3
Giriş
Tədqiqat işinin aktuallığı.
Dissertasiyanın mövzusu özünün xüsusi aktuallığı ilə
seçilir. Müasir iqtisadi islahatların aparıldığı bir vaxtda maliyyə-kredit
infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi çox mühüm əhəmiyyət kəsb
edən məsələlərdən biridir.
Bütün bazar iqtisadiyyatı ölkələrində maliyyə-kredit sahəsi xüsusi diqqət
mərkəzində saxlanılır. Bu sahənin ölkə iqtisadiyyatında mühüm yer tutması onun
vacibliyini və inkişaf etdirilməsini ön plana çəkir. Dünya təcrübəsinə əsaslanaraq
ölkəmizdə maliyyə-kredit sahəsində bir sıra islahatlar aparılmışdır ki, hazırda bu
iqtisadi prinsipcə özünü müsbət biruzə verir.
Maliyyə-kredit münasibətləri geniş bir sahə olduğu üçün bu sahənin tamamilə
nəzarətdə saxlanılmasında bir sıra problemlər ortaya çıxır. Ölkəmizdə bu tip
problemlərin həlli üçün qabaqcıl ölkələrin təcrübədən çıxmış maliyyə siyasətlərindən
istifadə edərək, yaranmış problemlərin həllində müsbət nəticələr əldə edilməsi
istiqamətində tədbirlər həyata keçirilir.
Dünya ölkələri arasında beynəlxalq maliyyə münasibətlərinin inkişaf etdirilməsi
dünya ölkələri üçün mühüm bir prosesdir. Bu ölkələr arasında maliyyə kreditlərinin
verilməsi, qarşılıqlı iqtisadi əlaqələrin inkişaf etdirilməsi və bu sahə üzrə bir sıra
mühüm addımların atılması, bu sahənin aktuallığını və dünya ölkələri üçün böyük
əhəmiyyətə malik olduğunu göstərir.
Dostları ilə paylaş: