Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə42/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   38   39   40   41   42   43   44   45   ...   131

1 6 6
BİRİNCİ  KİTAB
qoşmalarından  əmələ  gəlmişdir.  Ümdə  fərq odur ki,  bu  dillərdə  ön- 
qoşma kimi  çıxış edən həmin  sözlər  tat dilində  sonqoşma  kimi  özü­
nü göstərir:  tü raftə  bə'də bə mən  xəbər dərund (Q.),  a rəftəntın pəs­
tə bıman  xəbər darund (M.) -  sən gedəndən sonra mənə  xəbər verdi­
lər;  əzin  bə'də  bemən  sxan  rnəgü  (Məl.),  əzin  pestə  bımən  kələci 
magu (Məl.) -  bundan sonra mənə söz demə.
Avaz,  əlgə,  özgə  ö n q o şm alan .  Bu  önqoşmalar hərəkət  bildi­
rən fellərə qoşularaq hərəkətin təkrar olunduğunu bildirirlər:  tü  avaz 
amari?  (Q.),  ti  özgə mori  (Məl.) -  sən yenə gəldin?,  avaz pul baxas- 
təni  (Q.),  əlgə  pul  mıxastəni  (M.),  ozgə  pul  bxostəni  (Məl.)  -   yenə 
pul  istəyirsən?  Bu  önqoşmalar,  bəzən  cümlədəki  yerini  dəyişməklə 
sonqoşmaya  çevrilərək  də  işlədilir  ki,  bununla  da  məna  dəyişilmir 
və sonqoşma,  tamamilə, önqoşma funksiyasında işlədilir. Məs.:  əlgə 
tün  amari?  (M.)  -   sən  yenə  gəldin? -  cümləsindəki  önqoşma yerini 
dəyişib  sonqoşmaya  çevrildikdə  məna  eynilə  saxlanılır:  “tün  əlgə 
amari?”,  yaxud “tün amari  əlgə?” ;  tü  avaz vazi bəsaxtəni?  (Q.) -  sən 
yenə oynayırsan -  tü vazi  basəxtəni avaz və s.
Bu  önqoşmalar fars  dilindəki  “baz”  (yenə,  yenə də)  önqoşma- 
sı  funksiyasım  daşıyırlar.  Maraqlı cəhət budur ki,  tat dilində  təsadüf 
olunan  “avaz”  önqoşması  pəhləvi  dilindəki  avas,  avaz  önqoşması 
ilə  həm  şəkil,  həm  də  məzmunca  eynidir.  Müasir  fars  dilindəki 
“baz”  önqoşmasının  sələfi,  yaxud  daha  qədim  forması  olan  pəhləvi 
dilindəki  avaz  sonrakı  inkişaf nəticəsində  fars  dilində  “baz”  şəklini 
alsa da tat dilində öz ilkin formasını hifz edə bilmişdir.
Qonaqkənd  ləhcəsində  “avaz”  önqoşması,  bəzən  təkrarın  şid­
dətini,  yaxud  təkrarın  təkrarını  bildirmək  üçün  özündən  sonra  bir 
“gə” hissəciyi  də qəbul edərək mürəkkəb önqoşma yaradır və “avaz- 
gə”  şəklini alır.  Məlhəm ləhcəsindəki özgə önqoşmasının  bu baxım­
dan  iki  hissədən:  öz  və  gə  komponentlərindən  ibarət  olduğunu  de­
mək  olar.  Bu  ləhcədə  “öz”  önqoşmasının  təklikdə  işlənməsinə  təsa­
düf etməsək də quruluş etibarilə bunun müstəqil önqoşma kimi işlə­
nə  bilməsi  ehtimalı  mümkündür.  Bizcə,  bu  ləhcədəki  “öz”  önqoş- 
ması  Qonaqkənd  ləhcəsindəki  (həm  də  pəhləvi  dilindəki)  “avaz” 
önqoşmasının  ya  daha  qədim  (Məs.  az,  oz),  ya  da  daha  sonrakı
AZƏRBAYCAN  TATLARININ  DİLİ
1 6 7
(Məs.:  müasir  f.d.  “baz”  kimi)  formasıdır.  Tat  dilinin  Qonaqkənd, 
Abşeron,  Lahıc  ləhcələrində  “avaz”  önqoşması  funksiyasında,  bə­
zən  “az”  önqoşmasının  çıxış  etdiyi  (Məs.:  Püstə  az  də’va  bəsaxtən 
(Q.) -  Püstə  yenə də  dalaşır)  faktını  da bura  əlavə etsək həmin ehti­
malın məntiqiliyi qanunauyğun nəzərə çarpır.
Q.  və  Məl.  ləhcələrində  bəzən  “avaz”,  “özgə”  önqoşmalarını 
həmin funksiyada yərayiş (Q.),  yariş (Məl.) önqoşması əvəz edir.
A qasde,  vose  önqoşm alan.  Bu  önqoşmalar  yalnız  isimlərə 
qoşularaq  sifət  əmələ  gətirir,  oxşarlıq  və  müqayisə  yaradır.  Məs.: 
amareyi,  ağasde  ədəmi  niş,  vəxiz  bura  (Q.)  -   gəlmisən,  adam  kimi 
otur,  dur  get;  vose  əzənü  baş  (Məl.)  -   onun  kimi  ol;  u  vose  sanq 
bxori panst (Məl.) -  o daş  kimi  yerə yıxıldı;  Kərim dayi  aqasde gül­
lə ə dər dürma (Q.) -  Kərim dayı güllə kimi qapıdan çıxdı.
Qonaqkənd  ləhcəsində,  bəzən  ağasde  önqoşması  ağade  kimi 
də işlənir.  Bu önqoşmaya bu  və ya başqa şəkildə başqa İran  dillərin­
də  təsadüf olunmamışdır.  Bu  önqoşmaya  tat  dilinin  Abşeron  ləhcə­
sində  “asti”,  “asdi”  kimi  təsadüf edilmişdir  ki,  bu  da  fars  dilindəki 
“asa”  (div asa -  div kimi,  şir asa -  şir kimi  və s.) sonqoşrnanm ekvi­
valentidir.  “Vose”önqoşması  m.f.d.  “vase” kimidir.
Qədini,  çaqi,  kinə  sonqoşm aları.  Qonaqkənd  və  Məlhəm 
ləhcələrindən  fərqli  olaraq  “ağasde”,  “vose”  önqoşmalanııın  funksi­
yasını  Mədrəsə  ləhcəsində  “qədini”  əvəz  edir.  Lakin  bu  ləhcədə 
artıq  bu  önqoşma  ddyil,  sonqoşmadır.  U  sanqa  qədini  bizimin 
vaxard  (M.)  -   o,  daş  kimi  yerə  dəydi;  amarey,  adaminə  qədini  niş 
vağız bura (M.) -  gəlmisən,  adam kimi otur, dur get.
Qonaqkənd  ləhcəsində  eyni  funksiyanı  ifadə  edən  sonqoşma­
ya  Cimi  tatlarının  dilində  “çaqi”  kimi  təsadüf edilmişdir.  Məd.  və 
Kilvar  ləhcəsində  bu  funksiyada  işlədilən  və  başqa  İran  dillərində 
təsadüf olunmayan  “kinə”  sonqoşması,  çox  güman  ki,  Azərbaycan 
dilindəki “kimi”  sonqoşması ilə eynidir.


168
BİRİNCİ KİTAB
SİFƏTLƏR
Tat dilində  sifətlə  ismin  əlaqəsini  əmələ gətirmək üçün  sifətin 
sonuna  ə,  a  suffikslərini  -   enklitik  hissəciklərini  artırmaq  lazımdır. 
Məs.:  “ə”  suffıksi  ilə:  fəqirə  mərd  (Q.),  yazıqə  mərd  (Məl.) -   yazıq 
adam;  diıboşə gedə (Məl.) -  diribaş oğlan,  qalma kitab (Məl.),  qəli­
nə  kitab  (Q.) -  qalın  kitab;  dura rav  (M.)  -   uzun  yol,  uzaq  məsafə; 
sihrə  tənur  (Məl.),  sürə  tonur  (Q.)  -   isti  təndir;  durə  di  (Məl.)  -  
uzaqkənd; purə xunə (Q.) -  dolu ev və s.
Sifətlə  ismin  bu  əlaqəsi  fars  dilində  “e”  səsi  ilə  ifadə  olunur. 
Məs.:  pire zən -  qoca arvad; pire mərd -  qoca kişi. Tat dilindəki “ə”, 
“a”  enklitik  hissəcikləri  fars  dilində  sifətlə  ismin  əlaqəsini  yaradan 
“e”  enklidkası  ilə  morfoloji  vəzifə etiban  ilə eyniyyət  təşkil edir və 
tamamilə, həmin vəzifəni  yerinə yetirirlər.
Tat dilində yalnız keyfiyyət və əlamət bildirən sifətlərin qram­
matik cinsi  yoxdur,  keyfiyyət bildirmirlər,  onlar həmişə bir sabit şə­
kildə  çıxış  edərək  təyin  etdiyi  sözün,  məsələn,  kəmiyyətindən  asılı 
olmayaraq dəyişmirlər. Bir sıra İran dillərindən fərqli olaraq, sifətlər 
tat dilində təyin etdiyi sözdən əvvəl gəlir.
V.F.Miller  tat  dilinin  yəhudi  ləhcəsində  isimlə  sifətin  əlaqə­
sindən  danışarkən  bu  məsələni,  əsasən,  düzgün  izah  etsə  də  səhv 
olaraq  qeyd  etmişdir  ki,  isimlə  sifətin  əlaqəsini  yaratmaq  üçün  tat 
dilində ur hecası  ilə  qurtaran  sifətlərin  sonuna yalnız  təmiz  “a”  suf- 
fiksi  artırılır.1 Tat  dilinin  yuxarıdakı  faktiki  dil  materiallan  göstərir 
ki,  bu  dilin,  məs.,  Q.  ləhcəsində  “a”  suffiksindən  başqa “ə”  suffıksi 
də çox  geniş  şəkildə  sifətlə  ismin  əlaqəsini  əmələ  gətirən  suffiksdir 
və  bu  suffiks də  “a”  kimi  “ur” və  “ər”  ilə  qurtaran  sifətlərin  sonuna 
artırıla bilər, dura ra -  uzaq yol, kura mar -  kor ilan (koramal),  Xərə 
öşə2 -  böyük meşə, xərə-mürə (Q.) -  böyük boyunbağı  və s.
1  В.Ф.Миллер,  Очерк  морфологии  еврейского-татского  наречия,  M.,  1901, 
пар.66;  yenə onun:  Татские этюды, ч.11. M.,  1907. стр. 4
2 Quba  rayonunda  yer  adıdır.  Meşəlikdir.  Bu  söz  tərkibcə  İran dillərində qalmış 
və “böyük”  mənasını verən xər sözü ilə eynidir.  Xərguş -  dovşan  (böyük qulaq),
AZƏRBAYCAN  TATLARININ  DİLİ
169
SİFƏTİN DƏRƏCƏLƏRİ 
Adi dərəcə
Tat  dilində  sifətin  adi  dərəcəsini  əmələ  gətirmək  üçün  xub, 
çak,  pis,  xarab,  qütə,  xərob  və  s.  kimi  sözlərdən  istifadə  olunur  ki, 
bunlar çənəm?, çitər? -  necə? sualına cavab verir.
Sifətlə  ismin  əlaqəsi  zamanı  bu  adi  dərəcədə  işlənmiş  sözlər 
(yəni  sifət)  özündən  sonra  “ə”,  “a”  suffikslərini  tələb  edir,  ondan 
sonra isim əmələ gəlir.  Yəni  sifət + “ə”, yaxud “a” + isim. Məs.: xu- 
bə  mərd  (Q.),  çaka  adamin  (M.)  -   yaxşı  kişi  (adam);  qəşəngə  kilə 
(Məl.) -  gözəl qız; qutə adamin  (M.) -  gödək adam;  əqülbəndə gədə 
(Q.) -  ağıllı oğlan;  xərəbə əngür (Məl.) -  çürük üzüm və s.
Əgər  isimdən  əvvəl  gələn  sifət  saitlə  qurtararsa  həmin  saitlə 
suffiks arasında bir “y”  birləşdirici  samiti  də artırılır.  Məs.:  tiyə qab 
(Q.),  tıptapiyə qab  (M.) -  boş qab;  tölüyə külə  (Q.),  tölüyə şax  (M.) 
-  tikanlı kol  (şax), qırmıziyə alat (M.) -  qırmızı paltar və s.
Bəzən  sifətlə  ismin  əlaqəsi  “ə”  və  “a”  suffikslərini  (beləliklə 
də,  saitlə  qurtaran  sifətlərdən  birləşdirici  “y”  samitini  də)  tələb 
etmədən  işlədilir,  yəni  qirmizi  alat  (Q.M.)  -   qırmızı  paltar,  aqilli 
gədə  (Məl.) -  ağıllı  oğlan., xarab  amburun (Q.) -  çürük armud və s. 
şəklində.  Beləliklə,  burada  sifətlə  ismin  əlaqəsi  yanaşma  yolu  ilə 
əmələ gəlir.
Müqayisə dərəcəsi
Müqayisə  olunan  sözdən  əvvəl  in,  un,  unyekin,  u,  ü  işarə 
əvəzlikləri  olarsa,  bu  əvəzliklərdən əvvəl  gələn önqoşma  “əz”,  “az” 
şəklində  işlənir.  İşarə  əvəzliyi  işlənmədiyi  hallarda  həmin  qoşma 
“ə” səsi ilə ifadə olunur.
xərçəng -  böyük caynaqlı, çəngli,  xərmohre -  böyük boyunbağı,  xərsəng -  böyük 
daş və s. sözlərdəki əvvəllər ancaq sifət mənasını  verən,  sonralar isimləşmiş “xər” 
sözü ilə müqayisə et.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə