www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
80
80
qeyri-mümkündür, üstəlik də kağız çap məhsullarının
qiymətinin baha olması, tirajının məhdudluğu, satış və yayım
imkanlarının daralmasını da bura əlavə etsək, məsələ bir az da
qəlizləşir.
İndi zəmanə mobillik, İK texnologiyalarından baş açmaq,
elektron yazı və e-oxu bacarıqlarını inkişaf etdirmək kimi
kreativliyi-innovativliyi tələb edir. Biz axırıncı dəfə nə zaman
kağız məktub yazmışıq? Bütün günü ―sms‖lə və sosial
şəbəkələrdə yazışmaqla, kompyuter avadanlıqlarından e-
oxumaqla məşğuluqsa, bir yandan da kağız kitabların qiyməti
bahadır. Elektron kitabxanalar bizim üçün müasir dövrdə
qaçılmaz bir fürsətdir.
İstənilən halda kağız, ya elektron kitab problemi istifadəçilərin
zövq və vərdişiylə bağlı bir
məsələ olduğundan hələlik onların paralel inkişafına ehtiyac
duyulur. Bir də unutmayaq, söhbət ənənəvi və elektron kitabın
mətnindən edeyil, formasından gedir...
P.S. ABŞ-dakı beyin mərkəzlərinin apardığı tədqiqatlara və
araşdırmalara görə yaxın 4-5 ildə istənilən kağız və çap
məhsulu öz yerini elektron daşıyıcılarına verəcək: hazır olun
buna.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
81
81
81
Kreativ inkişaf, yaxud muzeylərə
gedirikmi
İnkişaf etmiş Qərb ölkələrində insanlar xalqın maddi
durumunun (iqtisadiyyat, yaşam üçün çoxsaylı tələbat və s.)
yüksəlməsilə yanaşı, əksər fərdlərin mənəvi, estetik,
intellektual zənginliyinə xüsusi önəm verirlər ki, cəmiyyət
mədəni cəhətdən daha da inkişaf etsin, maddiyyatla bərabər,
mənəviyyat da tərəqqiyə yönəlsin. Sirr deyil ki, cəmiyyətin,
insanların mənəvi aləmini zənginləşdirmək üçün ədəbiyyat,
kitab, musiqi, teatr, kino, təsviri sənət, balet, opera, bir sözlə,
yaradıcı sənətin müxtəlif sahələrilə bərabər, fərqli funksiyalı
muzeylər mədəni şəxsin formalaşmasına kömək edən ən
önəmli vasitələrdən sayılır. Bəs bizim cəmiyyət və
Azərbaycan insanı bu kreativ vasitələrdən lazımınca istifadə
edirmi: məsələn, il ərzində nə qədər insan muzeyləri ziyarət
edir, kinoya, baletə, teatra, kitabxanaya gedir?!
Dünyada, inkişaf etmiş cəmiyyətlərdə insanlar yalnız maddi
sərvətlərlə maraqlanmır, eyni zamanda mənəvi zənginliklərlə
də məşğul olmağı xoşlayırlar. Tarixə nəzər saldıqda görürük
ki, insanlar ədəbiyyat, incəsənət, musiqi və digər sahələrlə
daha çox ciddi məşğul olublar. Aqillər fikirləşiblər ki,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
82
82
cəmiyyətin ayrı-ayrı təbəqələrini mədəniyyət vasitəsilə
sivilləşdirmək, tərbiyələndirmək mümkündürsə, niyə də bu
sahələr zənginləşdirilməsin? Daha sonralar insanlar yaranmış
olan qeyri-maddi – sözlə musiqi sənəti nümunələri və maddi -
incəsənət, mədəniyyət əsərlərini gələcək nəsillərə çatdırmaq
haqqında düşünüblər. Ona görə də vaxtilə sivilizasiya -
bəşəriyyət tarixində ilkin muzeylərin təməli qoyulub.
Muzey mədəniyyəti əksər Avropa ölkəsində, xüsusən də
maarifçilik və romantizm dövründə daha çox inkişaf edib.
Orta əsrlərdən başlayaraq, - indiki anlamda, - artıq ilk
muzeylər yaranmağa, formalaşmağa başlanmışdı: kralların,
varlıların saraylarında fəaliyyət göstərən bu tipli estetik
saxlanğıcların tarixçəsi isə sözsüz, qədim Yunanıstan, Roma,
Şərq ölkələrinə gedib çıxır. Yaxın Şərq ölkələri, Hindistan,
Misir, Çin kimi fərqli sivilizasiyalar tarixində isə saray
xəzinələri, məscidlər, məbədlər, dini ocaqlar həm də muzey
funksiyasını daşıyıblar. Bunlar cəmiyyətin geniş təbəqələri
üçün həmişə açıq olmasa da, öz kreativ missiyasını yerinə
yetiriblər: tarixin müxtəlif çağlarının əyani şahidi kimi.
Axı bizə də maraqlıdır ki, keçmişdə bizim babalarımız hansı
işlərlə məşğul olub? Tanınmış incəsənət, ədəbiyyat, elm
adamlarının taleyi, onların keçdiyi həyat yolu necə olub?
Bunları muzeylərdəki çoxsaylı eksponat, eləcə də digər
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
83
83
83
əşyalar vasitəsilə öyrənmək, tədqiq etmək mümkündür. Ən
azından, ənənəvi muzeylər bir çox əyani vəsaitləri, tarixi
qiyməti olan fərqli əşyaları özündə cəmləyir. Zaman-zaman
insanlar da gedib onlara baxır, lazım gəldikdə tarixi
canlandırmaqda bu eksponatlardan yararlanırdılar.
Azərbaycanda Qərb tipli muasir muzeylər bir mədəniyyət
hadisəsi kimi tarixini nisbətən gec başlayıb: bildiyimiz kimi,
keçmişdə şahların, xanların saraylarında, varlıların evlərində
xüsusi qapalı guşələr olub. Onlar həmin guşələrdə qədimi
kitabələr, xalçalar, zərgərlik nümunələri, incəsənət əsərlərini,
tətbiqi sənət məhsullarını qoruyub saxlayıblar. Lakin
Azərbaycanda müasir anlamda - Qərb tipli muzeylərin tarixi
Rusiya işğalından sonra başlayır. XIX əsrin sonu XX əsrin
əvvəllərində Azərbaycanın bir qrup maarifpərvər ziyalılarının
təşəbbüsü ilə müəyyən muzeylər yaradılıb, bu mədəniyyət
ocaqları sabiq sovetlər dövründə inkişaf etdirilib,
zənginləşdirilib.
Rayonlarımızda,
hətta
ayrı-ayrı
kəndlərimizdə müxtəlif təmayüllü muzeylərimiz olub.
Tutalım, Lerikdəki ―Uzunömürlülər‖ muzeyi, Ağdamdakı
―Çörək muzeyi‖ dünyada analoqu olmayan kreativ təsisatlar
kimi tanınır.
Yaşlı nəsil nümayəndələri yaxşı xatırlayarlar, əvvəllər bizim
insanlar ailəlikcə muzeylərə gedər, tələbələri, məktəbliləri
Dostları ilə paylaş: |