130
BİRİNCİ KİTAB
Burarıi - Azərbaycanca “qabaq”. Bu bitkiyə tat dilinin Qo-
naqkənd ləhcəsində, bəzən, (Afurçə, Cimi, Xaltan kəndlərində) fars
dilindəki “kədu” sözünün fonetik dəyişməsi ilə “küdü” deyilir. La
kin bəzi kəndlərdə (Gümür, Ördüc, Puçuq, Xaşı, Dəhnə) “burani”
deyilir. Azərbaycan dilinin bir sıra dialektlərində (məsələn, Təbriz
də) “boram” sözü yağla qızardılmış bəzi bitkilərdən hazırlanan xö
rəklər adında, məsələn, ispanax boranısı, kədu (küdü) boramsı və s.
işlədilir.1 Buna görə bu sözü fars dilindəki “biryan” (qızartma) sözü
ilə bağlamaq olar.
M ərzguşnə (Bəzən, mərzəpumə) - azərbaycanca çöl nanəsi
(farsca “mərzənguş”). Tat dilində olan bu söz iki komponentdən
ibarət olub, mərz + guşnə sözlərinin birləşməsindən əmələ gəlmiş
dir. Bu bitkiyə fars dilində mərzənguş və ya mərzəncuş deyilir.
“Borhane Qate” müəllifi yazır: “Mərzənguş (ərəbcələşmiş: mərzən
cuş), bir növ, reyhan olub, yaşıl rəngli və xoş ətirlidir.., yarpaqları
siçan qulağına oxşayır, ona görə də ona “mərzənguş” deyirlər.
“Mərzə” sözünün “siçan” mənası da vardır”.2
Deməli, “Borhane Qate” lüğətinin müəllifi bu sözün guşmuş -
“siçan qulağı” mənasında və iki sözdən (mərzən+guş) ibarət mürək
kəb bir söz olduğunu söyləyir. Bizcə, bu fikir, tamamilə, doğrudur.
Müəllif davam edərək yazır: “Onunla bəzi xəstəlikləri müalicə edir
lər”3 Deməli, müəllifin yazdığı kimi, bu bitkidən bəzi xəstəliklərə
qarşı dərman kimi istifadə olunur. Tatlar da bu bitkidən soyuqdəy
mə, qarın ağrısı və s. xəstəliklərə qarşı istifadə edirlər.
Bu söz fars dilindən ərəb dilinə keçərək mərzəncuş, mərdquş,
mərcanguş formaları almışdır.4
Bəzi tat kəndlərində (Quba rayonunun Afurça, Ördüc, Cimi,
Gümür, Xırt, Güləzi) bu bitkiyə “Koukəpa” deyilir ki, bu da mü
rəkkəb söz olub, iki sadə sözdən ibarətdir: kouk (farsca kəbk, azər
baycanca kəklik) + “pa” (farsca “pa”, azərbaycanca ayaq) (deməli,
1 Bu qeyd mərhum H.Zərinzadənindir.
2 BUrhan. “Mərzəngilş” sözünə bax.
3 Yenə orada.
4 Bax: Firuzabadi. Əlqamus əl-mohit.
AZƏRBAYCAN TATLARININ DİLİ
131
hərfən “kəklik ayağı”), Dəvəçi rayonunun Kilvar kəndində bu bitki
bitmir. Ümumiyyətlə, bu bitkidən təbii ətirli çay kimi istifadə
edildiyindən, kilvarlılar onlara daha yaxın olduğu üçün Gümür kən
dinə gəlib, bu otdan toplayıb gətirərdilər. Ona görə də kilvarlılar
kəklik otuna “çaygümür” (bu da “Gümür çayı” deməkdir) deyirlər.
Məsələn: bir kilvarlının dilindən müəllif bu sözləri eşitmişdir: Kuk
İbrimsəmi Səlimxan bəmən ya kisə çaygümür da - İbrahimsəminin
oğlu Səlimxan mənə bir torba Gümür çayı (yəni çöl nanəsi) verdi.
(Misal altmışıncı illərdə qeydə alınmışdır).
Təhləpusi - Azərbaycanca “çöl soğanı”. Soğana oxşar kökü
və yarpaqları olan bu bitki dağda, meşədə bitir, yeməli bitkidir. Bu
bitki hər cəhətdən soğana oxşasa da, soğana nisbətən pis, çürümüş
soğan iyi verir, özü də soğana nisbətən acı olur. İki sadə sözdən iba
rət olan bu mürəkkəb sözün birinci - “təhl”, “təhlə” sözü fars dilin
də olan təlx, təlxe sözlərinin fonetik variantıdır. Tat dilində farsca
təlx (acı) sözü əvəzinə “təhl” işlənir. Bu sözün ikinci hissəsi isə ya
çürüməklə əlaqədar olaraq “pusirən” (çürümək) məsdəriııin kökü
(farsca pusidən), yaxud da “dəri”, “qabıq”, “üz” mənasını verən
“püst’’ sözündən əmələ gəlmişdir ki, bunun da “t” səsi düşmüşdür.
Həqiqətən də, bu bitkinin soğana oxşar köklərinin ən acı his
səsi qabığıdır. Deməli, mənaca “təhləpüst” - acı qabıqlı deməkdir;
yaxud da “təhlə + pi yaz” (acı soğan) sözləri ilə bağlıdır.
Ç iraqgürg - meşəlikdə bitən, tünd qırmızı rəngli pis qoxulu
güldür. Bu da iki sadə sözdən ibarət mürəkkəb isimdir: çiraq - şam,
gürg - canavar. Gecələr yaşıl işıq verən bu gülü canavar gözünə ox
şadaraq belə adlandırmışlar. Tat dilinin D. ləhcəsində buna “qud-
qami” deyilir ki, bu da Azərbaycan dilindən gələn “qurd qarnı” de
məkdir.
Yuxanda qeyd etdiyimiz kimi, tat dilində izafət tərkibinin ol
maması faktı özünü bu sözdə də göstərməkdədir.
Ziihunbəbə’y - Azərbaycanca tuışənk. Bu bitkinin yarpaqları
quzu dilinə oxşayır, “zühunbəbə” tat dilində “quzu dili” deməkdir.
“Zuhun” (fars ədəbi dilində “Zəban”, Tehran dialektində “zəbun”)1
1 N.Z.Hatəmi. Fars danışıq dili. Bakı, 1965, səh. 5.
132
BİRİNCİ KİTAB
bu sözün ikinci hissəsi isə bəbə’ - tat dilində “quzu” deməkdir.
Azərbaycan dilində məlum yemək adı kimi işlənən “düşbərə”
(düş-bərə, əslində guş-bərə hərfən: quzu + qulağı) yuxandakı sözün
etimoloji təhlili üçün maraqlı bir misaldır. Azərbaycan dilində bu
xörək “quzuqulağı” kimi də adlanır. Bu sözü tat dilindəki “guşvərə”
- sırğa sözü ilə də bağlamaq olar (düşbərə dənələri, həqiqətən də,
sırğaya oxşayır).
X ərxarə - Azərbaycanca yabanı lobya. Bu bitkini, əsasən, eş
şək yeyir. Acı, tikanlı olan bu lobyanı başqa heyvanlar az yeyirlər.
Ona görə də bu sözün birinci hissəsi olan “xər” - eşşək sözü, ikinci
hissəsi isə “xardən” (yemək) ilə bağlıdır. Deməli, bu sözün
etimoloji mənası “eşşəkyeyəndir”.
G oukuşək - Bu bitiyə fars dilində vaxtı ilə əslində Suriya
sözü olan “əhləbdiya” deyilirmiş. “Borhane Qate” müəllifi yazır:
Əhləbdiya - südlü bitkidir. Şirazlılar ona gavnəkünək deyirlər.
Deyilənlərə görə, öküz ondan azca yeyərsə, ölər.1
Tatlara görə də, çox acı olan bu bitkini guya öküz yeyərkən
zəhərlənir. Tat dilində də bu bitki zəhərli xüsusiyyətlərinə görə,
“goukuşək” adlanmışdır (“Gou” (farsca “gav” - öküz) + “küş” tatca
“küştən” (öldürmək) məsdərinin kökü +ək şəkilçi). Qonaqkənd
ləhcəsində bu sözün qədim formasının sonunda olan “ək” şəkilçisi
eynilə saxlanmışdır.
X ərəçərə - Azərbaycanca oleandır.2 Bu sözün birinci kompo
nenti tatca da “xər” - eşşək sözündəndir. Onun ikinci komponenti haq
qında iki fikir yürütmək olar: “çaristən” - otlamaq məsdərinin kökü
olan “çarə”- dir. Tatların fikrincə, bu bitkini eşşək yeyərkən guya ölür.
Çox zəhərli olan həmin bitkiyə farsca (“xərzəhrə”) - hərfən “eşşək zə
həri” adlanır. Deməli, bu ikinci tikir daha doğru olduğuna görə, tatca
“xərçərə” sözünün tərkibindəki “çərə” komponentini zəhrə sözünün
1 Bürhan. Əhləbdiya sözünə bax.
2 Botanika terminləri lüğəti. Azərb. SSR EA nəşriyyatı, Bakı, 1956, səh. 123. (Bu
bitkiyə yarpaqları söyüd yarpağına oxşadığına görə, Azərbaycan dilinin
dialektlərində (məs, Təbrizdə) “söyüdgülü” deyilir. Oleandr isə əslində latın
dilindən alınmış fransız sözüdür).
AZƏRBAYCAN TATLARININ DİLİ
133
dəyişilmiş forması kimi izah etmək olar.
Bəlalə - Azərbaycan ədəbi dilində baldırqan. Təbriz dialektin-
də buna batbat, fars dilində badbad, tatca (Afurçada) “bəlalə” və
“badbad” deyirlər. Bu sözün fars dilində olan “bəd” - pis və (lalə)
sözlərindən əmələ gəldiyini güman etmək olar. Bu bitkinin suyu
bədənə toxunduğu yerdə qabar əmələ gətirir. Forma və rənginə görə
isə laləyə oxşayır. Buna görə də ehtimal ki, “bədlalə” (hərfən “pis
lalə”) adlandırılır.
Tərçiq - Azərbaycanca danaqıran. İlk bahar gülü olan bu bitki
qar altından çıxır. Maraqlı etimoloji quruluşa malik olan bu sözün
birinci hissəsi farsca “tər”, tatca isə “tər” (təravətli), “təzə”
sözündən, ikinci hissəsi isə ehtimal ki, Azərbaycanca “çıxmaq”
sözünün kökü “çıx”-dan əmələ gəlmişdir. Bu bitkiyə bəzi tat
kəndlərində “dannaqara” deyilir ki, bu da eynilə Azərbaycanca
“danaqıran” sözündəndir.
Çox qədim zamanlarda fars dilində işlənmiş bitki adlarının
bəzisi sonralar köhnəlmiş və bu dildən çıxmışdır, lakin tat dilində
indi də bu bitki adlan işlədilir. Tatca “əvərs” sözü buna misal ola bilər.
Dağlann döşündə, meşə ətəklərində bitən tikanlı, həmişə yaşıl
bu bitki “Fərhənge Cahangiri” lüğətində “əvrəs” kimi qeyd edilmiş,
qarşısında isə “sərve kuhi” yazılmışdır. Burhane Qatedə də eyni mə
nada (əvərs) getmişdir. Şüuri lüğətində isə bu söz ures şəklində və
aşağıdakı mənada verilmişdir: Bu ağaca derexte araç, bəzi lüğətlər
də isə derexte çinar deyilir. Dağlarda bitən sərv ağaclannın bir nö
vüdür. Xorasanda buna ure, Çalusda və Kəçsəıdə həvərs, Hudədə
əvərs, Məncildə ərs deyilir. Hərzəvildə isə bu bitki Ərdüc adlanır.1
1 Azərbaycan dilində bu “ərduc” sözü fonetik dəyişikliyə uğrayaraq “ardıc”
şəklində işlədilir. Yuxanda qeyd etdiyimiz kimi, bu bitki meşələrin içərisində
deyil, adətən, meşələrin dağ ətəklərində bitir. “Borhane Qate” müəllifi onun bu
xüsusiyyətini belə qeyd etmişdir. Bu ağac, əsasən, meşə ətəklərində bitir. (Bax:
Bürhan. Səh. 37)
Quba rayonunda dağlann döşündə yerləşən, üst tərəfi isə böyük meşə olan
“ərdüc” adlı tat kəndinin meşəyə yaxın olan tərəfi bu həmişəyaşıl ardıc kollan ilə
doludur. Yəqin ki, kənd öz adım həmin bitkinin adından almışdır. Kəndin adı indi
Dostları ilə paylaş: |