www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
44
44
proseslərin əsl mahiyyətini, əsas səbəblərini öyrənmək
baxımından
oxucuları
üçün
əsl
kriminal-ədəbi
ensiklopediyaya çevrilir. Yaradıcı insanın dəqiq-intiutiv
proqnozlarının hətta reallıqda da – kriminal proseslərin
əsərdən başqa, həm də yaşadığımız günlərdə də inkişafi
baxımından (Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik
və Daxili İşlər nazirlikləri tərəfindən ifşa olunan müxtəlif
silahlı dəstələr, ölkəmizdə və xaricdə baş verən hadisələr
barədə ölkə mətbuatında gedən məlumatları xatırlayaq) Çingiz
Abdullayevin qələmindən çıxan bu detektiv romanları əsl
ədəbi-dövrü hadisə də saymaq olar. Ən azı ona görə ki, bu
olaylar yaşadığımız mürəkkəb, qarmaqarışıq, ictimai-sosial
proseslərin sürətlə dəyişdiyi bir dövrün ―məhsul‖udur, istər-
istəməz biz də onun ya aktiv, ya da kənardan müşahidə edərək
heyrətlənən müşahidəçiləri, bəzi hallarda isə iştirakçılarına
çevrilirik.
Baş qəhrəmanı Dronqo olan, eləcə də başqa silsilə detektiv
romanları klassik siyasi-kriminal detektiv janrın tələblərinə
uyğun yazan Çingiz Abdullayev, bu əsərlərdə dramatik süjet
xətti, kriminal faktların çoxluğu, şər və xeyir qüvvələrin
qarşılıqlı mübarizəsi, cəmiyyət ilə ayrı-ayrı fərdlərin, dəstə və
qrupların, klan və beynəlxalq terrorçu şəbəkələrin münaqişəsi,
intriqalar, real həyatdan götürülmüş hadisələr, bir sözlə,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
45
45
45
oxucunu əvvəldən axıra qədər gərginlikdə saxlayır. Müəllifin
öz dəst-xəttilə əsərlərində yaratmış olduğu müxtəlif dolğun
surətlər, eləcə də çoxsaylı köməkçi obrazlar, cani dünyasının
incəlikləri, mütəşəkkil cinayətkar dəstələrin iş prinsipləri,
hüquq-mühafizə qurumlarının, digər dövlət təşkilatlarının
apardığı mübarizə metodları, cinayətkarların psixoloji
xarakterik xüsusiyyətləri kimi ənənəvi cəhətlərlə bol olan bu
detektiv zəmanənamələrə maraq heç vaxt zəifləmir. Yazıçı
tərəfindən işıqlandırılan hadisələrdəki real sübutlar, dəlillər,
faktlar, həmçinin, məhkəmə-istintaq materialları ilə zəngin,
üstəlik də ictimai təhlükəli qüvvələrə, mənfi ünsürlərə qarşı
amansız mübarizəyə başlamış rəsmi hüquq-mühafizə
strukturlarında çalışan peşəkarların iş üslubu Çingiz
Abdullayevin yaradıcılığına ədəbiyyatsevərlərin marağını hər
zaman təmin edir...
Çingiz müəllim bir neçə vaxt bundan əvvəl bildirmişdi ki,
yaradıcılığının yeni mərhələsində tarixi və intellektual, bir
qədər də fəlsəfi nəsr əsərləri ilə oxucularını təəccübləndirəck.
İnanırıq ki, bu mərhələ tezliklə başlayacaq və sevimli
yazıçımız çağdaş ədəbiyyatımızı zənginləşdirən əsərlərlə
oxucularımızın zövqünü oxşayacaq...
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
46
46
Kulturoloji kinoresenziya
"Dolu" bədii filmi: fərqli kino, yoxsa...
Tanınmış yazıçı-publisist, millət vəkili Aqil Abbasın son illər
ədəbiyyatımızın uğurlu nümunələrindən hesab olunan "Dolu"
romanı, həqiqətən, məmləkətimizin maştabında əsl ―dolu‖
sənət əsəri sayılar bilər. Onun ekran həllini səbirsizliklə
gözləmiş sənətsevərlər isə indi müqayisə aparmaq, polemik
fikirlərini bölüşmək imkanı qazanıblar.
Axı Qarabağ münaqişəsi həll olunmayıb, doğma torpaqlarımız
hələ geri qaytarılmayıb, heç Aqil Abbas da bu ağrılı mövzuda
yazıb-yaratmağa son qoymayıb: Nizami Kino Mərkəzindəki
media və ziyalılar üçün keçirilən filmin təqdimatı zamanı
yazıçının yeni kitabını da buna sübut kimi göstərmək
mümkündür...
Ssenari müəllifi Aqil Abbas, quruluşçu rejissoru Elxan
Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu
rəssamı Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlu olan, əsas
rollarda Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad
Poladov, Gülzar Qurbanova, Şamil Süleymanlı və başqa
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
47
47
47
aktyorlar çəkilən, 12012-ci ildə ekranlaşdırılan ―Dolu‖ filmi
haqqında yazılan çoxsaylı resenziyalardan fərqlənən bu
yazımın mübahisələr doğuracağını bilsəm də, belə
müzakirələrin gərəkliyini, son illərdə öləzləyən kino-
tənqidçilik sahəsinə bir canlama gətirəcəyini düşünürəm.
Özünəməxsus estetiktiv baxışlarıyla seçilən, bənzərsiz
yaradıcılıq imkanlarıyla oxucularını heyrətləndirən tanınmış
yazıçı Aqil Abbas zəmanəmizin bu ağrılı probleminə hələ çox
əsər yazacaq, onlar əsasında yeni-yeni filmlər çəkiləcək deyə,
tamaşaçılar tərəfindən birmənalı qarşılanmayan, fəqət maraqlı
ekran həllinə görə son illərin sənət nümunələri arasında
fərqlənən "Dolu" tammetrajlı bədii filmi haqqında
mülahizələrimi bölüşürəm ki, ―Qarabağnamə‖lər mövzusunda
araya-ərsəyə gətiriləcək işlərin səviyyəsi daha yüksək olsun:
fikirlərimin subyektivliyini və ola bilər, bu ekran əsərinə ilkin
təəssüratlardan yarandığını vurğulamaq yerinə düşər...
Bir daha vurğulayım: bəlkə də bu mülahizələrimin bir qismini
"Dolu" filminə şamil etmək olar, ancaq onları oxucuların
diqqətinə çatdırıram ki, hərb və müharibə, bir sözlə, Qarabağ
mövzusunda ekran əsərləri çəkiləndə, mütləq aşağıdakı
məsələlərə xüsusi diqqət verilsin.
Yeni sənət əsərləri, kreativ düşüncə məhsulları olaraq,
müəlliflərinə şöhrət gətirə, yaxud, əksinə, tez də unudula bilər:
Dostları ilə paylaş: |