40
Bu cədvəldən göründüyü kimi 2010-2011-ci ildə əhalinin hər nəfərinə düşən
cəmi gəliri 180.5manatdan 210.2 manata qədər artmış bu da 14.1% artım deməkdir.
2014-2015-ci ildə isə bu göstəricilər müvafiq olaraq 291.4manatdan 304,5manata
qədər artmışdır ki, bu da cəmi gəlirlərdə 4.5% artım deməkdir.
Respublikamızda əhalinin kənd təsərrufatında fəaliyyət göstərən hissəsinin
gəlirlərinin demək olar ki böyük əksəriyyəti natural formada yəni, öz təsərrufatından
qazanılan gəlirlərdir.Ümumiyyətlə gəlirlər iki hissəyə bölünür:
1) Pul gəlirləri
2) Natural gəlirlər
Pul gəlirləri dedikdə hər hansı təsərrufat sahibinin öz təsərrufat məhsulunun
reallaşdırılmasından əldə etdiyi pul gəlirləri nəzərdə tutulur.Natural gəlirlər isə hər
hansı bir fərdin yaşayış üçün istehlak etdiyi məhsulların dəyələri ilə müəyyən edilir.
Gəlirlərin əmələ gəlmə mənbələrində təsərrufatçılıq effektivliyini, mülkiyyət
münasibətlərini və həmçinində səmərəli bölgünü göstərmək lazımdır.Ümumiyyətlə
gəlirlərin tənzimlənməsi bu gəlir mənbələri üzrə həyata keçirilir.
-
Əmək haqqı. Bura mülkiyyətindən aslı olmayaraq dövlət və qeyri-dövlət
müəssisələrində çalışan şəxslərin əldə etdikləri gəlirlər nəzərdə tutulur.
-
Pensiya fondundan və sosial təminat fondlarından əldə edilən gəlirlər.
-
Fiziki və ya hüquqi şəxslərin öz təsərrufatlarında reallaşdırılan əmtəə və
məhsullardan əldə edilən gəlirlər.
-
Respublikada bölgələrdə əldə edilən gəlir növləri və banklardan əldə edilən
faiz dərəcələri və başqa gəlirlər.
Göstərilən gəlir mənbəələrinin formalaşmasının əsas mənbəyi ümumi məhsul
dəyəri və milli gəlirdi.Xalis gəliri hesablamaq üçün isə istehsal edilmiş məhsulların
ümumi dəyərindən həmin məhsullara çəkilən material məsrəfləri çıxılaraq hesablanır.
Ölkənin Dövlət Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasaən qeyd edə
bilərik ki, 2016-cı ilin yanvar-sentyabr aylarında 2015-ci il yanvar-sentyabr aylarına
nisbətdə ölkə əhalisinin hər nəfərə düşən gəliri 7.4% artaraq ay ərzində 378.2 manat və
ya ildə 3403.6manat olmuşdur.2015-ci il yanvar-sentyabr aylarında əhali tərəfindən
41
əldə edilən 32762.5 milyon manat gəlirin 9.2% vergilərin və üzvlük haqqina,78.6%-i
son istehlak xərclərinə,2.6%-i kredit ödənişlərinə və 9.6% i yığıma yönəldilmişdir.İl
ərzində əhalinin hər nəfərinə bütün icbari və könüllü ödənişlər edildikdən sonra 3089.1
manat vəsait qalmışdır.
2016-cı ilin yanvar-sentyabr aylarında istehlakçılar 2015-ci ilin yanvar-sentyabr
ayları ilə müqayisədə 2.3% çox məhsul yəni, 21.1 milyard manatlıq məhsul tədarük
etmişlər.Bundan başqa qeyri-ərzaq məhsullarının istehlakı 0.9%, ərzaq məhsulları,icki
və tütün məhsullarının istehlakı isə 3.1% artmışdır.
DSK-nın göstəricilərinə görə “Azərbaycanda 2016 –cı il sentyabr ayında olan
göstəricilərə əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1520.2 min
nəfər olmuşdur”. Onların 632.4 min nəfəri qeyri-dövlət, 887,8 min nəfəri dövlət
sektorunda çalışmışlar. Qeyd edək ki, muzdla çalışan işçilərin 12.9%-i sənaye, 8.8%-i
səhiyyə və sosial xidmətlər, 22%-i təhsil, 7%-i dövlət idarəetməsi, 18.8%-i ticarət,
6.8%-i tikinti, 4.6%-i nəqliyyat, 3.6-i peşə və elmi fəaliyyət, 3.1%-i kənd təsərrufatı,
1.7%-i maliyyə və sığorta sahəsi, 10.7%-i isə bu iqtisadi sahələrdən əlavə digər iqtisadi
sahələrdə fəliyyət göstərmişlər.Qeyd edək ki,məşğulluq xidməti orqanları tərəfindən
qeydiyyata alınmış işsiz statusu almış şəxslərin sayı 2010-cu ildə 38966.0 nəfər
olmuşdusa 2015-ci ildə bu göstərici 28877.0 nəfərə qədər azalmışdır.İqtisadi fəal əhali
isə 4915.3 min nəfərə qədər çatmışdır.
Onu da qeyd etməliyik ki, insanların həyat səviyyəsinin müəyyən edilməsi
üçün onların tələbatlarının ödənilməsi dərəcəsi və həmcinin istehlak xərclərinin təmin
olunmasi ilə müəyyən etmək olar. Onların adambaşına düşən orta aylıq gəlirləri,
adambaşına düşən orta aylıq xərclərindən çox olmalıdır.Ölkə iqtisadiyyatında
adambaşına düşən faktiki istehlak norması aşağıdakı düsturla heablanır.
Dostları ilə paylaş: