MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə4/46
tarix13.12.2017
ölçüsü2,89 Kb.
#15409
1   2   3   4   5   6   7   8   9   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
16 
16 
səviyyəsində  bu  düşmənlərimizin  bu  kulturoloji-intellektual 
savaşına  qarşı  beynəlxalq,  qlobal  miqyaslı  proqramlar  ortaya 
qoyulub.  Prezident  İlham  Əliyevin  rəhbərliyi  ilə  dövlət 
orqanları, eləcə də Heydər Əliyev Fondunun bu sahə ilə bağlı 
böyük və önəmli layihələr həyata keçirilir. Bu layihələr – XX 
əsrin  əvvəllərində    Bakı,  Quba,  Gəncə,  Lənkəranda 
düşmənlərimizin  törətdikləri  qətlamlar,  eyni  zamanda  20 
Yanvar  faciəsi,  Xocalı  soyqırımı  ilə  əlaqədar,  habelə 
Azərbaycan və Dağlıq Qarabağla bağlı bizim münasibətimizi, 
tarixi  həqiqətləri  özündə  əks  etdirən  faktların,  materialların 
dünyaya  çatdırılması,  ermənilərin  törətdiyi  çoxsaylı  insan 
tələfatları  ilə  bağlı  rəsmi  -  şəkilli  sənədlərin  bütün  dünyada 
nümayiş  etdirilməsi,  İnternetdə  bir  sıra  saytın  yaradılması, 
―Virtual  Qarabağ‖  İKT  Mərkəzinin  təşkili,  onun  şəbəkə 
resursunun  hazırlanması,  respublikamızda  və  bizə  yaxın 
ölkələrdə  mədəniyyətimizin  təbliği  ilə  bağlı  görülən  işlər 
erməni  təxribatçılarına,  ideoloji  düşmənlərimizə  qarşı 
düşünülmüş,  konsepsiya  şəklində  ortaya  qoyulan  dövlət 
siyasətinin 
əsasını 
təşkil 
edir.  
 Məlum məsələdir ki, informasiya savaşı daha çox qeyri-rəsmi 
səviyyədə, yəni təşəbbüslərin yalnız cəmiyyətdən gəlir, yaxud 
cəmiyyətimizin  müxtəlif  təbəqələr  tərəfindən  aparılır.  Bu 
baxımdan  sual  ortaya  çıxır:  ictimaiyyətimiz  hansı 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
17 
17 
17 
təşəbbüslərlə  çıxış  edə  bilər?  Hər  hansı    tədbirlərə  və 
aksiyalara 
ehtiyac 
varmı?  
Dünyanın güc-analitik mərkəzlərinin yerləşdiyi Fransa, Böyük 
Britaniya,  Rusiya,  ABŞ,  Türkiyə,  İran,  hətta  bir  çox  Cənubi 
Amerika  ölkələrində  ermənilər  məhz  ictimai  qurumlar  və 
fərdlər  şəklində  olaraq  informasiya  və  mədəniyyət 
müharibəsinə qalxıblar. Mətbuat, eləcə də İnternet saytlarında 
gedən  bu  mövzuyla  bağlı  məlumatlardan  da  bilirik  ki,  milli 
mətbəximizi,  xalq  mahnılarımızı,  bəstəkar  musiqilərimizi  öz 
adlarına  çıxmaqdan  tutmuş,  xalçalarımızın  "erməni  malı" 
brendi  adı  altında  təqdim  edilməsinə  qədər  həmişə 
informasiya  savaşı  aparan  rəqiblərimizə  qarşı  müxtəlif 
istiqamətlərdə  mübarizə  aparmaq  vacibdir.  Bu  mübarizə 
pafoslu  metodlarla  deyil,  məhz  intellektual,  kreativ,  yüksək 
səviyyədə  aparılmalı,  tarixi-müqayisəli,  faktiki-məntiqli 
üsullarla qurulmalıdır.  
Bu  baxımdan  bir  məqamı  da  qeyd  edim  ki,  milli  diaspor 
qurumlarımız da artıq ciddi əsaslar, Prezident İlham Əliyevin 
diplomatlarımızkla  illik  görüşlərdə  irəli  sürdüyü  ideoloji 
plotforma  çərçivəsində  formalaşıb.  Bir  çox  diaspor 
təşkilatımız,  xaricdəki  mədəniyyət  mərkəzlərimiz,  ictimai 
qurumlarımız, 
lobbi 
qruplarımız 
dünyanın 
müxtəlif 
ölkələrində  milli  mədəniyyətimizin,  tarixi  həqiqətlərimizin, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
18 
18 
iqtisadi,  ictimai,  siyasi,  mədəni,  intellektual,  kreativ-
kulturoloji  uğurlarımızın  təbliği  ilə  yanaşı,  ermənilərə  qarşı 
əks-arqumentlərlə  də  çıxış  etməyi  intensivləşdiriblər.  Bu 
yöndə  ölkəmizdə  keçirilən  çoxsaylı  elmi-mədəni,  qlobal, 
yaxud  regional  tədbirləri  –  forumları,  qeyri-rəsmi  görüşləri, 
ciddi  musiqi  festivalları,  idman  yarışları,  dünya,  eləcə  də 
Avropa  çempionatları,  gənclərlə,  qadınlarla,  uşaqlarla, 
alimlərlə bağlı həftəliklər, müxtəlif ölkələrin milli mədəniyyət 
günləri,  multikulturalizm,  sivilizasiyalararası  dialoq,  dini 
dözümlülük,  tolerantlıq  kimi  sahələrə  aid  qlobal  samitləri, 
―Avrovizion‖  televiziya  musiqi  yarışması  kimi  kreativ 
incəsənət  müsabiqələrini  yada salmaq  yerinə düşərdi. Üstəlik 
də  dünyanın  aparıcı  yazılı  və  elektron  KİV-lərində, 
telekanallarında,  İnternet  portalarında  Azərbaycanla  bağlı 
hazırlanan  çoxsaylı  mətbu,  görüntülü,  səsli,  multimedik 
materialların  da  piaredici,  müsbət  imic  formalaşdıran 
tərəflərini xatırlaya bilərik. 
 Saxtakar  erməni  siyasətini,  onların  mədəni-tarixi  sahədə 
terrorunu  ifşa  edilməsi  məsələsində    düşünürəm  ki,  hər  bir 
soydaşımızın 
boynunda  böyük  bir  məsuliyyət  var. 
Vətəndaşlarımız, 
xüsusən 
də 
ziyalılarımız, 
qələm 
adamlarımız,  alimlərimiz,  media  əməkdaşlarımız  dövlət  və 
ictimai qurumlarına əlindən gələn köməkliyi əsirgəməməlidir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
19 
19 
19 
Yeri gəlmişkən, bu baxımdan rəhbərlik etdiyim AYB Analitik 
İnformasiya  Mərkəzi  ilə  Yeni  Yazarlar  və  Sənətçilər 
Qurumunün  nümayəndələri,  eləcə  də  şəxsən  özüm  dəfələrlə 
ölkə  xaricində,  habelə  respublika  daxilində  keçirilən 
tədbirlərimizdə  məntiqli  aqrumentlərimizi  və  sübutlarımızı 
ortaya  qoymuşuq.  Bununla  yanaşı,  təşkilatımız  10-dan  çox 
İnternet  resursu  yaradıb  və  bu  saytlar  məhz  mədəniyyətimiz, 
ədəbiyyatımız, kulturoloji proseslər, tarixi və milli sivilizasiya 
proseslərimiz  barədə  maarifləndirici  materialları  müxtəlif 
dillərdə  virtual  aləmdən  istifadə  edənlərin  ixtiyarına  verib. 
Yarandığı  vaxtdan  üzü  bəri,  3  illik  tarixində  4  milyon 
istifadəçiyə  xidmət  edən  www.kitabxana.net  ünvanlı  Milli 
Virtual-Elektron 
Kitabxanada, 
www.kitab.biz, 
www.elmlər.net  kimi  elektron-intellektual  resurslarımızda, 
eyni  zamanda  gündəlik  üzvlərinin  sayının  40  minə  çatan 
Feysbuk  sosial  şəbəkəsindəki  qruplarımızda  Azərbaycan 
mədəniyyəti,  həqiqətləri,  tarixi,  kulturoloji  sərvətləri, 
intellektual xəzinəsi ilə bağlı materiallara, xəbərlərə, müxtəlif 
yazıçılarımıza, 
ziyallılarımıza, 
dövlət 
adamlarımıza, 
alimlərimizə,  bir  sözlə,  tanınmış  şəxsiyyətlərimizə  həsr 
olunmuş  elektron  səhifələr,  klassik  və  çağdaş  ədəbi-
intellektual  irsimizi  özündə  cəmləyən  elektron  kitablara, 
nəşrlərə geniş yer ayırmışıq. Bütün bunlar isə informasiya və 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə