www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
40
40
mütəmadi işıq üzü görmürdü, yalnız son illər geniş oxucu
auditoriyasına malik istedadlı qələm sahibinin 30-a yaxın
irihəcmli detektiv kitabı müxtəlif nəşriyyatlarımız tərəfindən
təkrar-təkrar nəşr olunub, – eləcə də ölkəmizin hüdudlarından
çox-çox kənarlarda, daha dəqiq, MDB dövlətlərində,
Avropada, Şimali Amerikada, Şərqdə, qardaş Türkiyədə
kifayət qədər tanınır, qələmindən çıxan ədəbi nümunələr
milyon nüsxə tirajla yayılır, satılır.
Prezident İlham Əliyevin sərəncamıyla xalq yazıçısı
Azərbaycanımızın yüksək dövlət mükafatlarından biri ilə -
"Şöhrət" ordeniylə təltif olunanda, ədəbi ictimaiyyətimiz bir
daha əmin oldu ki, istedadın sərhədləri hüdudsuzdu, dünəndə,
bu gün də olmasa, sabah, gələcəkdə fitri peşəkarlığa, bacarığa
malik şəxslər tarix qarşısındakı xidmətlərinə görə əvvəl-axır
dəyərini, qiymətini alırlar. Ədəbiyyat, mədəniyyət, humanitar-
estetik sahələr üzrə aparılan bir çox sosioloji və kulturoloji
sorğuların nəticələri göstərir, Çingiz Abdullayev cəmiyyətdəki
nüfuzuna, mövqeyinə, tutduğu yerinə görə ictimai-mədəni
hadisələrə təsir imkanlarıyla yanaşı, yaratdığı əsərlərilə də
həmyaşıd yazıçılarımızdan xüsusi olaraq fərqlənir.
Müxtəlif nəsil Azərbaycan oxucusu nüfuzlu nasir, ustad
detektiv kimi bu imza sahibinin hər yeni əsərini maraqla
izləyir, kitablarında toxunduğu məsələləri, cəmiyyəti
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
41
41
41
düşündürən problemləri zamanında ədəbiyyata gətirdiyini
razılıqla qarşılayır, aktual saydığı hər hansı bir mühum sosial-
siyasi prosesi, hadisəni, hərəkəti ictimai polemikaya transfer
etmək baçarığını yüksək dəyərləndirir. Söz yox, Çingiz
Abdullayevin çoxşaxəli, çoxhəcimli yaradıcılığı barədə
ümumiləşdirilmələr, konkret mülahizələrsiz yazmaq qeyri-
mümkündür: nəzərə almaq lazımdır ki, ustad detektivin
irihəcmli əsərlərinin, roman və povestlərinin sayı iki yüzü ötür
və əgər onun qələmindən çıxan hər bir ədəbi nümunə
haqqında ayrıca yazsaq, onların məziyyətlərini oxuculara
çatdırmaq istəsək, cild-cild monoqrafiyalara sığışmayan
filoloji araşdırma aparmaq lazım gələcək...
Milyonların sevimli yazıçısının 55 illik yubiley təbriki əvəzinə
qələmə aldığımız bu yazını yazıçıdan, rəsmi ədəbiyyat
məmurundan çox, – Çingiz müəllimin Azərbaycan Yazıçılar
Birliyinin katibi, milli Pen-klubun prezidenti, MDB ölkələri
Yazıçılar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü
və bu kimi məsul vəzifələrdə çalışdığını bilməyən az-az adam
tapılar, – XX əsrin ziyalılığı ilə İyirmi birinci yüzilliyin
intellektuallığını özündə cəmləyən bir milli qürur timsalı olan
sadə, lakin böyük şəxsiyyət kimi obrazını canlandırmaq
istəsək də, deyəsən, ―ədəbi tərifçilik‖dən sona qədər qurtula
bilmədiyimizdən, qeydlərimiz ənənəvi ―yubileynamə‖ janrının
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
42
42
tələblərindən kənara çıxmır. Azərbaycan ədəbi mühitində,
həm də cəmiyyətimizin indiki mürəkkəb dövründə çox az-az
adam tapmaq mümkündür ki, Çingiz Abdullayev kimi insani
saflığını, ruhi duruluğunu saxlaya bilsin.
Çingiz Abdullayevin qələm "işlətdiyi" ədəbiyyatın bədii nəsr
qolu, istiqaməti detektiv, bellestrika məhsulları bir çoxlarının
ədəbi ―marağ‖ına uyğun gəlməyə bilər. Fəqət bu da sirr deyil
ki, nəvaxtlarsa uşaqlıq, eləcə də yeniyetməlik çağlarımızda bu
qəbil bədii nümunələri böyük maraq və həvəslə oxumuşuq.
İndilərdə yalnız peşəmizlə əlaqədar, ədəbi tənqidçi, daha çox
isə kulturoloq kimi bu maraqlı ədəbiyyat nümunələrini,
xüsusən də sevimli yazıçımızın sayı yüzlərlə ölçülən
kitablarıyla yaxından tanış oluruq. Ədəbi zövq məsələsində
mübahisələrin məntiqsizliyini yada salıb, bir məsələni də
xüsusi vurğulamaq istəyirəm: real həyatla daha çox
yaxınlığıyla seçilən, bir sıra hallarda müəllifdən futuroloji
bilgilər, analitik təfəkkür, intellektual hazırlıq, müxtəlif
biliklərə eyni səviyyədə yiyələnmək, cəmiyyətdə baş
verənlərlə yaxından, davamlı tanışlıq tələb edən detektiv
ədəbiyyat, eləcə də onun ən çox oxunan janrları sayılan siyasi,
tarixi, xəfiyyə, eləcə də polis detektivləri yaratmağın çətinliyi
göz qabağındadır. Çingiz Abdullayev hələ gənc yaşlarından öz
çiyinlərini bu ağır ədəbi yükün altına verib: Qərb, eləcə də rus
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
43
43
43
yazıçıları tərəfindən artıq inhisara alınmış bir estetik-bədii
sahədə özünün məhsuldar yaradıcılıq yolunu sala bildi, dünya
oxucusu tərəfindən maraqla qarşılanan çoxsaylı detektiv
əsərlərini ustalıqla yaradaraq, nəinki lokal milli ədəbiyyat
meydanında, eyni zamanda qlobal çap-nəşriyyat biznes
sahələrinə çıxış əldə etdi. Yazıçının dünyanın 40-dan çox
ölkəsində nəşr olunan əsərləri, əksər ölkələrdə milyon
nüsxələrlə satılan kitabları və oxucular tərəfindən diqqətlə
qarşılanan imzası dünyada Azərbaycanı, milli-mənəvi
varlığımızı piar – təbliğ edən əsl qlobal kbrendimizə çevrilib.
Azərbaycan – müsəlman yazıçısı olaraq bütün sadalanan ağrılı
problemlərə sinə gərən bir yazar kimi Çingiz Abdullayev
titanik kreativ əməyi nəticəsində millətimiz, dövlətimiz üçün
bu qədər iş görürsə, onun kimi milli sərvətimizə - insan
kapitalımıza dəyər verməmək, gənc nəslə nümunə
göstərməmək mümkündürmü!?
Siyasi, eləcə də xəfiyyə detektiv kitablarındakı silsilə
romanlarında yazıçı çağdaş həyatımızın kriminal nəbzini
tutmağı bacarır: baş verən siyasi-sosial olaylara müəllifin
özünəməxsus baxış bucağından nəzər salır və geniş mənada
bu mürəkkəb hadisələrin arxasındakı böyüklü-kiçikli, milli,
yaxud qlobal səbəbləri, motivləri, problemləri, hətta nəticələri
görür. Çox hallarda isə ustad detektivin romanları bu
Dostları ilə paylaş: |