XƏYALIN DİGƏR ADI: MADDƏ
232
yaşayan müasir insanın meymunabənzər bəzi varlıqlardan gəldiyini fərz edir.
4-5 milyon il əvvəl başladığı fərz edilən bu müddətdə müasir insanla ataları
arasında bəzi “ara nümunə”lərin yaşadığı iddia edilir. Həqiqətdə tamamilə
xəyali olan bu ssenaridə dörd təməl “kateqoriya” sayılır:
1-
Australopithecus
2-
Homo habilis
3-
Homo erectus
4-
Homo sapiens
Təkamülçülər insanların sözdə ilk meymunabənzər atalarına “cənub
meymunu” mənasını verən
australopithecus adını verirlər. Bu canlılar həqiqətdə
soyu tükənmiş bir meymun növündən başqa bir şey deyil. Məşhur ingilis və
amerikalı iki anatomiyaçı Lord Solly Zuckerman və prof. Charles Oxnardın
australopithecus nümunələri üzərində apardığı çox geniş əhatəli tədqiqat bu
canlıların yalnız soyu tükənmiş bir meymun növünə aid olduğunu və insanlarla
heç bir bənzərliklərinin olmadığını göstərmişdir.
65
Təkamülçülər insan təkamülünün bir sonrakı mərhələsini də “homo”,
yəni insan olaraq sinifləndirirlər. İddiaya görə, “homo” ardıcıllığındakı canlılar
australopithecuslardan daha çox inkişaf etmişlər. Təkamülçülər bu fərqli canlılara
aid fosilləri ard-arda düzərək xəyali bir təkamül sxemi meydana gətirirlər. Bu
sxem xəyalidir, çünki həqiqətdə bu fərqli siniflər arasında təkamüli bir əlaqənin
olduğu qətiyyən isbat edilə bilməmişdir. Təkamül nəzəriyyəsinin 20-ci əsrdəki
ən əhəmiyyətli müdafiəçilərindən biri olan Ernst Mayr ““Homo sapiens”ə
uzanan zəncir həqiqətdə itmişdir”, -deyərək bunu qəbul edir.
66
Təkamülçülər “
australopithecus > homo habilis > homo erectus > homo
sapiens” sıralamasını yazarkən bu növlərin hər birinin bir sonrakının atası
olduğu təəssüratını verirlər. Halbuki paleoantropoloqların son tapıntıları
australopithecus,
homo habilis və
homo erectusun dünyanın fərqli bölgələrində eyni
dövrlərdə yaşadıqlarını göstərir.
67
Bundan başqa,
homo erectus sinifləməsinə aid insanların bir hissəsi müasir
dövrlərə qədər yaşamış,
homo sapiens, neandertalensis və
homo sapiens sapiens
(müasir insan) ilə eyni mühitdə yan-yana olmuşlar.
68
Bu isə, əlbəttə, bu siniflərin bir-birlərinin ataları olduğu iddiasının əsassızlığını
açıq şəkildə ortaya qoyur. Harvard Universitetinin paleontoloqlarından
Stephen Jay Gould özünün də bir təkamülçü olmasına baxmayaraq, darvinist
nəzəriyyənin düşdüyü bu çıxılmaz vəziyyəti belə açıqlayır:
Təkamül Yalanı
233
Əgər bir-birilə paralel şəkildə yaşayan üç fərqli hominid (insana xas) xətti
varsa, o halda, bizim soy ağacımıza nə oldu?
Açıqdır ki, bunların biri digərindən gələ bilməz. Bundan başqa,
biri digəri
ilə müqayisə edildiyində təkamüli bir inkişaf tərzi göstərmirlər.
69
Qısa olaraq, mediya və ya dərs kitablarında yer alan xəyali bəzi
“yarı meymun, yarı insan” canlıların şəkilləri ilə, yəni sırf təbliğat yolu ilə
dəstəklənməyə çalışılan insanın təkamülü ssenarisi heç bir elmi təməli olmayan
bir nağıldan ibarətdir.
Bu mövzunu uzun illər araşdıran, xüsusilə
australopithecus fosilləri üzərində
15 il tədqiqat aparan İngiltərənin ən məşhur və hörmətli alimlərindən Lord
Solly Zuckerman bir təkamülçü olmasına baxmayaraq, ortada meymunabənzər
canlılardan insana uzanan həqiqi bir soy ağacı olmadığı nəticəsinə gəlmişdir.
Zuckerman bir də maraqlı “elm şkalası” tərtib etmişdir. Elmi olaraq qəbul
etdiyi bilik sahələrindən elmdən kənar qəbul etdiyi bilik sahələrinə qədər bir
yelpik hazırlamışdır. Zuckermanın bu cədvəlinə görə, ən “elmi” (yəni konkret
məlumatlara əsaslanan) bilik sahələri kimya və fizikadır. Yelpikdə bunlardan
sonra biologiya elmləri, sonra da ictimai elmlər gəlir. Yelpiyin ən aşağısında,
yəni ən “elmdən kənar” sayılan hissəsində isə Zuckermana görə telepatiya,
altıncı hiss kimi “duyğu sonrası qəbul etmə” anlayışları və bir də “insanın
təkamülü” vardır! Zuckerman yelpiyin bu yerini belə açıqlayır:
Obyektiv həqiqətin sahəsindən çıxıb bioloji elm olaraq fərz edilən bu
sahələrə (yəni duyğu sonrası qəbul etməyə və insanın fosil tarixinin şərh
olunmasına) girdiyimizdə təkamül nəzəriyyəsinə inanan bir adam üçün
hər şeyin mümkün olduğunu görərik. Belə ki, nəzəriyyələrinə qəti inanan
bu adamların ziddiyyətli bəzi qərarların eyni anda qəbul etmələri belə
mümkündür.
70
Budur, insanın təkamülü nağılı da nəzəriyyələrinə kor-koranə inanan bəzi
insanların tapdıqları bəzi fosilləri birtərəfli şəkildə izah etmələrindən ibarətdir.
Darvin düsturu!
İndiyədək araşdırdığımız bütün texniki dəlillərlə yanaşı, istəyirsinizsə,
təkamülçülərin necə axmaq bir inanca sahib olduqlarını bir də uşaqların anlaya
biləcəyi qədər açıq bir nümunə ilə yekunlaşdıraq.
Təkamül nəzəriyyəsi həyatın təsadüfən meydana gəldiyini iddia edir.
Dolayısilə, bu iddiaya görə, cansız və şüursuz atomlar bir yerə gələrək əvvəlcə
hüceyrəni meydana gətirmişlər və sonra eyni atomlar bir şəkildə digər canlıları və
XƏYALIN DİGƏR ADI: MADDƏ
234
insanı meydana gətirmişlər. İndi düşünək: həyatın elementi olan karbon, fosfor,
azot, kalium kimi elementləri bir yerə gətirdiyimizdə bir topa meydana gələr.
Bu atom topası hansı əməliyyatdan keçirilsə də, tək bir canlı meydana gətirə
bilməz. İstəyirsinizsə, bu mövzuda bir “təcrübə” hazırlayaq və təkamülçülərin
əslində müdafiə etdiyi, amma yüksək səslə dilə gətirə bilmədiyi iddianı onlar
adına “Darvin düsturu” adı ilə arşdıraq:
Təkamülçülər çoxlu sayda böyük bir qabın içinə həyatın quruluşundakı
fosfor, azot, karbon, oksigen, dəmir, maqnezium kimi elementlərdən bol
miqdarda qoysunlar. Hətta normal şərtlərdə olan ancaq bu qarışığın içində
olmasını lazım gördükləri vəsaitləri də bu qablara əlavə etsinlər. Qarışıqların
içinə istədikləri qədər amin turşusu, istədikləri qədər də (tək birinin belə təsadüfi
meydana gəlmə ehtimalı 10
-950
olan) zülal doldursunlar. Bu qarışıqlara istədikləri
nisbətdə istilik və nəmlik versinlər. Bunları istədikləri inkişaf etmiş cihazlarla
qarışdırsınlar. Qabların başına da dünyanın ən öndə gələn alimlərini qoysunlar.
Bu mütəxəssislər atadan oğula, nəsildən nəslə köçürərək növbəti milyardlarla,
hətta trilyonlarla il davamlı qabların başında gözləsinlər. Bir canlının meydana
gəlməsi üçün hansı şərtlərin var olması lazım olduğuna inanılırsa, hamısından
istifadə etmək sərbəst olsun. Ancaq nə etsələr də, o qablardan qətiyyən bir canlı
çıxara bilməzlər. Zürafələri, aslanları, arıları, bülbülləri, tutuquşuları, atları,
delfinləri, gülləri, zanbaqları, qərənfilləri, bananları, portağalları, almaları,
xurmaları, pomidorları, qovunları, qarpızları, əncirləri, zeytunları, üzümləri,
şaftalıları, tovuz quşlarını, rəngarəng kəpənəkləri və bunun kimi milyonlarla
canlı növündən heç birini meydana gətirə bilməzlər. Yalnız burada bir neçəsini
saydığımız bu canlı varlıqları deyil, bunların tək bir hüceyrəsini belə əldə edə
bilməzlər.
Qısası, şüursuz atomlar bir yerə gələrək hüceyrəni meydana gətirə
bilməzlər. Sonra yeni bir qərar verib, bir hüceyrəni ikiyə bölüb, sonra ard-arda
başqa qərarlar alıb elektron mikroskopunu tapan, sonra öz hüceyrə quruluşunu
bu mikroskop altında izləyən professorları meydana gətirə bilməzlər. Maddə
ancaq Allahın üstün yaratması ilə həyat tapar. Bunun əksini iddia edən təkamül
nəzəriyyəsi isə ağıla tamamilə zidd bir mənasız sözdür.
Təkamülçülərin ortaya
atdığı iddialar üzərində bir az belə düşünmək üstdəki nümunədə olduğu kimi,
bu həqiqəti açıq şəkildə göstərər.
Göz və qulaqdakı texnologiya
Təkamül nəzəriyyəsinin qətiyyən izah edə bilmədiyi bir başqa mövzu isə
göz və qulaqdakı üstün qəbul etmə keyfiyyətidir.