Tədqiqatın
informasiya bazası.
Biznesin
maliyyə-kredit
infrastrukturu
sahəsində bir sıra xarici və yerli iqtisadçıların matreallarından geniş istifadə
edilmişdir.Həmçinin maliyyə bazarına aid nəşr edilmiş məqalələrdən və DSK-nın və
Maliyyə Nazirliyinin rəsmi statistik məlumatlarından məqsədəuyğun formada istifadə
edilmişdir.
Tədqiqatın
elmi yeniliyi.
Dissertasiya
işində biznesin maliyyə-kredit
infrastukturunun ən əsas hissəsi olan maliyyə bazarının inkişafının tədqiqi
aparılmışdır.Mövcud problemlərin aradan qaldırılması üçün tövsiyyələr və təkliflər
verilmişdir ki, bu təklif və tövsiyyələrin tətbiqi nəticəsində maliyyə bazarında
inkişafa nail oluna bilər.Əsas elmi yeniliklər isə aşağıda qeyd edilənlərdir.
-
Bir sıra İEÖ-in maliyyə bazarı ilə ölkəmizin maliyyə bazarının inkişaf
xüsusiyyətlərindəki fərqli cəhətlər təsbit edilmişdir
-
Ölkənin maliyyə bazarının inkişafı üçün mühüm əhəmiyyət kəsb edən sahələrin
inkişafında yaranan problemlərin həlli yolları göstərilmişdir
-
Ölkənin kredit bazarının inkişafına mane olan amillər və bu amillərin aradan
qaldırılması yolları təklif edilmiş, eyni zamanda bazar iqtisadiyyatı ölkələrinin kredit
bazarları ilə müqayisəli təhlili aparılmışdır
-
Maliyyə bazarının inkişafına istiqamətlənmiş və tətbiqi əhəmiyyətli dərəcədə
müsbət olacaq bir sıra amillərin, həmçinin inkişafın qarşısını alan halların həlli metod
və üsulları əsaslandırılaraq təklif edimişdir
-
Ölkənin qiymətli kağızlar bazarının inkişafına mane olan amillər araşdırılmış və
5
eyni zamanda bu sahənin inkişafına yönələn bir sıra təkliflər verilmişdir.
Dostları ilə paylaş: |