MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə2/46
tarix13.12.2017
ölçüsü2,89 Kb.
#15409
1   2   3   4   5   6   7   8   9   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 


əsər  rədd  edilməlidir.  Bir  sözlə,  bu  cür  mənfienerjili  ―sənət 
əsərləri‖  bəşəriyyətin,  hər  hansı  millətin,  yaxud  qrupun 
incəsənətinə  aid  edilməməli,  pislənilməli,  ictimai-mədəni 
şəkildə bu cür nümunələri yaradanlardan üz çevirmək lazımdır 
ki, başqalarına da ibrət olsun... 
Azərbaycan  cəmiyyəti  qədim  Şərqin  və  inkişaf  etmiş  Qərbin 
müxtəlif  dəyərlərini  özündə  birləşdirən  kulturoloji  məkana 
malikdir.  Əsrlər  boyu  dünyanın  elə  bir  intellektual-kreativ 
dəyərini tapmaq mümkün deyil ki, məmləkətimizə öz təsirini 
bağışlamasın.  Azərbaycanda  tarixən  də,  indinin  özündə  də 
atəşpərəstlik məbədi ilə xaçpərəstlik kilsəsi müsəlman məscidi 
ilə yanaşı qurulub, büxtəlif inanclı, dünyagörüşlü insanları bir 
araya  gətirib.  Klassik  şairlərdən  tutmuş,  ta  alim  və  indiki 
yazarlara  qədər  dünyanın  sivil  dəyərlərini  öyrənib  öz 
yaradıcılıqlarında,  əsərlərində  təbliq  ediblər.  Nizami,  Tusi, 
Nəsimi,  Füzuli,  Axundov,  Cavid,  Səməd  Vurğun,  Rəsul  Rza 
kimi  klassiklərin  əsərlərini  yada  salaq.  Axtarsaq,  Hindistan, 
Çin  kimi  nisbətən  yaxın  ölkələrlə  yanaşı,  hətta  uzaq  Güney 
Amerika kimi bir mədəni mühitin Markes, Borxes, Kastaneda 
kimi 
nümayəndələrinin 
əsərləri, 
yaxud 
hindu-Maya 
mədəniyyəti,  fəlsəfəsi  vasitəsilə  bizə  xüsusi  təsirini  görə 
bilərik.  Bu  isə,  Azərbaycanda  dünyaya  çıxarılası  universal, 
multimədəniyyət  nümunələrinin  yaranmasına  stimul  verir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 



Dünya  Alim  Qasımovun  ifasında  milli  muğamlarımızı  məhz 
bu  səbəbdən  rahat  qavraya,  qəbul  edə  bilir.  Biz  hələ  Üzeyir 
Hacıbəyov, 
Qara 
Qarayev, 
Fikrət 
Əmirov 
kimi 
bəstəkarlarımızın,  Səttar  Bəhlulzadə,  Toğrul  Nərimanbəyov, 
Tahir  Salahov  kimi  rəssamların  yaratdıqları  ümumbəşəri 
əsərləri demirik.  
Ölkəmizdə  təşkl  olunan  dünya  mədəniyyətlərarası  forumlar, 
müxtəlif  beynəlxalq  tədbirlər,  sivilizasiya  və  dinlərarası 
dialoqa  xidmət  edən  konfrans  iştirakçıları  da  vurğulayır  ki, 
Azərbaycan 
Şərq-Qərb 
inteqrasiyasında 
özünəməxsüs 
dəyərlər,  töhfələr  verməklə,  müxtəlif  qütblərə  ayrılmış 
bəşəriyyəti  bir  amal  uğrunda  –  tolerant  birgəyaşarlıq 
mədəniyyətinin inkişafına xüsusi təkan vermiş olur... 
Respublikamızda  son  illər  kitabxana,  teatr,  kino,  ədəbiyyat, 
muzeylər,  tarixi  yerlər  və  abidələr,  təbiət  qoruqları,  ekoloji 
mühafizə, elektron dövlət, virtual kitabxanalar, təhsil, elm və 
incəsənətin  inkişafı  ilə  bağlı  yeni-yeni  dövlət  proqramları 
həyata  keçirilir.  Dövlətin  bu  qayğı  və  diqqət  isə 
cəmiyyətimizin  kulturoloji inkişafına  yönəlib. Əlbəttə hər bir 
sahədə  işlərimizin  yüksək  səviyyədə  getdiyini  söyləmək 
olmaz.  Milli  kino,  elitar  musiqi  sahələrimiz,  eləcə  də 
kulturoloji təhsil, elmin bu istiqamətinə diqqət, maraq hələ də 
arzuolunan səviyyədə deyil. Təəssüflər olsun ki, bizdə hələ də 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
10 
10 
kulturologiyanı nəhəng bir elm – intellektual-kreativ düşüncə 
sahəsi  olduğunu  anlayan  insanların  sayı  yetərincə  deyil. 
Qonşu  Rusiya  və  dünyanın  aparcı  ölkələrində  hələ  orta 
məktəb – liseylərdə ―Kulturologiya‖, ―Kulturologiynın tarixi‖, 
―Kulturologiyanın  əsaslarə  və  nəzəriyyəsi‖  kimi  məcburi 
fənlər ayrıca dərs sahəsi kimi keçirildiyi halda, Azərbaycanda 
heç  ali  təhsil  ocaqlarının  rəhbərləri  bu  elmin  mahiyyətini 
anlamırlar. Bu da öz növbəsində cəmiyyətin bütün sahələrinə 
nüfuzetmə  imkanına  malik  bir  düşüncə  texnologiyası,  elm 
sahəsi  olan  milli  kulturologiya  səhəsinin  inkişafını  ləngidir, 
bəzi  hallarda  isə  onun  bağlı  olduğu  digər  elmi-praktiki 
istiqamətləri zəiflədir.  
Ölkəmizdə  hələ  də  kulturologiya  aid  kitablar  –  nəşr  olunan 
dərsliklər,  monoqrafiyalar,  dərs  vəsaitləri,  elmi  məqalələr, 
analitik yazıların sayı o qədər azdır ki, onlar hətta beynəlxalq 
katoloqlara 
düşmür. 
Milli 
kulturoloji 
ədəbiyyatın 
keyfiyyətindən  danışmağa  belə  dəyməz:  problem  o    qədər 
aktualdır  ki,  bəzən  ciddi  fəsadlara  aparıb  çıxarır.  Bu  günlərə 
Azərbaycan  Respublikası  Müəllif  Hüquqları  Agentliyi  ali 
məktəblərin  birində  kafedra  müdiri  işləyən  bir  alimin 
kulturologiyaya aid dərsliyinin pirat olduğunu, başqa alimlərin 
uyğun  kitablarından  köçürmələrin  baş  verdiyini  elan  etdi. 
Onsuz da bu sahə Azərbaycanda az inkişaf edib, onu daha çox 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
11 
11 
11 
mədəniyyətşünaslıq  kimi  qəbul  edirlər.  Peşəkar  kulturoloq 
alimlərin,  mütəxəssislərin  sayı  məhdudur,  onların  da 
imkanlarından  istifadə  olunmur.  Bura  bizim  kulturologiya 
ədəbiyyatımızın  böyük  hissəsinin  ruslardan  və  başqa 
millətlərin  alimlərindən  tərcümə  edilmiş  əsərlərdən  ibarət 
olduğunu da əlavə etsək, problemin aktualığı aydın sezilər. 
Şəxsən biz humanitar kulturologiyaya aid iki kitabın, çoxsaylı 
məqalələrin  müəllifi  olaraq  bir  sıra  ali  təhsil  ocaqlarına 
Kulturologiya  fənnini  keçməklə  bağlı  müraciətlər  etsəm  də, 
hamı  vacibliyini  vurğulayır,  amma  qabağa  düşəni  olmur, 
mövcud  təhsil  siyasətində  dəyişikliklərə  imkan  vermədiyini 
söyləyirlər.  Bir  daha  ölkə  ictimaiyyətinə,  təhsil  sahəsinin 
mütəxəsisləri.  Aidiyyəti  dövlət  orqanlarına  müraciət  edib 
deyirik:  nəinki  ali  təhsil  ocaqlarımız,  universitet  və 
texnikumlarımızda,  eləcə  də  orta  məktəb  –  liseylərimizdə 
mütləq 
―Kulturologiya‖, 
―Kulturologiynın 
tarixi‖, 
―Kulturologiyanın  əsaslarə  və  nəzəriyyəsi‖,  ―Çağdaş 
kulturoloji məktəblər‖ kimi məcburi fənlər ayrıca fənn sahəsi 
kimi  keçirilməli,  yeni  nəslin  dünyagörüşündə  kulturoloji 
baxışlar möhkəmləndirilməlidir... 
 
 
 
 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə