tənzimlənməsini zəruri edir. Bu bazarın tənzimlənməsində iki metod və ya üsuldan
34
-
Dövlət tərəfindən tənzimləmə
-
Peşəkar iştirakçılar tərəfindən tənzimləmə
Dövət tərəfindən tənzimləməyə qanunvericilik aktları, qərarlar, fərmanlar və
digər hüquqi sənədlər aid edilir.Bunlar hüquqi təminata aid olan tənzimləmədir.
Normativ tənzimləmələrə misal olaraq “Səhmdar cəmiyyətləri haqqında”, “İnvestisiya
fondları haqqında”, “Qiymətli kağızlar üzrə Dövlət komitəsinin sənədlərini” və s.-i
misal göstərmək olar.
Respublikamızda QKB-nın tənzimlənməsi işinə Maliyyə Nazirliyi, Milli Bank
və QKDK-sı baxır.Bu dövlət orqanları sırasında əsas yeri 26 iyul 1999-cu ildə ölkə
başçısının fərmanı iləyaradılmış QKDK-ı tutur.
2016-cı ildə yanvar-iyun aylarıda olan iqtisadi göstəricilərə əsaslanıb iqtisadi
inkişafın sürətlənməsindən danışmaq olar. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə
2016-cı ildə ölkədə pərakəndə ticarət 1,9% artaraq 13,8044 milyon manat təşkil
etmişdir.İstehlak mallarının 11%-i hüquqi statuslu özəl müəssisələrdə, 53,8%-i
sahibkarlara məxsus müəssisələrdə, 35,1%-i isə əmtəə bazarlarında satılmışdır.
Respublikada her bir istehlakçı ay ərzində orta hesabla 239,4 manatlıq əmtəə almışdır
ki, buda 2015-ci illə müqayisədə 29,5 manat çoxluq təşkil edir.
Qeyd edək ki, 2016-cı ilin yanvar-sentyabr dövründə pərakəndə ticarətdə
satılmış tütün, içki və ərzaq məhsullarının satışı 2015-ci ildəki göstəricilərə nisbətən
3,1% artaraq 10504,1 milyon manat olmuşdur.Qeyri-ərzaq məhsullarının satışı isə ötən
ildəkindən 0,9% artaraq 10582,2 milyon manat təşkil etmişdir.
Maliyyə bazarının tərkib hissələrindən biri də lizinq bazarıdır. Lizinqdə maşın və
avadanlıqların, bir sıra texniki vasitələrin, nəqliyyat vasitələrinin başqa birinə
istifadəyə verilməsi əməliyyatları həyata keçirilir.Lizinq əməliyyatları zamanı 3 tərəf
iştirak edir:
-
İstehsal edən tərəf
-
İcarəyə verənlər(lizinq şirkətləri)
-
İcarəyə götürən təşkilat və ya firmalar.
35
Məlumdur ki, lizinq bazarı hər üç iştirakçı tərəf üçün çox sərfəli bir bazar
növüdür. Lizinq şirkətləri istehsalçı firmadan lazım olan avadanlıq və digər vəsaitləri
istehlakçıya icarəyə verməklə mənfəət əldə edir.
Müasir dövrümüzdə lizinqin aşağıdakı növləri var:
-
Əməli lizinq
-
Beynəlxalq lizinq
-
Vendar-lizinq
-
Procekt-lizinq
-
Lizinq Bek
Əməli lizinqə misal olaraq avtomobillərə, avadanlıqlara xidmətlərin göstərilməsi,
müxtəlif ev işlərinin görülməsi və s. aiddir. Qeyd edək ki, lizinqin bu forması
Yaponiyada və ABŞ-da daha geniş yayılmışdır.
Beynəlxalq lizinqə isə bir ölkədəki lizinq şirkətinin başqa bir ölkədə yerləşən bir
müəssisəyə maşın və avdanlıqların pulla satın alınıbicarəyə verilməsi aid edilir.
Vender lizinq formasında hər hansı bir lizinq şirkətinin xaricdəki filyalının öz
satış firmalarından götürdükləri avadanlıqları başqa ölkədəki sahibkarlara verməsidir.
Proteckt lizinq lazımı maşın və avadanlıqların uzunmüddətli icarəsidir. Liz-Bek
şirkətlərinin əsas fəaliyyəti isə bir ölkədəki istehsalçıdan nəğd pulla maşın və
avadanlıqları alıb daha sonra müəyyən möhlətə qaytarmaq şərti ilə onun özünə satır.
Lizinq bazarı maliyyə-kredit infrastrukturunda mühüm yer tutması və eyni
zamanda bəzi makroiqtisadi göstəricilərə təsir etməsi bu bazar növünə dövlət
diqqətinin yetrilməsinin vacibliyini göstərir. Lizinqin iqtisadi cəhətdən aşağıdakı
üstünlükləri vardır:
-
Maliyyə bazarında rəqabətin güclənməsinə şərait yaradır
-
İqtisadiyyatda kapital qoyuluşunu artırır
-
Avadanlıqların satışının artmasına xidmət edir
Hazırki dövrdə Azərbaycanda lizinq bazarı inkişaf etməkdə olan bir bazar
növüdür.Hazırda ölkədə “Qafqaz lizinq”, “AĞ lizinq”, “Azərlizinq”, “Ata lizinq”,
“Muğan lizinq”, “Uni lizinq” kimi lizinq şirkətləri fəaliyyət göstərir.
36
Lizinqin hər 3 iştirakçısı ilə qarşılıqlı əlaqəsi aşağıdakı sxemdə verilmişdir.
Dostları ilə paylaş: