Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
18
İRİ ZİBİL TƏMİZ MİŞARLI BÖLMƏSİNİN TEXNOLOJİ ETİBARLIĞININ
YÜKSƏLDİLMƏSI MEXANİKİ ZƏDƏLƏNMƏSİNƏ TƏSİR EDƏN AMİLLƏR
Denikayeva A.İ.
Azərbaycan Dövlət İqtisad Universiteti
Demək olar ki,xam-pambığın emal edilməsinin bütün mərhələrində pambıq təmizləyici zavodlarda
xeyli geri qaytarılmaz lifli materialın itgisi əmələ gəlir.Məsələn,iri zibillərin təmizləyicilərində təmizləmə
prosesi zamanı tullantıların kolosnik araboşluğundan zibil qarışıqları ilə birgə düşən pambıq uqarlarının
miqdari xammal pambığın növündən və təmizləyicinin barabanlarındakı mişarlı olan dəstin vəziyyətindən
asılı olaraq emal edilən məhsulun ümumi həcminin 0.5-1.5%-ni təşkil edir.
Təmizləyicinin reqenerasiya (bərpa etmək) bölməsi zibil qatışıqlarından düşən pambıq uqarlarını
tamamilə ayrıd edib seçmək və çıxartmaq vəziyyətində deyil ona görə də xüsusi regenatorlarda təkrarən
zibilin regenerasiyası aparılır.Lakin buna baxmayaraq pambıq itkisi tam olaraq aradan
qaldırılmır.Təmizləyicilərin əriş çatışmamazlıqlarından biri barabanın mişarlılərində lifli materialın
qarniturla qarşılıqlı təsiri zamanı sərbəst liflərin qalması və tullantıları deşiklərinə düşməsidir.Bundan
başqa,pambığın regenatorlardan keçməsi əlavə sərbəst liflərin yaranması ilə müşayət olunur,həmçinin
təmizləyicinin iş orqanlarının mexaniki təsirinin artması hesabına onun keyfiyyəti pisləşir.
Qırağı mişarlı-mişarlı olan barabanın qarniturunda uqarların saxlanılma davamlığının artırılması
məhsulun itkisinin azalmasına imkan yaradır və regenerasiya bilmələrindən keçən xammal-pambığın
həmçinin azaldır. Buna təmizləyicinin qırağı mişarlı olan barabanın mişarlılərinin aralanmasının daxil
edilməsi ilə dörd variantdan biri üzrə nail olmaq olar(şəkil .1).Gücölçücü aparatla təchiz edilmiş yoxlamaq
üçün xüsusi yerdə 100 dəfəlik təkrarla bütün variantlar üzrə təcrübələr aparılmışdır.Ölçü səhvi 5%-i
keçmir.Effektivliyə nail olma nöqteyi-nəzərdən olduğu kimi,eləcə də konstruksiyanın texnolojilik cəhətindən
daha üstün tutulan üçüncü və dördüncü variantlar olmuşdur,hansılarda ki qarniturun saxlama qabiliyyəti
uyğun olaraq 45 və 48% artmışdır. Alınan effektlə hər bir mişarlıin tutub sıra ilə saxlama qabiliyyətinin
artırılması həmçinin yanaşı mişarlılər arasında paz formalı araların yaranması sayəsində nail olunmuşdur
hansı ki,barabanın qarnituru üzərilə uqarların yerdəyişməsinin qırağı mişarlı-mişarlı bölməsinin iş orqanları
ilə təsirdə sərbəst liflərin yaranmasının qarşısını alır. Tətqiqatlar göstərmişdir ki,barabanın qırağı mişarlı
qarniturunun sırasındakı yanaşı mişarlılərin arasındakı ayırma bucağı 15-
olmalıdır, əgər o
-dən
artıq olarsa,mişarlılərin tutma qabiliyyəti azalır.
Şəkil 1.
Mişarlılərin ayrılmasını vertikal düzlüyə nisbətdə yanaşı mişarlılərin əks tərəflərə “pozulma”yolu ilə
(Şəkil 1,a)eləcədə vertikal düzlükdə yanaşı mişarlılərin iş düzlüklərinin çevirməklə yerinə yetirmək olar,belə
ki reallaşdırmanın bezi texniki çətinliyinə baxmayaraq ikinci üsul daha effektidir.
Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
19
KOMPRESSORSUZ QAZLİFT ÜSULUNUN KOMPRESSORLU
QAZLİFT ÜSULUNDAN ÜSTÜNLÜYÜ
Əbdürəhmanov R.T.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Quyuların kompressorlu qazlift üsulu ilə istismarı bir sıra nöqsanlara malikdir: qurğunun f.i.ə.-nın
aşağı olması; kompressor stansiyasının və qaz şəbəkəsinin inşasında ilkin kapital qoyuluşunun böyük olması;
təbii qazın sıxılması üçün böyük enerji sərf edilməsi; kompressor stansiyasına xidmət etmək üçün çəkilən
istismar xərclərinin böyük olması və s.
Quyu kompressor stansiyası qurğusunun ümumi faydalı iş əmsalı:
q
e
b
st
o
ш
.
Burada,
st
–
ş
– kompressor stansiyasından qazpaylayıcı
b
– qazpaylayıcı qurğunun
e
–
QPQ-
q
– sıxılmış qazdan mayenin qaldırılması üçün
istifadə edilmənin faydalı iş əmsalıdır. Kompressor stansiyasının faydalı iş əmsalı stansiyanın müəyyən
edilmiş gücündən istifadə edilmə dərəcəsindən, aqreqatların vəziyyəti və iş rejimindən, sorma
temperaturundan və s. bu kimi amillərdən asılıdır.
Quyuların kompressorsuz qazlift üsulu ilə istismarında neftin maya dəyəri ştanqlı quyu nasosu üsulu
ilə istismara nisbətən olduqca aşağıdır. Bəzən neft quyularının yaxınlığında neftin quyudan qaldırılmasını
təmin edə biləcək qaz quyuları yerləşir. Əgər neftçıxarma ərazisindən qaz kəməri keçirsə, onda kəmərlə axan
qazın müəyyən hissəsindən nefti quyudan qaldırmaq üçün istifadə etmək olar. Kompressorsuz qazlift üsulu
ilə quyuların istismarı təbii qazdan tam istifadə etməyə imkan verir və bu prinsipcə texnoloji məsələlərin
həll edilməsinə yeni yanaşmaları tələb edir. Bu məsələlər sırasına: qaz və neft quyularının birgə
abadlaşdırılması, neft quyularına tələb olunan həcmdə və təzyiqdə qazın fasiləsiz olaraq verilməsini təmin
edilməsi, təbii və səmt qazının itgisiz tam yığılması, verilən qazın mexaniki qatışıqlardan təmizlənməsi,
hidratların yaranmasının qarşısının alınması.
Əgər qəbul etsək ki, kompressor stansiyasının faydalı iş əmsalı ayrı-ayrı kompresssorların faydalı iş
əmsalına görə təyin olunur və 0,4-ə bərabərdir, onda kompressorsuz qazliftin üstünlüyü şübhəsizdir.
Müqayisədə kompressorsuz qazliftin faydalı iş əmsalı kompressorlu qazliftin faydalı iş əmsalından 2 dəfə və
daha çox olur.
SÜRƏTLİ PROTOTİPLƏŞDİRMƏ VƏ HAZIRLANMA
TEXNOLOGİYALARININ TƏHLİLİ
Əfəndiyev E.R.
Azərbaycan Texniki Universiteti
Sürətli prototipləşdirmə 1986-cı ildən başlayaraq ən sürətli inkişaf edən yeni texnologiyalardan biri
ola bilər.Bu texnologiyanın köməyi ilə prototipləri qura və bir neçə saat içində əldə edə bilərsiniz.Bu
prototiplər mürəkkəb görünüşlü və ya adi şəkildən çətin anlaşılan kompleks formaları vizuallaşdırmaq üçün
istifadə olunur.Bu, konstruktora məhsulun formasını toplu halda işin gedişatını yoxlamaq və ümumiyyətlə
son funksiyanı görməyə imkan yaradır.Texnologiya məhsulun yaradılması üçün sərf olunan vaxtı azaldır.Bu
texnologiya inkişaf və istehsal prosesini sürətləndirmək üçün müəssisələrə verilmişdir.
Texnologiya tibbdə, incəsənətdə,memarlıqda istifadə edilə bilər və bu texnologiya mexanika sənayesi
üçün potensial bir vasitədir.Maşınqayırmada çalışılır ki, sürətli prototipləşdirmə maksimuma çıxarılsın və
tədqiqat işləri mexaniki sahəyə tətbiq edilən bu texnologiyanın üstünlüklərini göstərir.
Bu yeni üsulu ilk dəfə həyata keçirmək üçün hissənin üç ölçülü həndəsi forması haqqında
informasiyanı daşıyan bir kompüter proqramı və bu qrafiki informasiyanı qat şəklində addım-addım additiv
olaraq fotopolimerləşdirmə vasitəsilə qətrandan əyani cismə çevirən qurğu tətbiq olunmuşdur.
Bu yeni üsul streolitoqrafiya adlanır.
Stereolitoqrafiya üsulu maşınqayırmada “Prototiplərin sürətli hazırlanması -Rapid Prototyping (RP)” adı
altında tam yeni konseptə əsaslanan bir texnologiya istiqamətinin yaranmasına gətirib çıxarmışdır.