www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
72
72
diqqətlə nəzər salır. Döyüşçü-jurnalist, qəzet materialları,
müharibə qurbanlarının aqibətini əks etdirən faktları
göstərməklə, özünəməxsus üslubda, maraqlı bir sənədli-
publisistik əsəri oxucularına təqdim edir.
Müəllifin döyüşçü dostlarının şəkilləri də verilmiş kitabda
vaxtilə respublikamızın və Rusiya Federasiyasının dövri
mətbuatında dərc olunmuş məlumatlara da nəzər salınır. 1990-
cı ilin qanlı 20 Yanvar hadisələrinin qurbanları barədə geniş
söhbət açılır, o dövrlərdə sovet ordusunun vəhşiliklərinin canlı
şahidləri olmuş insanların dediklərini ürəkağrısı kimi verir.
Bir sıra kiçik yanlışlaqlara baxmayaraq, Tatyana Çaladzenin
bu dəyərli əsərini yüksək qiymətləndirir və gələcəkdə də bu
istiqamətdə apardığı axtarışların bəhrəsi kimi yeni-yeni
əsərləri ilə oxucuların görüşünə gələcəyinə inanmaq istərdik.
Baltikyanı respublikada – Latviyada yaşamış, vaxtilə
Azərbaycana gəlmiş və Qarabağ müharibəsində iştirak edərək
yaralanmış Tatyana Çaladze bir zamanlar Latviya Xalq
Cəbhəsinin fəal üzvü kimi ölkəmiz barədə həqiqətləri,
həmçinin ermənilərin Qarabağla bağlı tarixi özlərinə sərfəli
şəkildə saxtalaşdırmalarına qarşı kəskin məqalələr yazmışdır.
Ölkəmizin hələ indi də informasiya blokadasında olduğunu
xatırlasaq, əcnəbi müəllifin qələmə aldığı kitabın əhəmiyyətli
bir mənbə olduğunu nəzərə alsaq, belə müəlliflərə dövlətimiz
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
73
73
73
və xalqımız tərəfindən mənəvi-maddi dayaq çox vacibdir. Bu
kitabı lazım gəlsə, Avropa Şurasının tədbirlərində iştirakçılara
paylamaqla düşmənlərimizin xaricdəki güclü diasporalarının
köməyi ilə ölkəmiz ətrafında qurduqları süni informasiya
blokadasının dağıtmaq mümkündür.
Bu cür kitabların yeniyetmə və gənclərimizin vətənpərvərlik
ruhunda tərbiyəsindəki müsbət əhəmiyyətini qeyd etmək
yerinə düşərdi. «Həmdərd» kitabının üstün cəhətlərini
sadalayan zaman bildirmək yerinə düşər ki, respublikamızdan
uzaqda yaşamış əcnəbi yazarın tarixi fakt və sənədlərlə zəngin
olan əsəri ilə dünya ictimaiyyətinə ölkəmiz barədə həqiqətləri,
xalqımızın başına gətirilən müsibətləri, həmçinin Ermənistan-
Azərbaycan münaqişəsi barədə dolğun, düzgün məlumatları
çatdırması gənc nəslə də bir örnək olmalıdır.
«Mənim qəlbim erməni variantını qəbul etmirdi…» - deyə
yazan müəllifin məlum hadisələrin iştirakçısı – canlı şahidi
kimi araya-ərsəyə gətirdiyi bu kitabı rus və erməni
mətbuatının yaydığı, əsl həqiqətləri təhrif edən yalan
informayalara qarşı yaxşı bir intellektual mübarizə vasitəsidir.
Qeyd etmək yerinə düşərdi ki, çox vaxt dərdlərimizi yerli
KİV-də işıqlandırmaqla özümüzə təsəlli veririk və əsl həqiqəti
xaricdə, əcnəbi dillərlə yazmağın vacibliyini unuduruq. Bu cür
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
74
74
kitablar yazmağın, aparıcı dillərə sevirərək yaymağın həm
dünya ictimaiyyəti, həm də özümüz üçün çox önəmi var.
Aydın məsələdir ki, indiki qloballaşma dövründə
Pribaltikadan gəlmiş, millətcə latış olan, gürcü soyadını
daşıyan, rusca Ermənistan – Azərbaycan münaqişəsindən
yazan müəllifə Avropada daha çox inanarlar. Altı ay Bərdə
rayonundakı qaçqın düşərgəsində yaşamış Tatyana Çaladze bu
müddət ərzində «Üçüncü minilliyin soyqırımı salnaməsi» adlı
layihə üzərində işləyib. Kitabının ikinci hissəsini yazmaqla
yanaşı, bədənində güllə yarası gəzdirən qaçqın uşaqlarının
azərbaycanlılara qarşı əsl soyqırımın aparılması faktını
təsdiqləyən canlı sübut olduğunu görür. Qaçqınların başına
gətirilən müsibətləri sübutu kimi sənədlər toplayan Tatyana
Çaladze Avropa İnsan Haqları Məhkəməsinə ermənilərin
vəhşilikləri ilə bağlı müraciətlər edir. Müəllif kitabının ikinci
hissəsi ilə sanki Azərbaycan xalqına qarşı apardıqları siyasətə
– mənəvi, maddi və psixoloji zərbələrə görə əvvəl-axır
ermənilərin – düşmənlərimizin cavab verəcəyini göstərmək
istəyir.
Fikrimizcə, Tatyana xanımın gördüyü bu işlər, yazdığı
kitablar ermənilərin yalançı təbliğatına qarşı əsl intellektual-
hüquqi cavabdır…
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
75
75
75
Kağız, yoxsa elektron kitab?!
Heç kimə sirr deyil ki, son illər İnternet resursları və İK
texnologiyalarının inkişafı ədəbiyyata, eləcə də kitab bazarına
güclü təsir göstərə bilib. Müxtəlif nəsil oxucular, ən əsası da
gənclər və tələbələr kağız nəşrlərə deyil, elektron kitablara
üstünlük verməyə başlayıblar. Sosial şəbəkələrin yaranması,
inkişafı və günü-gündən genişlənməsi, həyatımızın bütün
sahələrinə nüfuz etməsi isə virtual yazı, elektron kitab, şəbəkə
ünsiyyəti, İnternet resurslar və elektron kitabxanalara meyli
daha da həvəsləndirib.
Hazırda dünya özünün innovativ-informativ mərhələsini
yaşayır. Yeni informasiya-kommunikasiya texnologiyaların
özünün də diqtə etdiyi fərqli düşüncə tərzi, virtual dərketmə
məqamlar yaranıb. Bu baxımdan bütün dünyada olduğu kimi,
Azərbaycanda da e-kitab, şəbəkə ədəbiyyatı, İnternet
hipermətnlər, və bunların məntiqi ardı olaraq elektron
kitabxanalar dövrü başlayıb. Azərbaycanda bu mərhələ 90-cı
illərin axırları 2000-ci illərin əvvəllərində vüsət aldı,
Azərbaycan ədəbiyyat nümunələrinin, milli kitabların, çağdaş
Dostları ilə paylaş: |