www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
93
93
93
özü də klassik milli ailə ittifaqı sayılmır, çünki
məmləkətimizdə tarixən çoxuşaqlı ailələrin sayı, cəmiyyətin
inkişafında, ictimai münasibətlərin tənzimlənməsində daha
önəmli rolu olub. Ana kitabımız sayılan ―Kitabi-Dədə
Qorqud‖ eposundakı ailə modellərimizlə bağlı dəyərləri yada
salmaq
kifayətdir ki, yuxarıdakı fikrimiz aydın olsun.
İndi həm əyalətdə, həm Bakıda yaşayan bir çox qadın və kişi
başqa ölkələrə işləməyə gedir, bu da klassik - milli
Azərbaycan ailəsinin uzun müddət parçalanmasına aparıb
çıxarır. Bəzən 3-5 il qadın uşaqları ilə yaşayır, amma
yanlarında ata olmur, yaxud ailə başçısı ildə bir neçə dəfə,
bayramlarda, şənliklərdə, yaslarda evinə ―qonaq‖ gəlir. Başqa
tipik fakt: qadınıyla boşanmış, yaxud arvadını itirmiş kişi
uşaqlarını yaxın qohumlarının, – əsasən baba və nənələrin, –
yanında, ya da dövlət internat məktəblərində qoyur, özü tək
yaşayır. Qlobal dövrümüzdə bu problemlər get-gedə
aktuallaşır və son vaxtlar boşanmaların sayı günü-gündən
artır. Bu da klassik ailə tipinin inkişafına və dəyərlərin
saxlanmasına mənfi təsir göstərir.
Sual oluna bilər: bəs müasir milli ailə modeli necə olmalidir?
Normal qəbul edib-etməməyimizdən asılı olmayaraq, bu gün
çağdaş ailə modelərimizdə müxtəlif dəyişikliklər baş verir.
Bunun qarşısını almaq üçün tarixdə və yaxın keçmişimizdə ən