2.2.Biznesin sosial sferada əsas inkişaf xüsusiyyətləri
Müasir dövrdə bir sıra bazar iqtisadiyyatı ölkələrində, bir sıra sahələrə: təhsilə,
səhiyyəyə, turizmə, mədəniyyətə, ekalogiyaya və s. sahələrə xüsusi diqqət yetirilir. Adı
çəkilən sahələrin hamısı bir yerdə sosial sfera adlanır və bu sahələr də öz növbəsində
inkişaf etməkdədir. Sosial sfera milli təsərrufatın bazası rolunu oynayır. Bazar
iqtisadiyyatı ölkələri bu sahələrə əmək, maddi və maliyyə resursları şəklində
investisiyar yatırırlar. Bütün bunlar uzun zaman tələb edən bir sahədir.
Respublikamızda sosial sferanın inkişafı bir o qədərdə sürətli deyil. Amma bu sahənin
lazımı inkişaf mərhələsinə çatması üçün bir sıra tədbirlər həyata keçirilir. Sosial əsas
mahiyyiyəti cəmiyyətdə mənəvi dəyərlərin yaradılması və eyni zamanda insanların
həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir.
Məlumdur ki, biznesin maliyyəşməsi mexanizmi sosial-iqtisadi inkişafa cox
böyük təsir edən amillərdəndir. Maliyyə bazarının inkişaf etməsi ölkədə iqtisadi
fəallığın artırılmasına müsbət təsir edir. Bütün bunlar ölkədə maliyyə bazarının lazımı
səviyyəyə qədər inkişaf etdirilməsi və iqtisadiyyatın əsas tərkib hissəsi olan biznesin
maliyyə təminatının yüksəldilməsi və xərclərinin azaldılması istiqamətində tədbirlərin
həyata keçirilməsini tələb edir. Ölkədə bir sıra sahələrdə həmçinin bank sektorunun
inkişaf etdirilməsi ilə bağlı bir sıra iqtisadi islahatlar həyata keçirilsə də maliyyə
bazarını formalaşdıran əsas bazar iqtisadiyyatı elementlərdən hesab olunan bank
sektoru lazım olan qədər inkişaf etməmişdir ki, bu da özünü biznesin
maliyyələşdirilməsində ki, zəif rolu ilə biruzə verir. Bunun sübutu kimi göstərə bilərik
ki ölkə banklarında kreditlərin faiz dərəcələr yüksəkdir.Bundan başqa kreditlərin
38
götrüləsində girovların təmin edilməsində bir sıra problemlər yaranır.Onuda
vurğulamalıyıq ki, bank sektorunda verilən kreditlərin əksəriyyəti qısamüddətli
kreditlərdir ki bu da biznes maliyyələşməsinə mənfi təsir göstərir. Bu göstəricilər
Avropa ölkələrində isə daha fərqlidir belə ki, Avropa ölkəri, ABŞ və Yaponiya kimi
ölkələrdə banklar uzunmuddətli kreditlər verərək biznesin maliyyələşməsinə əsaslı
dəstək olurlar.
Qeyd edildiyi kimi, sosial-iqtisadi sahələr insanların həyat səviyyəsi, onların
sağlamlığı, cəmiyyət üçün bəzi mənəvi keyfiyyətlərin yaradilması meylləri kimi çıxış
edir. Ümumi şəkildə desək sosial sferaya aşağıdakılar aid edilir:
-
Əhalinin təlabatının öyrənilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsi
-
Təhsil və mədəniyyət sektoru
Dostları ilə paylaş: |