Maddənin Sirrini Öyrənənlər Böyük Həyəcan Yaşayır
215
A
şağıdakı məktublar daha əvvəl başqa kitablarda nəşr edilmiş
“Maddənin ardındakı sirr” mövzusunu oxuyan şəxslərdən gəlmişdir.
Sözügedən məktublardan sadəcə bu həqiqəti öyrəndikdən sonrakı
düşüncələri ilə bağlı bölmələr seçilmişdir.
*
Maddənin xəyal olması o qədər böyük bir hadisədir ki, bunu tərif
etmək hər halda o qədər mümkün deyil. Məsələn: bir insan ölüb dirilərsə,
necə həyəcan hiss edər, təxmin edə bilərsiniz? Bir insan heç səbəbsiz havada
uçsa, divardan keçsə, eyni anda bir neçə yerdə olsa, tərifi mümkün olmayan
şəkildə həyacanlanar. Lakin bu mövzu bu qeyri-adi hallarla müqayisə edilə
bilməz. Fövqəladə olduğunu desək, yenə bu vəziyyəti tərif etmək olmur.
Yəni çox qəribə, qeyri-adi dərəcədə həyəcan verici olduğunu desək, yenə də
bu vəziyyəti izah etmək olmaz. Bu, Allahın dərin, ucsuz-bucaqsız sənətinin
möhtəşəm təzühürüdür. Amma mənim başa düşmədiyim budur ki, bu qədər
açıq bir məsələ insanlardan necə bu qədər müddət gizlədilib? Çünki mən bir
dəfə oxudum və dərhal anladım. Çünki hər şey çox açıq şəkildə ortadadır...
K.H.G./Frankfurt
*
İnsanın ağlını, zəkasını şok edən bu böyük həqiqəti bütün bəşəriyyətə
dərhal izah etməliyik. Nəyi gözləyirik? Bu, açıq-aydın həqiqət deyil? Bunu
dünyaya hamımız hər cür imkandan istifadə edərək dərhal çatdıraq. Bəşəriyyət
bu həqiqətlə Allaha daha çox yaxınlaşacaqdır. Məncə, bu böyük mövzu
dünyadakı hər şeyi dərindən sarsıdacaq böyük həqiqətdir. Deyəcək başqa söz
tapa bilmirəm. Sevgilərimlə uca Allaha əmanət olun deyirəm. F.E./Ankara
*
“Təkamül yalanı” kitabının arxasındakı “Maddənin ardındakı sirr”
bölməsini oxudum. Mən bir şey anlamadım. Ancaq çox qəribə bir şeydir. Hal-
hazırda danışdığım da yenə mənim içimdə, mən də mənim içimdə. Bu, nədir?
Bu, nə möhtəşəm sirdir? Görəsən, insanlar bunu nə vaxt anlayacaq? Başa
düşülməyəcək bir şey deyil, son dərəcə açıq bir həqiqətdir. Amma biz nə üçün
indiyə qədər bilmirdik? Bu mövzu bütün insanlar tərəfindən başa düşülərsə,
elmdə saysız-hesabsız inqilablar olacağını düşünürəm.
Mən də bu vəziyyətə nə
MADDƏNİN SİRRİNİ ÖYRƏNƏNLƏR
BÖYÜK HƏYƏCAN YAŞAYIR
Maddənin Sirrini Öyrənənlər Böyük Həyəcan Yaşayır
217
ölümü, yenidən yaradılışı, cənnət həyatını, hər şeyi indi daha yaxşı anladım.
Allah Quranda “Sizi yenidən yaratmaq Bizim üçün çox asandır”, -deyir. İndi
beynimdə hər şey aydınlaşdı. Bu mövzunu izah etdiyim insanlar bu mövzunu
bir az çətin anlayırlar. Daha praktiki və asan necə izah edə bilərəm? Bir də bu
mövzunu izah etdiyim bəzi insanlar həddindən artıq həyəcanlandı. Görəsən,
mən birbaşa izah etməkdə səhv edirəm? Daha əvvəl Allah sevgisi, Allahın
Rəhman və Rəhim olduğunu, insanların daha çox yaxşılıq etmələrini, daha
yaxşı yaşamalarını istədiyini izah etsəm, daha yaxşı olarmı? Sizin fikriniz nədir?
Ş.U./Edirne
*
Orta məktəbdən etibarən bütün duyğuların beyində əmələ gəldiyi
bizlərə hər zaman izah edilmişdi. Çox yaxşı bildiyim həqiqət idi. Biologiya
imtahanlarında neçə dəfə hərtərəfli izah edilmişdi. Ancaq bu cür hadisənin
həqiqi tərəfini görə bilməmişdim. Görüntü beyində əmələ gəlir deyirdim.
Amma maddə kənarda, məndən uzaqda durur. O, oradadır, mən də görürəm.
Hətta görüntünün gözümün olduğu yerdə əmələ gəldiyi, bir də beynimdə əmələ
gəldiyi, bundan başqa, “maddənin varlığı açıqdır, budur, qarşımda durur” kimi
qarmaqarışıq məntiqim vardı. Əslində elə çox da düşünməmişdim. Sanki nazik
bir pərdənin üstündəydim, amma seyr edən sanki boşluqdur, ruhun nə olduğu
başa düşüləcək bir şey deyil. Amma hər şeyi qavrayan bir gücdür, həcmi,
çəkisi, qatılığı olmayan, heçlik olan, amma beş duyğunu qavrayan şüurdur. Bu
mövzuda daha ətraflı kitab yazmağı düşünürsünüz? Bir də kitablarınız bizim
bölgəmizdə satılmır, bunu nəşriyyat evinə bildirməyim kifayətdir? Sevgilərimi
göndərir, uğurlar diləyirəm. Y.C./
Kayseri
*
... Mən bu mövzunu bəzi dostlarıma izah etdim. Universitet məzunu
olan çox savadlı uşaqlardır, ancaq bəzi dostlarım heç cür bu mövzunu qavraya
bilmirlər. “Necə olur, budur, sən qarşımdasan, beynimdə görüntün əmələ
gələ bilər. Amma sən burdasan”, -deyə əlimi çiynimə toxundurur. Bu danışıq
və hərəkətinin onun beynində əmələ gəldiyini bildirirəm. Hətta: “Beyninə
gedən sinir kəsilsə, məni görə bilməzsən, toxunma hissin də itər”, -deyirəm.
Yenə anlamır. Bu anlamama mənə “müəyyənedici metafizik bir həqiqətin üzə
çıxması” kimi gəlir. Çünki heç cür bu həqiqəti qavraya bilmir. Bu mövzunu
orta məktəbdə sonuncu sinifdə oxuyan qardaşımın oğluna izah etdim, dərhal
anladı. “Bunu başa düşməyən insanlar xüsusi şəkildə qavramalarına maneə
qoyulmuş insanlar ola bilər?”- deyirəm. Yəni: “Şüura sahib deyillər, görəsən?”
-deyə fikirləşirəm. Belə bir şey mümkündür? Quranda gözü, qulağı qapalı
insanlardan bəhs edilir. Bəzi insanlarda görmə, eşitmə şüuru olmaya bilərmi?
Bu mövzuları məktubunuzda və ya kitabınızın yeni nəşrində bildirə bilərsiniz?