www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
48
48
bu mənada haqqında danışdığım bədii filmin yaradıcı
heyətinin estetik zəhmətini dəyərləndirir, mətbuatda ―Dolu‖
haqqında təriflər yazanların fikirlərinə əksər halarda şərik
çıxır, bununla yanaşı, bəzi tənqidi düşüncələrimi ədəbi-
mədəni sahənin adamlarıyla bölüşmək, kino ictimaiyyətimizin
diqqətinə çatdırmaq istəyirəm.
Dəyərli ədəbiyyat nümunələrinin, o cümlədən Aqil Abbasın
maraqlı - oxunaqlı ―Dolu‖ romanını kino dilinə çevirməyin,
tam dolğunluğu ilə əhatə etməyin çətinliyini xatırlatmaqla,
əvvəlcədən söyləyim ki, sözügedən bu ekran əsəri bədii
filmdən çox, hansısa telesserialın qayçılanmış variantını
xatırladır. Yeri gəlmişkən, bu forma dünya kino sənətində
qəbul ediləndir: tutalım, M.Bulqakovun eyniadlı romanı
əsasında çəkilmiş ―Master və Marqarita‖ telesserialının
ikihissəli bədii film kimi işlənmiş qısa variantı da var.
Böyük ekran əsərlərinin üç növu olur: kommersiya kinosu,
müəllif kinosu, dövlət kinosu (keçmiş Sovetlər Birliyinə daxil
olan respublikalara aiddir) - söhbət sənətkarlıq cəhətdən yox,
kulturoloji-ideoloji, maliyyə-texniki, bir qədər də estetik
tərəflərdən gedir. "Dolu" filmi dövlət sifarişi ilə çəkildiyinə
görə sonunculara aiddir, bu isə öz növbəsində, yaradıcı
heyətin üzvlərini müəyyən mənalarda, çərçivəyə salıb,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
49
49
49
məhdudlaşdırmalara vadar edib. Bu mənada filmi daha çox
ideoloji savaş kinosu kimi də xarakterizə etmək mümkündür.
Filmin başlanğıcında, ən azı, 20-25 dəqiqə stabil, dinamikasız
bir gedişat var ki, müharibə mövzulu savaş filmlərində bu
məqbul sayıla bilməz. Bundan sonrakı hadisələrin nəqletmə
dinamikası bədiiliyi üstələdiyinə görə filmin estetik - sənət
tərəfini bir qədər zəiflədir.
Ənənəvi realist üslubda lentə alınmış bu ekran əsərinin
mübahisəli tərəflərindən biri də baş qəhrəmanın mövcud
olmaması, yaxud dörd surət arasında bölünməsidir: komandir,
raykom katibi, ―Drakon‖ ləqəbli obraz, polis rəisi. Bu dörd
surətin hər biri müsbət qəhrəman obrazında göstərilsə də,
əslində klassik - ənənəvi kinonun estetik tələblərindən kənara
çıxılıb. Bir daha vurğulayım ki, filmdə əsas baş qəhrəman
yoxdur, bu isə ənənəvi, realist janrda çəkilmiş filmləri seyr
etməyə meyilli Azərbaycan tamaşaçısını da, elə tənqidçiləri də
qıcıqlandırır.
Romanda isə əksinə, qəhrəman aydın görsənir: ermənilərə
qarşı mətin mübarizə aparan Ağdam - Qarabağ, yaxud
zamanın və müharibənin özüdür. Fəqət vizual sənət növü
sayılan kino baş qəhrəmansız bir qədər baxımsız təsiri
bağışlayır, tamaşaçısını tez yorur.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
50
50
Bayaq da qeyd etdiyim kimi, dövlət sifarişi ilə araya-ərsəyə
gələn "Dolu" filmi ənənəvi ekran əsəri sayılır, əgər
postmodern bir film olsaydı, məsələn, serb rejissoru Əmir
Kustirisa, yaxud bizim Vaqif Mistafayev üslubunda
çəkilsəydi, onda başqa məsələ, istənilən sənət sınaqlarına göz
yummaq olardı. Tutalım, hər cür müqayisə birtərəfli olsa da,
Qarabağ mövzusunda ilk ciddi böyük ekran əsəri sayılan
"Fərhad" filmində əksər obrazlar, bütün köməkçi süjet xəttləri
əsas qəhrəmanın dolğun surətinə canlandırmağa, tamaşaçı
yaddaşına həkk olunmasına xidmət edir. "Dolu"da isə
tamaşaçının, belə demək mümkünsə, rəğbəti bayaq qeyd
etdiyimiz dörd qəhrəman üzərində yönələndirməklə, rejissor
əsas mətləbdən uzaqlaşır.
Filmdəki iki əsas epizoda, yumuşaq ifadə etsək, qeyri-
səmimilik müşahidə olunur: erməni qızını əsir tutan
kəşfiyyatçı dəstənin üzvləri onu sərbəst buraxırlar. Halbuki
sonralar ―Pələng‖ ləqəbli obraz yaralanıb keçinəndə
―Drakon‖a son sözü bu olur: "Mən qız üzü görmədim!" Real
müharibə şəraitində - insanlığın arxa plana keçdiyi bir vaxtda
qadın əsl qənimət sayılır, özü də düşmən cəhbəsində olan
yaraşıqlı incə varlıq olanda, tamam başqa situasiya yaranır.
Dünyada son illər çəkilən, keçmiş Yuqoslaviya, MDB
ölkələrindəki oxşar münaqişələrin acı reallıqlarına həsr
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
51
51
51
edilmiş kino əsərləri xatırlayaq. Yeri gəlmişkən, bu, tipik
azərbaycanlı gəncinin düşüncəsi idi: əslində isə o epizodda
Vətən, torpaq üçün, yaxud Qarabağdan, Ağdamdan ötrü
"canım qurban" deyə bilərdi.
Düzdür, film yaradıcıları erməni əsir qadını epizodunda, -
özlərini sığortalayaraq, - ―Drakon‖un dilindən bu sözləri də
söyləməyi unutmurlar: "Mən arvadlarla döyüşmürəm..."
Amma müharibə müharibədir və onun öz həqiqətləri,
reallıqları, dəhşətləri, ağrıları, acıları var. Məlumdur ki, bəzi
hallarda hər iki tərəfdən əsir alınmış nəinki qadınlar və qızlar,
həmçinin əsgərlərin də seksual işgəncələrə, zorrakılığa məruz
qalmışlar: bu barədə yaxın keçmişimizdə çoxlu tarixi faktlar
var. Yanılmıramsa, başqa bir filmimizdə bizim qadınların
erməni vəhşiləri tərəfindən zorlanması faktı da göstərilib. Mən
hələ publisitik kitablarda, mətbuat yazılarında, sənədli və
televiziya filmlərindəki çoxsaylı faktları yada salmaq
istəmirəm.
Filmdə
―qarabağizm‖,
problemin
Ağdam
ilə
məhdudlaşdırılması anlaşılan deyil: məgər müharibədə
Qarabağdan olmayan, yaxud qeyri-ağdamlı şəhidlərimizin
sayı azdır?! Senarist olaraq A.Abbas da filmin əvvəlində
göstərir ki, Lənkərandan 25 nəfər könüllü Vətən uğrunda
canından keçmək üçün Ağdama gəlir. ―Drakon‖ ləqəbli obrazı
Dostları ilə paylaş: |