“Biznesin Təkili və İdarə edilməsi” dərslik, “İqtisad Universiteti” nəşriyyatı.Bakı
alır və müəssisəsinin xammala olan ehtiyacını ödəyir. İkinci mərhələdə isə lazımı
materealla təmin olunan müəssisə fəaliyyətə başlayır və məhsul istehsal edir.
Nəhayyət üçüncü mərhələdə müəssisədə istehsal olunan məhsullar satış bazarına
çıxardılır. Müəssisənin əsas fəaliyyətinin qurluşu sadə şəkildə bu cür
aparılır.Satılan məhsullardan əldə olunan gəlirlər müəssisənin maliyyə bölməsində
cəmlənir və xərclər hesablanaraq ümumi gəlirdən çıxılır. Qeyd edək ki, məhsulun
qiymətini təyin etmək üçün ona çəkilən xərclərin məcmusunu yəni, məhsulun maya
dəyərini hesablamaq lazımdır.Bütün xərclər çıxıldıqdan sonra yerdə qalan vəsait
müəssisənin mənfəəti hesab olunur.Müəssisənin mənfəəti geniş təkrar istehsala,əmək
57
kollektivinin əməyinin stimullaşdırılmasına və s.-ə istifadə olunur.Bu da müəssisənin
uğurlu inkişafına zəmin yaradır.
Biznesi həm kommersiyada, həm də istehsalatda görmək mümkündür.Ümumi
şəkildə göstərsək bizneslə qeyd edilən əlamətlərə malik şəxslər məşğul ola bilər.
Respublikanın bütün vətəndaşları hansı ki, həmin şəxslər fəaliyyət
qabiliyyətli şəxslər hesab olunsun.
Vətəndaşlığından aslı olmayaraq bütün şəxslər(xarici vətəndaşlar da)
Mülkiyyətindən aslı olmayaraq bütün şəxslər
Biznes anlayışı sahibkarlıq anlayışı ilə yaxın mənalı anlayışdır.Lakin onları
eyniləşdirmək olmaz.Bu iki anlayış arasında ən böyük ortaq xüsusiyyət isə hər
ikisinin əsas fəaliyyətinin gəlir, qazanc, mənfəət əldə etmək istiqamətində
yönəlməsidir.
Biznesdə fəaliyyətdən öncə bir sıra araşdırmalar və analitik işlər görərək öz
fəaliyyətini daha da stimullaşdırmaq lazımdır.Həmin yerinə yetrilməsi vacib amillərə
aşağıda qeyd edilənlər aid edilir.
İlk növbədə öz təcrübə və potensialını, əhalinin təlabatlarını, bazarda analoji
sahədə rəqabətlilik dərəcəsini müəyyən edərək əsas fəaliyyət istiqamətini
müəyyənləşdirmək
Öz əhatə dairəsini və işçi kadrlarının müəyyən edilməsi, lazımı çatışmayan
kadırların tapılması
Biznes-tisikl dövriyyəsinə başlamaq üçün lazım olan maliyyə vəsaitlərini,
nizmanamə kapitalının həcmini müəyyən edərək fəaliyyətə başlamaq üçün zəruri
resursları müəyyənləşdirmək
Fəaliyyətə başlamazdan əvvəl sahibkar adətən SWOT təhlili adlanan metod
vasitəsi ilə öz fəaliyyət mexanizmlərində təhlil apara bilər və həmçinin müəssisə və
ya firmanın güclü və çatışmayan tərəflərini həmçinin istehsal imkanlarını müəyyən
edə bilər və mövcud olan təhlükələri göz qabağına gətirə və onlarda yaxa qurtara
bilərlər.SWOT sözu ingilis mənşəli sözlərin baş həriflərinin birləşməsindən əmələ
gəlmişdir və aşağıdakı kimi izah oluna bilər.