Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə36/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   32   33   34   35   36   37   38   39   ...   63

XƏYALIN DİGƏR ADI: MADDƏ
140
Allah üçün çox asandır! Bu, sizin əlinizdən çıxana kədərlənməməyiniz 
və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü 
bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz! (Hədid surəsi, 22-23)
Elə buna görə, qədərə iman gətirən insan başına gələn heç bir hadisəyə 
görə  kədərlənməz,  ümidsizliyə  qapılmaz.  Əksinə,  son  dərəcə  təvəkküllü, 
təslimiyyətli və daima rahat olar. Çünki Allah insanların başlarına gələn hər 
şeyin  əvvəlcədən  müəyyən  olduğunu,  buna  görə  başlarına  gələn  çətinliklər 
üçün kədərlənməmələrini və onlara verilən nemətlərə görə azmamalarını əmr 
etmişdir.  İnsanın  qarşılaşdığı  çətinliklər  də,  əldə  etdiyi  uğur  və  zənginliklər 
də Allahın təqdiri ilədir. Bunların hamısı Rəbbimizin insanları sınamaq üçün 
qədərlərində  əvvəlcədən  müəyyən  etdiyi  hadisələrdir.  Bir  ayədə  bildirildiyi 
kimi,  “... Allahın  əmri  əzəli  hökmdür!”  (Əhzab  surəsi,  38). Allah  başqa  bir 
ayəsində isə: “Şübhəsiz ki, Biz hər şeyi qədər ilə yaratdıq” (Qəmər surəsi, 49), 
-deyə bildirir. Sadəcə insanların deyil, bütün canlıların, əşyanın, Günəşin, Ayın, 
dağların,  ağacların,  hər  varlığın  Allah  qatında  müəyyən  edilmiş  qədəri  var. 
Məsələn, sınan antik vaza qədərində müəyyən edilən anda sınmışdır. Bir neçə 
əsrlik bu vaza hələ istehsal edilərkən kimlərin istifadə edəcəyi, hansı evin hansı 
küncündə, hansı əşyalarla birlikdə duracağı müəyyən edilmiş şəkildə istehsal 
edilir. Vazanın hər naxışı, üzərindəki hər rəng qədərdə əvvəlcədən müəyyən 
edilmişdir.  Vazanın  hansı  gün,  hansı  saatda,  hansı  dəqiqədə,  kim  tərəfindən 
necə  sınacağı  da Allahın  hifzində  yaşanmış  şəkildə  durur.  Hətta  vazanın  ilk 
dəfə istehsal edildiyi an, ilk dəfə satılmaq üçün vitrində qoyulduğu an, evin 
küncündə  durduğu  an  və  sınaraq  qırıq-qırıq  olduğu  an,  qısaca  desək,  antik 
vazanın əsrlərlə mövcud olduğu hər an Allah qatında tək bir an kimi mövcuddur. 
Vazanı sındıran şəxs bir neçə saniyə əvvəl bundan xəbərsiz ikən, Allah qatında 
İnsan necə keçmişini dəyişdirə bilməzsə
gələcəyini də dəyişdirə bilməz. Buna 
görə, hadisələr qarşısında gərginlik 
keçirənlər, əsəbiləşənlər, qədərə təslim 
ola bilməməyin nəticə gətirməyən sıxıntı 
və çətinliyini yaşayırlar.


Zaman da Hissdir
141
ALLAH BİZİM KEÇMİŞİMİZİ VƏ GƏLƏCƏYİMİZİ 
TƏK BİR AN KİMİ BİLİR VƏ GÖRÜR
Bu şəkildəki insanlar avtomobili görmədikləri kimi, avtomobildəkilər də yoldakı bu insanları 
görmürlər. Hər ikisi də bir-birlərindən “hal-hazırda” xəbərsizdirlər. Ancaq bu şəklə uzaqdan
fərqli yerdən baxan insan hər iki tərəfi də asanlıqla və bütün təfərrüatı ilə eyni anda görə bilir. 
İnsanın həyatına da eyni vəziyyət aiddir.


XƏYALIN DİGƏR ADI: MADDƏ
142
Bizim üçün keçmiş və gələcək var və biz zamandan asılı olduğumuz üçün gələcəyimizi ancaq 
zaman keçdikdən sonra görə bilərik. Ancaq Allah zamandan və məkandan uzaq olduğu üçün bizim 
keçmişimizi, gələcəyimizi və içində olduğumuz anı tək bir anda, bütün canlılığı və aydınlığı ilə 
görür. Məsələn, bir an sonra yoldakı insanları görən sürücünün ani bir tormozla dayanması da Allah 
qatında əvvəlcədən məlumdur və görülür.


Zaman da Hissdir
143
o an yaşanmışdır və məlumdur. Buna görə, Allah insanlara itirdiklərinə görə 
kədərlənməmələrini bildirir. Çünki əllərindən çıxan hadisələrdən dərs almalı, 
bunlarla tərbiyə olunmalı, bu hadisələrdəki hikmət və xeyirləri görərək daima 
qədərlərini yaradan sonsuz mərhəmətli, şəfqətli, ədalətli, qullarını əsirgəyən və 
qoruyan Rəbbimizə yönəlməlidirlər.
  Ən mühüm həqiqətdən qafil yaşayan insanlar həyatları boyu daim təşviş 
və  qorxu  içində  olurlar.  Məsələn,  uşaqlarının  gələcəyi  üçün  təşviş  keçirirlər. 
Hansı  məktəbdə  oxuyacağı,  necə  peşənin  sahibi  olacağı,  sağlamlığı,  necə 
yaşayacağı kimi məsələlərdə təvəkkülsüz halda səy göstərirlər. Əslində isə hər 
insanın hələ tək hüceyrə halından ilk oxuma-yazma öyrəndiyi ana, universitetə 
qəbul  imtahanında  verdiyi  cavablardan  həyatı  boyu  hansı  şirkətdə  nə  iş 
görəcəyinə, hansı kağızları neçə dəfə imzalayacağına, harada və necə öləcəyinə 
qədər hər anı Allah qatında bəllidir. Bu hadisələrin hamısı Allahın hifzində gizli 
şəkildə durur. Məsələn, hal-hazırda hər insanın rüşeym halı, ibtidai sinifdəki 
vəziyyəti, universitetdəki vəziyyəti, 35 yaşını qeyd etdiyi anı, işə başladığı ilk 
günü,  öldükdə  mələkləri  gördüyü  an,  yaxınları  tərəfindən  dəfn  edildiyi  və 
axirətdə Allaha hesab verdiyi anlar tək bir an kimi Allahın qatında mövcuddur. 
Belə  olduqda  hər  anı  Allahın  qatında  yaşanmış,  görülmüş  və  hələ  Allahın 
hafizəsində hazır şəkildə mövcud olan həyat üçün narahat olmaq, qorxu hiss 
etmək, kədərlənmək böyük qəflətdir. Nə qədər çalışsa da, nə qədər narahat olsa 
da, bir insanın özü də, uşağı da, həyat yoldaşı və yaxınları da özləri üçün Allah 
qatında hazır şəkildə mövcud olan həyatlarını yaşayacaqlar.
Elə isə ağıl və vicdan sahibi insan bu həqiqəti qavrayaraq Allaha və Allahın 
yaratdığı qədərə könüldən təslim olmalıdır. Əslində hər insan onsuz da Allaha 
təslim olmuş və boyun əymiş şəkildə yaradılmışdır. Çünki istəsə də, istəməsə 
də Allahın onun üçün yaratdığı qədərə boyun əyərək yaşayır. Qədəri inkar edən 
insan da qədərində “qədəri inkar etmək” olduğu üçün inkarçıdır.
Allaha könüldən təslim olaraq boyun əyənlər isə həm Allahın razılığını, 
rəhmətini  və  cənnətini  qazanmağı  ümid  edə  bilərlər,  həm  də  dünyada  və 
axirətdə əminlik və xoşbəxtlik içində rahat həyat yaşayarlar. Çünki Allaha təslim 
olan, Allahın yaratdığı qədərin onun üçün ən xeyirlisi olduğunu bilən insanı 
kədərləndirəcək,  qorxudacaq,  narahat  edəcək  heç  bir  şey  yoxdur.  Bu  insan 
əlindən gəldiyi qədər səy göstərər, ancaq bu səyin də qədərində olduğunu, nə 
edərsə etsin, qədərində yazılı olanları dəyişdirməyə gücü çatmayacağını bilir.
Mömin Allahın yaratdığı qədərə təslim olacaq, bununla bərabər qarşılaşdığı 
hadisələr qarşısında əlindən gəldiyi qədər səbəblərə sarılacaq, tədbir görəcək, 
hadisələri  xeyirə  doğru  yönləndirmək  üçün  çalışacaq,  amma  bütün  bunların 
qədəri çərçivəsində həyata keçdiyi və Allahın ən xeyirlisini əvvəlcədən təqdir 
etdiyini dərk edəcək və rahat olacaqdır. Quranda bu cür davranışa misal olaraq 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə