Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə37/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   33   34   35   36   37   38   39   40   ...   131

1 4 6
BİRİNCİ KİTAB
Tat  dilindəki  “a”  cəm  şəkilçisi  fars  dilinin,  məsələn,  Tehran 
dialekti  ilə  eyniyyət  təşkil  edir.  Belə  ki,  Tehran  dialektində  də 
samitlə  bitən  bir çox  isimlər cəmləşərkən  “a”  cəm  şəkilçisini  qəbul 
edir  və  tat  dilində  olduğu  kimi  bu  şəkilçi  vurğunu  öz  üzərinə 
götürür.  Məs.  ıəg  (Teh.)  (damar)  -   rəga  (damarlar;  M.F.  rəgha), 
yaxud siqara(Teh.) -  siqaret -  siqara (siqaretlər, m.f.  siqarha).  1
Müq.  et;  T.  Duvar  (Q.),  duval  (Məl.)  dival  (M.)  -   divar; 
duvara (Q.) Duvala (Məl.), divala (M.) -  divarlar və  s.
Fars  dilində  “ a”   cəm  şəkilçisi  “ u ” ,  “e” ,  “i”  saitləri  ilə  bitən 
isimlərin  sonuna  gələrsə  cəm  əlaməti  ədəbi  dildə  olan  “ha”  şəklinə 
düşür:  yəni  “a”  şəkilçisi  özündən  əvvəl  bir “h”  səsini  də  tələb  edir. 
Məs.:  Qusale -  dana,  qusaleha -  danalar;  mu  (y) -  tük,  muha -  tük­
lər və  s. Tat dilində də bu belədir və fars dili  ilə eyniyyət təşkil edir. 
Belə  ki,  “a”  cəm  şəkilçisi  saitlə  bitən  sözlərin  axırına  gələrsə  “ha” 
olur.  Məs.:  güyo  (Q.) -   güyoha -  otlar,  astara  (Q.)  -   astaraha  -   ul­
duzlar,  maşə  (Q.) -  maşəha -  maşalar,  cü  (Q.) -   cüha  -   arpalar,  di 
(Q.) -  diha -  kəndlər və  s.  Tat dilinin yəhudi, Məlhəm və Lahıc ləh­
cələrində  “a”  cəm  şəkilçisi  saitlə  bitən  sözlərə  qoşulduqda  bir  sıra 
başqa  ləhcələrdən  fərqli  olaraq  bu  cəm  əlaməti  “o”-ya  çevrilir  və 
beləliklə  də,  bəzi  İran  dilləri  (Məs.:  Tacik  və  s.)  üçün  xarakterik 
olan  okasiya  (olaşma)  hadisəsi  özünü  büruzə  verir.  Məs.:  Qusalə 
(Məl.)  -   qusaləho  -   buzovlar,  giyo  (yə;  la.)  -   giyoho  -   otlar  və  s. 
Bəzən,  bu  şəkilçi  Lahıc  ləhcəsində özünü  paralel  şəkildə,  yəni  “ho” 
və  “hon” formasında da göstərir.  Məs.:  odomin  (adam) -  odominho, 
odominhon -  adamlar və s.
Tat dilində “ un ”  şəkilçisi  də cəm əmələ gətirən  şəkilçidir.  Bu 
şəkilçi  Tehran  dialektində  olduğu  kimi,  fars  ədəbi  dilindəki  “an” 
cəm  şəkilçisini  əvəz  edir.  Məs.:  Əyəl  (Q.  uşaq) -   əyəlun -   uşaqlar 
və s. Tat dilindən başqa bir sıra İran dillərindən (fars, tacik,  əfqan və 
s.) fərqli  olaraq “an” cəm şəkilçisi Məl. ləhcəsindəki  bir neçə nümu­
nə  istisna  olarsa,  demək  olar  ki,  işlədilmir.  Yalnız  Məl.  ləhcəsində 
təsadüf etdiyimiz  “an”  cəm  şəkilçisi  maraqlıdır ki,  başqa  İran  dillə­
rindən  fərqli  olaraq  canlıları  bildirən  sözlərin  deyil,  cansızları  bil-
1 Пейсиков Л.С.Тегеранский диалект, M.,  1960, стр. 40
AZƏRBAYCAN  TATLARININ  DİLİ
1 4 7
dirən  sözlərin  sonuna  gələrək  onları  cəmləşdirir.  Məs.  zuval  (kö­
mür) -  zuvalan  (kömürlər),  hizum  (odun) -  hizuman  (odunlar)  və  s. 
Bu  ləhcənin  özündə  də  “an”  cəm  şəkilçisi  İran  dillərindən  olan  İş- 
kaşim  dilində  olduğu  kimi  “un”  şəkilçisinə  nisbətən  qeyıi-məhsul- 
dardır.1 Tat  dilində  “un”  şəkilçisi  yalnız  canlıları  bildirən  sözlərin 
axırma əlavə  olunur.  Məs.:  əsb  (M.),  əs  (Q.Məl.) -   at,  əsun  -   atlar; 
səg  (M.,  Məl.,  Q.)  -   it,  səgun  -   itlər;  əyəl  (M.,  Məl.,  Q.)  -   uşaq, 
əyəlün -  uşaqlar və s.
Bəzən  “un”  cəm  şəkilçisini  qəbul  etmiş  sözün  fonetik  tərki­
bində  səsdüşümünə  təsadüf edilir.  Belə  ki,  məs.,  sonuncu  söz  “un” 
qəbul  etdikdən  sonra  (əyəlun)  uşaqlar  şəklində özünü  göstərdiyi  ki­
mi  sonuncu  hecadakı  “ə”  səsinin  düşdüyü  şəkildə,  yəııi  əylun  kimi 
də özünü göstərir.
Tat  dilində  olan  “un”  cəm  şəkilçisi,  bəzən,  sürətli  danışıq  za­
manı bir növ qısalır,  yəni  son səs olan “n” düşür və cəm şəkilçisi  ki­
mi  təkcə  “u”  çıxış  edir.  Məs.:  əsun  (Q.Məl.),  əsbun(M.,)  -  atlar de­
yildiyi  kimi  əsu  (Q.,  Məl.),  əsbu  (M.,)  və  s.  şəklində  də deyilir.  Bıı 
halda  sonda  cəm  şəkilçi  kimi  çıxış  edən  “u”  uzun  tələffüz  olunur. 
Tat dilində  özünü  cəm  şəkilçisi  kimi  göstərən  və  uzun  tələffüz olu­
nan  “u”  bu dildə heç  də təsadüfi  deyildir.  İran dillərinin bir sıra  ləh­
cələrində  cəm  şəkilçilərindən  biri  də  “o”-dur.  İran  dilləri  ləh­
cələrinin  görkəmli  tədqiqatçısı  olan  V.A.Jukovski  göstərir  ki, 
İranın  Kaşan  vilayəti  ləhcələrində  (Vonşun,  Zefrə,  Kalırud  və  Keşe 
kəndlərində)  cəm  şəkilçisi  kimi  isimlərin  sonuna  “o”  gəlir  ki,  bu 
cəm şəkilçisi  də  uzun  tələffüz olunur.2 Həmin cəm şəkilçisi  işkaşim 
dilində  də  eynilə,  özü  də  geniş  yayılmış  şəkildə  vardır.3  Heç 
şübhəsiz,  əvvəldə  bir  sıra  tat  ləhcələrində  təsadüf olunan  “o”  (ho), 
hon  cəm  şəkilçisi  və  bəhs  etdiyimiz  “u”  şəkilçisi  tarixi  fonetika 
nöqteyi-nəzərindən  eyni  qanunauyğunluğun  müxtəlif  mərhələləri 
olub  eyni  mənşəyə  (İran)  mənsubdur.  Tat  dilinin,  məsələn,  Quba
1 Пахалина T.H. Ишкашимский язык.  M.,  1959, стр. 38 
Жуковский В.А.  Материалы для изучение персидских  наречий,  СПб.  1888,
г. I, səh. 216
Пахалина Т.Н. Ишкашимский язык. М.,  1959, стр. 37.


1 4 8
BİRİNCİ  KİTAB
ləhcəsində  əsas  сәш  şəkilçisi  kimi  çıxış  edən  və  uzun  tələffüz 
olunan  “ə”  istisna  olarsa,  haqqında  bəhs  etdiyimiz  cəm  şəkilçiləri 
bütün  tat  dili  ləhcələri  üçün,  əsasən,  eynidir.  Qeyd  etməliyik  ki, 
Abşeron  ləhcəsində  cəm  şəkilçiləri  “a”  və  “un”dur.  Bu  ləhcədə  “a” 
cəm  şəkilçisi  saitlə  bitən  sözlərə  qoşulduqda  “y”  səsini  özündən 
qabaq tələb edir,  “un” şəkilçisi isə saitlə bitən sözlərə də qoşulduqda 
özündən  qabaq  heç  bir  birləşdirici  səs  tələb  etmir  və  iki  sait  bir 
yerdə gəlir.
Tat  dilində  cəm  şəkilçisini  yalnız  isimlər qəbul  edirlər.  Məhz 
bununla  da  tat  dilindəki  isimlər  başqa  adlardan,  xüsusilə,  müstəqil 
nitq  hissəsi  olan  sifətlərdən  fərqlənir.  Sifətlər  və  əvəzliklərin  bəzi 
kateqori yalan  cəm  şəkilçilərini  qəbul  edərkən  substantivləşirlər,  yə­
ni  daha  doğrusu  isimlərin  semantik  kateqoriyasına keçirlər.  Məlum 
olduğu  kimi,  bir  sıra  İran  dillərində  (Məs.  işkaşim,  talış  və  s.)  cəm 
şəkilçisi  isimlərin bütün kateqoriyalan  üçün,  yəni canlı  və cansızlar, 
həm  üzvi,  həm  də  qeyri-üzvi  təbiətin  şəxs  və  əşya  adlan,  müəyyən 
və  qeyri-müəyyən  məfhumlannı  bildirən  bütün  isimlər  üçün  eyni 
olub,  yalnız  bir  şəkilçi  ilə  ifadə  olunduğu  halda1,  tat  dilində  bu  şə­
kilçinin sayı çoxdur. Tat dilində cəm  şəkilçiləri canlılar və cansızla­
rı,  insan  və  heyvanlan  bildirmək  üçün  ixtisaslaşmış  şəkilçilərdir  və 
isimlərdə,  əsasən, yalnız özlərinə məxsus cəm şəkilçisini qəbul edir­
lər.  Beləliklə,  məlum  olur  ki,  müəyyənlikdən  qeyri-müəyyənlik 
məfhumunu  bildirməyə  doğru  inkişaf etmiş  bu  dillərdən  fərqli  ola­
raq  tat  dili  hələ  də  konkretliyi  (müəyyənliyi)  və  qeyri-müəyyənliyi 
ifadə etmək yolu ilə yaşamaqda davam edir.
Tat dili  ləhcələri, əsasən, qrammatik cins bölgüsünü  itirmişlər, 
yəni  tat  dilində  kişi,  qadın  və  orta  cinslər  yoxdur.  İran  dillər qrupu 
üçün  çox  nadir  olan  bu  qrammatik  xüsusiyyət  bəzi  tat  dili  ləhcələ­
rində  qalmışdır.  Məs.:  Q.ləhcəsində pir-qoca (kişi),  pire  (zal) -  qan 
(qadın),  xolu -  dayı  (kişi),  xale -  xala (qadın). Tat dilində təbii  cins­
ləri  göstərmək  üçün  ya  xüsusi  sözlər:  xuruz  -   xoruz,  kərk  -   toyuq, 
duxtər -  qız,  gədə,  kuk -  oğlan,  ya da sözlərin əvvəlində cinsi bildi­
1 Пахалина  T.H.  Ишкашимский  язык,  M.,  1959,  стр.  115.,  Миллер  Б.В.  Та- 
лышский язык,  М.,  1953 г. стр. 73
AZƏRBAYCAN  TATLARININ  DİLİ
1 4 9
rən  nər -   erkək,  marə  -   dişi  kimi  söz  əlavələri  gətirilir:  nərə  xər -  
erkək  eşkək,  marə  xər  -  qancıq  (dişi  eşşək),  nərə  əs -  ayğır  (erkək 
at),  marə əs -  madyan  (dişi  at), nərə qaz -  erkək qaz, marə qaz -  di­
şi qaz, nərə go -  öküz,  mərə go -  inək və s.
Sözün  əvvəlinə  gətirilən  və  cins  bildirən  bu  söz  əlavələri  tat 
dilində  fars dilinin əksinə  olaraq heç  vaxt sözdən sonra gəlmir,  yəni 
fars dilində izafətlə işlədilən əsas  sözlə cins bildirən söz,  məs.,  nərre 
şir  (erkək  şir)-lə  bərabər,  made  şir  (dişi  şir)  əvəzinə  şire  made  for­
ması  tat dilində əsla yoxdur və  heç  vaxt cins bildirən əlavə  söz ikin­
ci  gəlib  izafət  təşkil  etmir.  Əslində  sifət  olan  pir  (qoca)  sözünü 
“zən”  və  “mərd”  sözlərinə  əlavə  edərək  təbii  cins  yaradan  sözlərə 
misal gətirirlər.1
Fars  dilində  olduğu  kimi  tat  dilində  də  həqiqi  fleksiya,  yəni 
sözlərin  əsl  formalarının  dəyişməsi  ilə  ifadə  olunan  qrammatik  mü­
nasibəti  yaratmaqdan  ötrü  cəm  halını  əmələ  gətirmək  üçün,  göstər­
diyimiz  kimi  xüsusi  cəm  şəkilçilərindən  istifadə  olunur.  Əgər  cəm 
şəkilçisi  olan  un  (u)  tarixən  (indi  də  qismən)  insanları  və  canlıları 
bildirmək  üçün  işlədilirmişsə,  ha (a) şəkilçisi isə əsas etibarı  ilə can­
sızlara aid edilmişdir. Hal-hazırda tat dilində ikinci cəm şəkilçisi  da­
ha çox  işlənir  və  birinci  şəkilçini  sıxışdırıb  aradan  çıxarır.  Bir  neçə 
sözdə  işlənən  un  -   u  cəm  şəkilçisi  məs.:  əyəlun  -   uşaqlar,  qusban- 
dun  -  qoyunlar,  kərgun  -   toyuqlar,  səgun  -  itlər,  əsun  -   atlar  və  s. 
aradan  çıxaraq  həmin  közlərin  özündə  də  ha  (a)  cəm  şəkilçisi  ilə 
əvəz  olunur.  Beləliklə,  demək  olar  ki,  ha  (a)  cəm  şəkilçisi  canlı  və 
cansızları  bildirməyindən  asılı  olmayaraq,  bütün  sözlərə qoşula bilir 
və populyarlaşmışdır.
Qeyd etməliyik  ki,  fars dilində  geniş  yayılmış  ərəb cəm  şəkil­
çiləri  (o  cümlədən,  sınıq  və  ikilik  cəm  formaları)  tat  dilində  qətiy­
yən işlənmir.
1 К.Г.Залеман, В.А.Жуковски. Краткая грамматика ново-персидкого языка. 
1890, стр.  17


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə