www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
68
68
Çağdaş “Qarabağnamə”lər:
düşmənlərimizə intellektual cavab
Azərbaycan Respublikası dövlət müstəqilliyinə ikinci dəfə
nail olandan sonra ölkəmizdə və xaricdə, yaxın həm də uzaq
keçmişimizdə baş verən mürəkkəb ictimai-siyasi, ədəbi-
mədəni hadisələri əks etdirən onlarla kitab nəşr olunub,
saysız-hesabsız sənədli-publisistik yazılar işıq üzü görüb. Bu
nəşr materiallarında 20-ci yüzildə Azərbaycan xalqının
qarşılaşdığı bir çox qanlı faciələrdən – Qarabağ müharibəsi,
Ermənistan-Azərbaycan münaqişəsi, milli-azadlıq mübarizəsi,
20
Yanvar
hadisələri,
Xocalı
soyqırımı,
müxtəlif
deportasiyalar və represiyalar barədə tarixi fakt və sənədlərlə
danışılır, əsl həqiqət respublika və dünya ictimaiyyətinin
nəzərinə, ocümlədən gənc nəslin diqqətinə çatdırılır. İrihəcmli
əsərlər sırasında müxtəlif illərdə ölkəmizdə işıq üzü görmüş
ədəbiyyatlara nümunə kimi yerli müəlliflərdən Bəxtiyar
Vahabzadənin «Şənbə» gecəsinə gedən yol, «Tofiq Şirinovun
«Qarabağın İlqarı», Əşrəf İbrahimovun «Şahid şəhidlər
haqqında», Vaqif Arzumanlı ilə Nazim Mustafayevin «Tarixi
qara səhifələri, deportasiya, soyqırım, qaçqınlıq», Nəsiman
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
69
69
69
Yaqublunun «Xocalı qırğını», Könül Nazimqızının «Çingiz
ömrü», Ziyəddin Sultanovun «Xocalı faciəsi», Vasif Səmədov
ilə Salar Aslanovun «Vətən üçün lazım gəlsə», Tofiq Köçərli
«Qarabağ:
yalan
və
həqiqət»,
Vilayət
Quliyevin
«Azərbaycanda erməni zülmü», Rafiq Səməndərin «Şəhidlər»,
Abdulla Qurbaninin «Şəhidlər danışır», Qulu Kəngərli
«Erməni lobbisi… Azərbaycan faciəsi» və başqalarının
kitablarını, həmçinin əcnəbi müəlliflərdən Robert Arakelovun
«Dağlıq Qarabağ: faciənin müqəssirləri məlumdur», Yuri
Pompeyevin «Qarabağ qan içində», Tatyana Çaladzenin
«Qarabağ: müharibədəki simalar» (Foto-albom), «Həmdərd»
kimi yüzlərlə tarixi-publisistik, bədii-sənədli nəşrlər milli,
eləcə də xarici oxucuları, xüsusən də gənclərimizin diqqətini
bir neçə cəhətinə görə daha çox cəlb edir. Azərbaycanda və
ölkəmiz ətrafında yaxın keçmişdə baş verənlər haqqında adları
sadalanan tarixi-sənədli nəşrlər həm gənclərimizə, həm də
gələcək nəsillərə çağdaş tariximizin əsl həqiqətlərini
çatdırmaq işində əvəzolunmaz, qiymətli mənbələrdir.
Çağdaş tariximizin az işıqlandırılmış səhifələrinə nəzər
salınan, üzdəniraq qonşularımızın və sovet imperiyasının
xalqımızın başına gətirdikləri müsibətləri unutmağa
qoymayan əsərlərə gənclərimizin daha böyük ehtiyacı var.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
70
70
Eyni zamanda onu da qeyd edək ki, respublikamızın bütün
bölgələrində dövlət müstəqilliyimiz və torpaqlarımız uğrunda
vuruşmuş, canlarını fəda etmiş və şəhid olmuş xalqımızın
igid, qəhrəman övladları haqqında çoxlu ədəbiyyat, soraq
kitabları çap edilmişdir ki, onların hamısının adını qeyd etmək
belə imkan xaricindədir.
Maraqlı cəhət odur ki, artıq ədəbiyyatşünas alimlərimiz,
tədqiqatçı-filoloqlar bu mövzuda yaranmış ə\sərlər haqqında
araşdırmalar aparır, monoqrafiyalar yazırlar ki, onlardan da
nümunə kimi Elçin Mehrəliyevin «Müharibə və ədəbiyyat» və
Mərziyə Nəcəfovanın «Qarabağ mövzusu bədii publisistikada
(90-ci illər)» və başqa elmi əsərləri göstərə bilərik.
Bu istiqamətdə araşdırmalar apararkən, xüsusilə bir müəllifin
həm kitabı, həm də son illərdə keçdiyi həyat yolunu
öyrənəndə, çox maraqlı məsələlərlə qarşılaşdıq. «Mən bu
kitabı məhz yetim uşaqların göz yaşlarının, qaçqınların əzab-
əziyyətlərinin və valideynlərin kainata sığmayan kədərinin
mərkəzi olan Azərbaycanda yazmağa qərara aldım…» -
Latviyalı jurnalist, vaxtilə Qarabağ müharibəsində vuruşaraq
yaralanmış və sonralar Ermənistan ilə Azərbaycan arasındakı
münaqişələrin əsl həqiqətlərini dünya ictimaiyyətinə
çatdırmaqdan ötrü bir çox məqalələr, kitablar yazmış Tatyana
Saladzenin Bakıda – «Azərbaycan» nəşriyyatında, rusca işıq
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
71
71
71
üzü \görmüş «Sostradanie» («Həmdərd») sənədli-publisistik
əsəri bu sözlərlə başlayır. Ötən yüzilliyin son illərində
respublikamızda baş vermiş ictimai-siyasi proseslər,
Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ müharibəsi, bir
milyondan çox qaçqın və didərginlərimiz barədə ölkəmizdə
çoxlu sayda kitablar buraxılsa da, əcnəbi müəllifin tarixi fakt
və sənədlərlə zəngin olan bu əsəri əsl həqiqəti dünya
ictimaiyyətinə çatdırmaq üçün əlimizdə qiymətli mənbədir.
Kitab 1993-cü il oktyabrın 10-da ümummilli liderimiz o
zamankı ölkə Prezidenti Heydər Əliyevin andiçmə
mərasimində söylədiyi çıxışı ilə açılır.
Müəllifin qısa ön sözündə vurğulanır: «Jurnallistik, əsl
həqiqətdə, xüsusi peşədir və biz ancaq Tanrı qarşısında cavab
verməliyik». Yalnız rastlaşdığı hadisələri, şahidlərin
söylədiyi, sənədlərlə təsdiqlənən həqiqətləri yazmağı qərara
aldığını yazan müəllif iki hissəyə ayırdığı kitabının əvvəlində
Azərbaycana nə üçün gəldiyini göstərir. Keçən əsrin 90-cı
illərindən etibarən Latviya mətbuatında Azərbaycana qarşı
birtərəfli, qərəzli yazıların getməsinə etiraz əlaməti olaraq
respublikamıza səfər etməsindən, Qarabağ münaqişəsi
haqqında əsl həqiqətləri öyrənib dünyaya çatdırılmasından
yazan T.Çaladze ikinci hissədə bir çox elmi məxəz və
ədəbiyyatlardan bəhrələnərək regional münaqişənin tarixinə
Dostları ilə paylaş: |