MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə6/46
tarix13.12.2017
ölçüsü2,89 Kb.
#15409
1   2   3   4   5   6   7   8   9   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
24 
24 
 
Dəyişikliklərə ayaqlaşmayan sözümüz, 
düşüncəmiz 
 
 
Dövrümüzün  ən  nüfuzlu  fizika  nəzəriyyəçilərindən  sayılan, 
Böyük  Britaniya  alimi  Stiven  Vilyam  Hokinq  1996-cı  ildə 
"Kainatda həyat" adlı məşhur mühazirəsində maraqlı mülahizə 
ortaya  atdı.  Alimə  görə,  bəşəriyyət  öz  inkişafının  yeni 
mərhələsinə qədəm qoyub və bu dövrün təkamül proseslərində 
insan şüuru heç də əsas faktor kimi iştirak eləmir. 3,5 milyard 
tarixi  olan,  ləng  sürətli  bioloji  təkamülün  indiki  sivil  insanın 
formalaşmasındakı rolunu vurğulayan S. Hokinq, bizim daxil 
olduğumuz  yeni  mərhələni  "kənar  bağlantılar"  dövrü 
adlandırır. Bu isə o deməkdir ki, insanın təkamülünü DNK-lar 
deyil, 
bizi  əhatə  edən  çoxistiqamətli,  müxtəlifqatlı 
informasiyalar istiqamətləndirir...  
Əslində insanlar arasında ünsiyyət vasitəsi sayılan dil, əlifba - 
yazı,  elmi  düşüncə  tərzi,  mətbuat,  kitablar,  radio,  TV,  mobil 
və ağıllı telefonlar, İKT, kompyuter, İnternet, sosial şəbəkələr, 
multimedik  imkanlar,  informasiya  cəmiyyəti,  virtual  aləm 
kimi  "kənar  təsirlər"  insan  təkamülünün  sürətini  yüzilliklərlə 
deyil,  günlərlə,  bəlkə  də  saatlarla  ölçməyə  şərait  yeradır. 
Əvvələr  dünyada,  eləcə  də  ədəbiyyatda,  elmi-humanitar 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
25 
25 
25 
düşüncədə  baş  verənlər  bir  neçə  ildən  sonra  bizə  gəlib 
çatırdısa,  indi  planetin  elə  bir  nöqtəsi  yoxdur  ki,  oradakı 
xəbərlərdən, informasiyalardan dərhal xəbər tutmayaq. İnkişaf 
etmiş,  sivil,  intellektual,  kreativ  cəmiyyətlər  çoxdan  bu 
maraqlı  qlobal  proseslərə  uyğun  inkişaf  istiqamətlərini 
müəyyənləşdiriblər... 
Sadalananlar  dünya  ədəbi-estetik,  intellektual-kulturoloji, 
kreativ-mədəni  proseslərinə  güclü  təsir  göstərib,  amma 
Azərbaycan  cəmiyyəti  hələ  də  nağıllara,  folklora,  dastan, 
yaxud şerə sığınıb: halbuki dünya və Avropa oxucusu çoxdan 
elmi-fantastik  ədəbiyyata,  bilgili  kitablara  keçib  və  nəticə 
olaraq  da  intellektual  tərəqqiyə,  sürətli  inkişafa  nail  olublar. 
Ətrafımızda  sürətli  elmi-texniki  tərəqqi  baş  verdiyi  halda, 
toplum  olaraq  heç  bir  yeniliyə  də  cəhd  göstərməməyimiz 
bizim  elmi-mədəni,  estetik-ədəbi  düşüncəmizə,  ana  dilimizin 
müxtəlif  üslubi-leksik  qatlarına,  kreativ-intellektual  fikrimizə 
də  mənfi  təsir  edib.  Yalandan  tərifləməklə  deyil,  əgər  bizdə 
postmodernizm,  yaxud  kulturalogiya,  tutalım,  İnternet  kəşf 
olunmayıbsa,  sözsüz,  Azərbaycan  dilində  də  onlara  uyğun 
terminlər  yaranmayacaq.  Necə  ki  avropatipli  bədii  roman 
janrını  dünyadan  götürmüşük,  eləcə  də  dilimizdəki  yeni 
ifadələr, anlayışlar, terminləri də "art-idxal" edirik. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
26 
26 
AMEA-nın  Ədəbiyyat,  Dilçilik,  Fəlsəfə  və  başqa  elmi-
tədqiqat 
institutları, 
müxtəlif 
özəl, 
yaxud 
dövlət 
universitetlərindəki  kafedralar,  elmi  qurumlar,  ictimai 
təşkilatlar  -  beyin  mərkəzlərimiz  süsqun  gündədirsə,  heç 
olmasa, 
yeni 
virtual 
nəslin 
əzmkarlıqla 
dilimizə, 
ədəbiyyatımıza,  düşüncəmizə  gətirdiyi  yenilikləri  təmkinlə 
qarşılayaq,  dəstəkləyək.  Ədəbiyyat  İnstitutu  nə  vaxt  ciddi 
surətdə 
tutalım 
dünya 
ədəbiyyatında 
baş 
verən 
postmodernizmi, fəlsəfəçilər kulturalogiyanı tədqiq edib sadə, 
anlaşıqlı  dildə  populyarlaşdırdı  -  kütləviləşdirdi  ki,  söz 
sənətimizdə,  elmi  təfəkkürümüzdə  bu  qlobal  düşüncə 
cərəyanları  dəyərli  sənət-intellekt  hadisəsinə  çevrilmədi!? 
Yaxud,  Dilçilik  İnstitutu  və  yüzlərlə  dilçi  alimlər  hələ  də 
İnternet  səhifələrinin  ünvanlarındakı  "w",  yaxud  e-mail 
ünvanlardakı  "@"  işarələrinin  "milliləşdirilməsiylə"  haçan 
məşğul  olacaqlar?  Axı  dilimizə  və  yazımıza,  xüsusən  də 
azərbaycancamızın  virtual,  yaxud  elektron  yazı  üslubuna  bu 
―yeniliklər‖  çoxdan  daxil  olub.  İngiliscənin  Amerika 
variantından  ixrac  etdiyimiz  yüzlərlə  belə  yeniliklər  var  ki, 
onlarsız Azərbaycan insanı İnternetdən  yararlana, istifadə edə 
biməz:  tutalım,  yaşlı  nəsil  nümayəndələri  istəməsə  belə, 
gənclər 
və 
uşaqlar 
"www.facebook.com" 
yazıb 
―Feysbuk.(nöqtə)kom‖  deyirlər,  bütün  buların  rəsmi  formada 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
27 
27 
27 
dil  normalarımıza  salmağın  vaxtı  yetişməyib!?    Dil  isə  həm 
təfəkkürün, həm kreativ-elmi düşüncənin, həm də ədəbiyyatın 
əsas  materialıdır,  ana  dilimiz  o  mənada  ya  "çinləşir",  ya  da 
qlobal təsirlər altında get-gedə zəifləyər... 
Ədəbiyyatımızın dərdi kimi, ədəbi nəşrlərimizin, söz-düşüncə 
adamlarımızın  da  durumu  çox  ağırdır:  intellektual-mədəni 
mühitimizin xaricdən, az qala, sunami dəhşətliliyilə üstümüzə 
gələn  bu  təsirlərə  cavabverəsi  yüksək  elmi-estetik  səviyyəyə 
malik  deyil.  Tutalım,  Rusiya,  yaxud  Türkiyə  elmi-mədəni 
mühiti kimi bir intellektual-kreativ məkana malik cəmiyyətdə 
yaşamırıq  ki,  öz  milli  trendlərimiz,  kreativ  brendlərimizi 
ortaya  qoyaq,  Nobel  mükafatı  alaq,  fərqli  İKT,  ədəbiyyat, 
sənət  yenilikləri  ilə  dünyanı  heyrətləndirək.  Avrovizion    və 
idman  sahəsində  uğurlar  qazanırıqsa,  istəsək,  Güney  Koreya 
kimi,  başqa  sahələrdə  də  istənilən  nailiyyətlərə  imza  ata 
bilərik... 
 Çox istərdim ki, yeni "Ədəbiyyat qəzeti" bu fikirlərimə uyğun 
ədəbi-estetik  prosesləri  istiqamətləndirən  bir  xətt  tutsun, 
dünyadan  çox  geri  qalırıq,  inkişaf  baxımından  yaman 
axsayırıq, yazı-pozu dostlarımız... 
 
 
 
 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə