1 7 4
BİRİNCİ KİTAB
şübhəsiz, tat dilinə Azərbaycan dilindən keçmiş, tat dilində bu dilin
təsiri ilə yaranmışdır.
Ə V Ə ZLİK LƏ R
Şəxs əvəzlikləri
t ə k
c ə m
Mən
imu (Q.), umun (Məl.), imun (M.)1
tü (Q.), ti (Məl.), tün (M.)
işmu (Q.), işmun (Məl.), uşmun (M.)
ü (Q.), i (Məl.), u (M.)
uşun (Q.), uşun (Məl.), uoa, uv, oa M.)2 3
Bu şəxs əvəzlikləri (M. ləhcəsi, cəmdə 3-cü şəxs əvəzliyi is
tisna olmaqla) tədqiq olunan ləhcələrdə yalnız bir variantlı olub heç
bir başqa forma qəbul etmirlər. Q. ləhcəsində, bəzən (Ördüç, Gümür-
Dəhnə və s. kəndlərdə) 3-cü şəxsin cəminə3 “uha” şəklində də rast
gəlmək olar. Bu şəxs əvəzliyinin “uşun” şəxs əvəzliyindən daşıdığı
vəzifəyə görə fərqi ondadır ki, uşun əvəzliyi nisbətən yaxınlıqda
olan hər hansı “onlar” haqqında işləndiyi halda, “uha” nisbətən
uzaqda olan “onlar” haqqında işlədilir. Məs., uşunə əhvalşun qəy
xubu (Q.) - onlann vəziyyəti çox yaxşıdır; yenə həmin ləhcədə:
uhaya əhvalşun qəy xubu - onlann vəziyyəti çox yaxşıdır. İlk nə
zərdə bunlann ikisi də eyni şeydir. Lakin söhbət iki növ “onlar”
haqqında gedir: haqqında söhbət gedən şəxslərin birincisi haradasa
yaxında, ikincisi haradasa uzaqdadır.
Müasir fars dilində şəxs əvəzlikləri məlum olduğu kimi, təkdə
mən, to, u, cəmdə ma, şoma, anha (işan) formalanndadır. Göründü-
1 Müq. Et: Mazandaran dilində də əmu, gilək dilində əme, lar dialektində әшо, əmu.
2 Gilək dilində də fars, tacik və başqa dillərdən fərqli olaraq, cəmdə şəxs əvəzlik
ləri “u” səsi ilə başlayır və “uman” və s. olur. Bax: В.С.Соколова,
Т.Н.Пахалина. Гилекский язык. В Сборы. «Современный Иран». М., 1957,
стр.77
3 “Tat dilinin Qonaqkənd ləhcəsi” monoqrafiyamızda səhv olaraq 3-cü şəxsin təki
kimi getmişdir. Bax: həmin monoqrafiya. Səh.62
AZƏRBAYCAN TATLARININ DİLİ
1 7 5
yü kimi tat dilində şəxs əvəzliklərinin cəm formalarının (I, II şəxs)
əvvəlində olan “i” səsi müasir fars dilinin şəxs əvəzliklərində III
şəxsin cəmində özünü göstərir. Tat dilində III şəxs cəm əvəzliyi, gö
ründüyü kimi, fars ədəbi dilində olan “işan” formasında deyil, uşun
formasındadır. Fars dilinin Tehran dialektində də həmin əvəzliyin
sonundakı “an”, “un”-a çevrilir və bu əvəzlik “işun” olur.1 Fars
dilinin bəzi dialektlərində isə bu şəxs əvəzliyi “uşun” olur ki, bu tat
dilindəki “uşun” şəxs əvəzliyi ilə eynidir. Həmin hadisə təsadüfi de
yildir. Fars ədəbi dilində bir çox sözlərdə olan “a” səsi Tehran dia
lektində “u”-ya çevrilir. Bu hal tat dilində də bu şəkildədir. Məsələn:
F a r s ə d ə b i d i l i n d ə
T e h r a n d i a l e k t i n d ə
T a t d i l i n d ə
Nan (çörək)
Nun
Nun (Q.), nu (Məl.)
Xane (ev)
Xune
Xunə (Q.), xune (Məl.)
Lane (yuva)
Lune
Nuna (Məl.), lüvə (Q.)
Danestən
(bilmək)
Dunestən
Danustan (Məl.), du-
nustan, danustən (Q.)
Geran (bahalı)
gerun
gürün (Məl.), güıun (Q.)
Bitişən əvəzliklər. Tat dilindəki isimlər aşağıdakı bitişən
əvəzlikləri qəbul edir.
t ə k
c ə m
Mən (mə)
mu (Q.), mun (Məl.M.)
TU (Q.), ti (Məl.), tin (M.)
şmu (Q.), şmun (Məl., M.)
Ü (Q.), i (Məl., M.)
şun (Q., Məl.), ı (M.)
Bitişən əvəzliklər tat dilində yalnız mənsubiyyət bildirir.
Məs., Asmən bı goudını (M.), əsmə (n) bgodini (Məl.), əsmə (n) bə
godunu (Q.) - atım tövlədədir; kitabmə bə sər mizü (Q.) - kitabım
stolun üstündədir; elmən bu Bakı buxundan (Məl.), mənə yermə bu
Bakuyu (M.) - uşağım Bakıdadır (oxuyur); yelə velsipetirə biyər
(M.) - uşağın velosipedini gətir; dasaramun gərmı (M.) - sinfimiz
istidir; həyətmu bə dəru gül-gugutü (Q.) - həyətimiz gül-çiçəklik-
1 Л.С.Пейсихов. Тегеранский диалект, M., 1960, стр. 14
1 7 6
BİRİNCİ KİTAB
dir; bı həyətşmun bol gül histı (M.) - həyətinizdə çoxlu gül var;
Sergeyə küspəndüni (M.) - Sergeyin qoyunları və s.
3-cü şəxsin təkini bildirən ü, i bitişən əvəzlikləri saitlə bitən
sözlərə qoşularsa özü ilə bitişdiyi söz arasında bir qayda olaraq bir
ləşdirici у samitini tələb edir. Məs.: ura xuveyi aftərə vərfə bidəri
(bidər vərf, M.) - onun kürəyi qarın içinə düşüb; Həsənə lapatkəyü
bədərü lamad bü (Q.) - Həsənin beli palçığın içində idi; irə lapat-
keyi xırd bi (Məl.), ura lapatkeyi xırd bu (M.) - onun beli sındı.
İşarə əvəzlikləri. Əsas işarə əvəzlikləri aşağıdakılardır:
a) Sadə əvəzliklər: in, un (Q.), ü (Məl.), u (M.), bon (Məl.) - o
b) Düzəltmə əvəzliklər: həmin, həmən - həmin; intərzini (Q.),
çanki (Məl.), intərün (M.), intə (Q.) - belə; untə (Q.), həçi (M.),
çunni, çunü, çuni (Məl.) untərzini (Q.) - elə. Bu işarə
əvəzliklərindən bəziləri bütün İran dilləri üçün müştərək olsa da (in,
həmin və s.), bəziləri tat dilinin ya özünə məxsusdur (intərzini, həçi,
çuni və s.), ya da başqa dillərdən (məs. ərəb dilindən) alınmış işarə
əvəzlikləri
ilə
İran
dillərinə
məxsus
işarə
əvəzliklərinin
birləşməsindən əmələ gəlmiş, tat dilinə məxsus fonetik dəyişikliyə
uğramışdır (Məs.: intərün, intərin - İran dillərindəki “in” ilə ərəb
dillərindəki “tour” sözündən tərün, intərzini, untərzini - un, in ilə
ərəb dilinə məxsus “tərz” sözündən tərzini və s.). Misallar: in mərdə
bətən biri? (Q.) - bu kişini deyirdin?., u dara ki bürrə (M.) - o ağacı
kim kəsib? Mən bə tü intərün nə guftirə binm (M.) - mən sənə belə
deməmişdim, mən bon di braftanum (Məl.) - mən o kəndə
gedirəm., Cavid Beçi çünni bsoxtani (Məl.) - Cavid, niyə elə
edirsən, çinni ’elə nə küfı, çisozi (Məl.) - belə uşağı döyməsən,
neyləyəsən, intərün guftirən çak nistı (M.) - belə demək yaxşı deyil,
çunu kor girifte ki, bexoturi mənə ərmə umoran (Məl.) - elə iş
tutdun ki, onun üçün mən utanıram, intərzini zənə bə qızıl gərək giri
(Q.) - belə arvadı qızıla gərək tutasan.
Tat dilində in, un sadə işarə əvəzlikləri, bəzən daha da sadələ
şərək bir səslə - i, u kimi işlənir: Əz i nemetski lüstir, gəlsənə astü-
niim betü - bu alman çilçırağından, gəlsənə, alım sənin üçün. Bu,
tat dilində qeyri-adi hal deyil, bəlkə də, başqa İran dillərində də
AZƏRBAYCAN TATLARININ DİLİ
1 7 7
təsadüf olunan adi və qanunauyğun haldır. Belə ki, məsələn, bəluc
dilində də bütün İran dillərində təsadüf olunan “in” — bu işarə
əvəzliyi təkcə “e” ilə ifadə olunur.1
Tat dilinin Abşeron ləhcəsində “in” -- bu işarə əvəzliyi “i” ki
mi işlənərək özündən sonra “rə” (fars dilindəki “ra”) sonqoşrııasmı
qəbul etdikdə irə - “bunu” olur ki, bu da yuxanda qeyd etdiyimiz
tat dili normalanna uyğun olub, bəluc dili ilə eyniyyət təşkil edir,
(bəluc dilində “bunu” - erə)
Sual əvəzlikləri. Ən çox işlənən sual əvəzlikləri aşağıdakılar
dan ibarətdir:
a) sadə sual əvəzlikləri: ki - kim?, çənəm (Q.) - necə?, çi
(Məl., M.), çü (Q.) - nə?, ke (Q., Məl.), key (M.) - nə vaxt?, Beş
(Məl.), bol (M.), qəy (Q.) - niyə?
b) düzəltmə və ya mürəkkəb sual əvəzlikləri: beçi (M.), çibi,
çibü (Məl.) - niyə? cüvəxt (Q.), civəxt (Məl.), civaxt (M.) - nə
vaxt?, çinəmnə (Məl.) - necə?, çitəvər (Məl.), çitər (M.), çütə (Q.) -
necə?, becə, cüça (Q.), bicə (Məl.), biçücəa (M.) - hara? və s. Bu
sual əvəzlikləri “a”, “ha”, “ho” cəm şəkilçilərini qəbul etdikdə aşa
ğıdakı şəkildə olur: kiya (Q.), kiho (Məl.), kia (M.) - kimlər?, çüha,
çüya (Q.), çiho (Məl.), çia (M.) - nələr? Misallar: bətü ki gufti (Q.)
- sənə kim dedi?, çi bire (Məl.), çü bire (Q.), çi birə (M.) - nə olub;
’el biçə raft (Məl.), ye} biçə raft (M.) - uşaq hara getdi? şkolamu
çirə beıiyi vlov bu (M.), məktəbınun beçi çariste (Məl.) -
məktəbimiz niyə dağılıb?, əceho umarani (Məl.), əcəha bemarani
(Q.) - haralardan gəlirsən? bıkia xəbər dari (M.) - kimlərə xəbər
verdin? Sonuncu cümlələrdən göründüyü kimi, cəm şəkilçisinə
qoşulan sual əvəzliyi təkliyi, fərdi deyil, yalnız çoxluğu bildirəndə
işlədilir. Sual əvəzliyinin sonuna “a” ( qeyd etdiyimiz kimi, “y”
saitlə bitən sözlə şəkilçi arasında birləşdirici samitdir), ho, ha cəm
əlamətlərini artırmaqla əvəzliyin cəmi düzəlir. Lakin, bəzən sual
əvəzliyi cəm əlamətini qəbul etmədən də işlədilərək cəmi - çoxluğu
В.С.Соколова. Белуджкий язык. В.Сборн. «Современный Иран». М., 1957,
стр.39
Dostları ilə paylaş: |