbaf -   şal
1 Həcmi artırmamaq üçün sözyaradıcılığı bəhsində tat dilinin təkcə bir ləhcəsinə -  
Qonaqkənd ləhcəsinə  dair misallar verilmişdir ki, bunların da əksəriyyəti cüzi  fo- 
netik fərqlərlə başqa tat dili  ləhcələri üçün müştərəkdir. Sözyaradıcılığı məsələləri 
isə bütün  ləhcələr üçün demək  olar ki, eynidir.  Müqayisələr üçün  leksik hissədən 
istifadə etmək olar.
2 İkinci tərəf olan “puli” sözünün sonundakı i Azərbaycan dilindəki “u” səsidir və 
mənsubiyyət bildirir. Azərbaycan dilindən alınma şəkilçidir,


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə