XƏYALIN DİGƏR ADI: MADDƏ
100
Bəzi insanların maddənin sirrini qəbul etməməkdə israr etməsinin bir
səbəbi də Allahın böyüklüyünü və əzəmətini qavrayıb öz heçliklərini qəbul
etmək istəməmələridir. Amma bu insanlar qəbul etmək istəməsələr də, ortada
mübahisəsiz bir həqiqət var: göylərdə və yerdə olanların hamısı Allahındır və
Onun təzahürləridir. Tək mütləq varlıq Allahdır və Allahın yaratdığı digər
varlıqlar mütləq deyil, görüntüdür. Allahın yaratdığı görüntüləri seyr edən
“mən”lər, yəni insanlar hər biri Allahdan olan ruhdur.
Bu elm və bu böyük sirr başa düşüldüyü təqdirdə insanların şüurları da
qəti surətdə aydınlanacaq, üzərlərindəki mənəvi pərdə ortadan qalxacaqdır.
Dərk edən hər kəs Allaha könüldən təslim olacaq, Allahı çox sevəcək və Ondan
çox qorxacaqdır. Bununla bərabər, insanlardakı paxıllıq, lovğalıq hisslərinin
yerini təvazökarlıq və utancaqlıq alacaqdır. Allahın insanlardan istədiyi də
budur. Bu təəccüblə həqiqəti anlayanlar yeni dünyagörüşü qazanacaq, yeni
həyata başlayacaqlar. Beləliklə, Allahın qüdrətini lazım olduğu kimi təqdir
edəcəklər və
“Allahı lazımınca qiymətləndirmədilər. Halbuki qiyamət günü
yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə
büküləcəkdir. (Allah Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!”
(Zumər surəsi, 67) ayəsində bəhs edilən şəxslərdən olmaqdan uzaqlaşacaqlar.
Maddənin həqiqətini bilmək dünya həvəsini yox edir
Bu bölməyə qədər izah etdiyimiz mövzu həyatınız boyu sizə izah edilmiş
ən böyük həqiqətlərdən biridir. Çünki bütün maddi dünyanın əslində “kölgə
varlıq” olduğunu sübut edən bu mövzu Allahın varlığının və yaratmasının dərk
edilməsinin, Onun yeganə mütləq varlıq olmasının başa düşülməsinin açarıdır.
Eyni zamanda həm insanın nə qədər aciz olduğunun elmi və inkaredilməz
sübutu, həm də Allahın möhtəşəm sənətinin təzahürüdür. Buna görə də bu
elm insanları qəti şəkildə imana gətirir, iman gətirməmək isə mümkün deyil.
Bəzi insanların bu həqiqətdən qaçmasının əsas səbəbi də budur.
Burada izah edilənlər eynilə fizika qanunu və ya kimya formulu qədər qəti
həqiqətlərdir. İnsanlar lazım gəldikdə ən çətin riyaziyyat problemlərini həll edə
bilir, başa düşülməsi çətin görünən bir çox məsələni qavraya bilirlər. Amma eyni
şəxslərə insanların həyatları boyu zehinlərində əmələ gələn görüntülərlə təmasda
olduqları, maddənin əsli ilə heç vaxt təmasda ola bilməyəcəkləri izah edildikdə
bunu heç cür anlamaq istəmirlər. Bu son dərəcə “şişirdilmiş” anlayışsızlıq
tərzidir. Çünki burada izah edilən mövzunun başa düşülməsi eynilə bir insanın
“iki vur iki neçə edər?”, “neçə yaşın var?” kimi suallara verəcəyi cavablar qədər
asandır. Dünyanı harada gördüyünü hansı elm adamından, hansı nevrologiya
professorundan soruşsanız, sizə: “Əlbəttə, beynimdə”, -deyə cavab verəcəkdir.
Hətta bu həqiqəti orta məktəb biologiya kitablarında belə görə bilərsiniz.
Maddənin Həqiqəti Niyə Əhəmiyyətli Bir Mövzudur?
101
Ancaq bütün bunlara baxmayaraq, maddi dünyanı beynimizdə qavradığımıza
dair bilik və bu biliyin insanı gətirdiyi nəticələr görməməzliyə vurulur. Elmin
sübut etdiyi ən mühüm həqiqətlərdən birinin insanlardan bu qədər böyük
səylə gizlədilməsi əslində böyük hadisədir. İnsanların bütün elmi həqiqətləri
asanlıqla qəbul edib bu həqiqətdən bu qədər çox qorxub qaçmalarının əsas
səbəbi isə budur ki, maddənin həqiqətinin öyrənilməsi bütün insanların həyata
baxışlarının kökündən dəyişilməsinə səbəb olacaqdır. Maddəni və özlərini
mütləq varlıq kimi qəbul edənlər və bütün həyatlarını buna bağlı quranlar bir
anda özlərinin, həyat yoldaşlarının, uşaqlarının, malik olduqları bütün sərvətin
sadəcə zehinlərindəki əksi ilə təmasda olduqlarını anlayacaqlar. Elə insanların
bu həqiqətdən bu qədər
qorxmalarının, anladıqları halda özlərini bilməməzliyə
vurmalarının, ibtidai sinif şagirdinin belə asanlıqla qavraya biləcəyi həqiqəti
son dərəcə anlaşılmaz etirazlarla yox etməyə çalışmalarının arxasında gizlənən
səbəb bu dünya həvəslərini itirmək qorxusudur.
Mallara, övladlara, dünyanın keçici həvəslərinə çox bağlı olan biri üçün
bu, həqiqətən də böyük qorxu səbəbidir. Çünki bu həqiqəti anladıqda hələ
ölmədən ölmüş, malını və canını təslim etmiş olacaq. Allah
“əgər Allah sizdən
Onun (mal-dövlətinizin) hamısını istəsə və bunu sizdən israrla tələb etsə, siz
xəsislik göstərərsiniz və O da kin-küdurətinizi zahirə çıxardar” (Muhəmməd
surəsi, 37) ayəsi ilə insanlardan bütün mallarını istədikdə onların necə inadkarlıq
göstərəcəklərini və paxıllıq edəcəklərini bildirir. Bir insan maddənin gerçəyini
öyrəndikdə isə onsuz da malının, canının Allaha aid olduğunu, verəcək və ya
verməməkdə israr edəcək bir şey olmadığını anlayacaq, ölməzdən əvvəl hər
şeyi ilə Allaha təslim olacaqdır. Səmimi iman edənlər üçün bu bir gözəllik, şərəf
və Allaha yaxın olmaq üçün vasitədir. İmansız və ya zəif imanlı insanlar isə bu
gözəlliyi anlamadıqları üçün bu həqiqəti israrla inkar edərlər.
Beyində bir görüntü olan fabrik, yaxta və torpaq sahələrinin
özlərini boş yerə üzən sahibləri
Bu bölmədə həyatı boyu varlı olmaq istəmiş, gənc yaşından etibarən gecə-
gündüz çalışmış, “hər şeyi alnımın təri ilə qazandım” -deyən fabrik sahibinin
içinə düşdüyü qafil vəziyyətdən nümunələr verərək çox vacib həqiqətdən bəhs
edəcəyik.
Burada haqqında danışacağımız şəxs orta yaşlı, uşaqlarını yaxşı məktəblərdə
oxutduran, bir neçə avtomobil, yaxta, bir çox ev və torpaq sahəsinin sahibidir.
Bu insan dünya həyatında öz fikrincə, öyünə biləcəyi hər şeyə malikdir. Yenə öz
fikrinə görə, dünya həyatında bir insanın arzuladığı hər şeyi əldə etmişdir. Maddi
zənginliyi ilə birlikdə həm də böyük etibara malikdir. Səhərlər ona xidmət edən
xidmətçilərindən tutmuş avtomobilinin qapısını açaraq qarşısında baş əyən