Yuxarıdakı cədvəldə invstorlar tərəfindən daxil olan şikayət və cərimələrin
miqdarı ayrı-ayrı illər üzrə müqayisəli təhlili və faizlə dəyişimi göstərilmişdir.
Aparılmış uzunmüddətli təcrübələrdən görünür ki,respublikada dövlət və kolxoz
53
fəaliyyətindəndə səmərəli sahə, şəxsi təssərrufat hesabına əhalinin kənd təssərrufatı
məhsullarının böyük hissəsi, 60%-i ödənilmişdir. Ölkəyə lazım olan məhsulların
nəinki idxalına üstünlük vermək, əksinə yerli istehsal hesabına ödəmək daha
məqsədəuyğundur. Respublikanın yerləşdiyi coğrafi şərait və iqlim mühiti bir çox
sahələrin inkişaf etdirilməsi üçün olduqca əlverişlidir.Burada kənd təsərruffatı
məhsullarının istehsalının inkşaf etdirilməsi və sahibkarların bu sahəyə investisya
yatırmalarına və maraqlarını təmin etmək məqsədi ilə bir sıra islahatlar və tədbirlər
həyata keçirmək lazımdır.Yerlərdə sahibkarlara öz məhsullarının qorunması və xarici
bazarlara çıxarılması üçün həm soyuducu anbarlarının tikilməsi, həmdə xarici
ticarətdə gömrük rüsmlarının azaldılması kimi tədbirləri həyata keçirmək
lazımdır.Bunun vasitəsi ilə ölkəyə yeni maliyyələr daxil olacaq ki bunun sayəsində
ölkədə inflyasiya səviyyəsinin azaldılması və maliyyə ehtiyyatlarının artırılmasına
gətirib çıxaracaq ki, bu da öz növbəsində iqtisadiyyatın inkişafına təkan verəcəkdir.
Ümumiyyətlə bazar iqtisadiyyatı kapitalist münasibətlərinin yaranmasından
sonra meydana gəlməyə başlamışdır.Bazar iqtisadiyyatından əvvəl isə natural və
əmtəə təsərrufatı mövcud idi.Sonralar isə kapitalizm münasibətlərinin daha geniş
əlaqəli inkişaf etməsi bazar iqtisadiyyatının da inkişaf etməsinə təkan verdi.Bazar
iqtisadiyyatını zəruri edən səbəblər vadır.Bu səbəblərə geniş əhatəyə malik əmtəə
təssərrufatının mövcudluğu, inkişaf etmiş ictimai əmək bölgüsü, yüksək dinamikliyə
malik tələb-təklif elastikliyi və s. amilləri misal göstərmək olar.Qeyd etdiyimiz
amillər bazarın genetik əsasları adlandırılır.Bazar iqtisadiyyatının ayrılmaz bir hissəsi
də
sahibkarlıq fəaliyyətidi.Sahibkarlıq fəaliyyəti biznen infrastrukturunun
hərəkətverici və inkişaf etdirici sahələrindən biridir.Bazar iqtisadiyyatının ən əsas
prinsiplərinə iqtisadi demokratikləşmə,iqtisadi azadlıq və liberallaşma aid
edilir.İqtisadi azadlığın prinsipcə mahiyyəti sahibkarın şəxsi fikrindən aslı olaraq
istədiyi növ əmtəə istehsal etməsidir.
Bazar iqtisadiyyatı müxtəlif ölkələrdə müxtəlif vaxtlarda meydana gəlmişdir
ki, bu da dövlət siyasətindən, əhalinin yaşam tərzindən,mövcud mülkiyyət
formalarından və s.-dan aslıdır.Bazar iqtisadiyyatı ölkələrində sahibkarlıq
54
fəaliyyətinin inkişafı və yeni sahibkarların meydana çıxması üçün hər cür şərait
yaradılmalıdır.
Azərbaycanda bazar iqtisadiyyatının həyata keçrilməsində maneçilik törədən eyni
zamanda sahibkarlığın inkişafına mane olan bir sıra problemlər var.Bu problemlərə
misal olaraq: bazarda və yerlərdə inhisarçılıq və monapoliyanın olması,iqtisadi
azadlığın nisbətən kövrək olması,ölkədən çıxarılan və ölkəyə gətirilən məhsullarda
müəyyən məhdudiyyətlərin olması və eyni zamanda azad xarici ticarətdə olan
problemləri göstərə bilərik.Müstəqillik əldə etdikdən sonra özəl sektorun inkişafına
dəstəyin göstərilməsi istiqamətində aparılan islahatlar, yeni yaranan və mövcud
sahibkarların öz iqtisadi fəaliyyətlərini inkişaf etdirmələri üçün güzəştli kreditlərin
verilməsi və “vahid pəncərə” siyasətinin yeridilməsi nəticəsində ölkə iqtisadiyyatının
reytinqində irəliləməsinə və adı çəkilən mənfi halların aradan qaldırılmasında böyük
rol oynamışdır.
Müasir dövürdə biznes mühitinin inkişafına mənfi təsir edən amilləri
ümumiləşdirsək aşağıdakı nəticələri əldə edə bilərik.
-
Ölkənin vergi sistemində islahatların aparılması.Belə ki, investordan alınan
vergi investorun əldə etdiyi gəlirə görə deyil dövriyyəsinə görə alınır.Bu zaman
investor zərər etsə belə vergini ödəmək məcburiyyətində qalır.Bu da investorların
iflasa uğramasına səbəb ola bilər.
-
Bəzi sahələrdə monopoliyaların olması.Bu iqtisadiyyatda rəqabət dərəcəsini
aşağı salaraq ölkə iqtisadiyatının inkişafını ləngidir.
-
Gömrük tarifləri yerli və ya daxili bazarı qorumaq əvəzinə bəzi süni
maneələrin yaranmasına səbəb olur.
Biznes mühitinin inkişaf etdirilməsi üçün bir neçə sahədə islahatlar
aparılmalıdır.
Ölkədə istehsalı olmayan və ölkəyə satılmaq üçün gətrilən hər hansi bir
məhsuldan gömrük rüsumu ləvğ edilsin.
Monopoliyalı sahələr dövlət tərəfindən nəzarətdə saxlanılsın.Ölkədə ən əsas
sahələrin monopoliyası dövlət sərəncamında olmalıdır.Yerli bazarda rəqabət yaradıb
55
istehsal potensialını artırmaq lazımdır.
Real investisiya layihələrinin dövlət tərəfindən çox aşağı faiz tətbiq etməklə
maliyyə vəsaitləri ilə təmin edilsin.
Xarici
bazara
məhsul
istehsl
edən
iri
firmalara
dövlət
yardımının(reklamın,tanıtımın həyata keçrilməsi) təşkil edilməsi.
Dostları ilə paylaş: