www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
96
96
yüksək səviyyədə dolandıra bilməyən kişi məcburən Rusiyaya
və ya digər xarici ölkələrə işləməyə gedir.
Boşanmaların başqa bir səbəbi isə qadının ailədə söz sahibi
olmağa çalışmasıdır. İşgüzar qadın karyera qurur və iqtisadi
cəhətdən müstəqil olan kimi öz fikirlərini diqtə etməyə
başlayır ki, bu da ailənin dağılmasına aparıb çıxarır. Axı əsrlər
boyu formalaşan milli mentalitetimizə görə ailədə əsas söz
sahibi kişidir.
Sadalanan problemlərin qarşısını, əlbəttə, dünyanın ən
qabaqcıl sivil cəmiyyətlərində olan ailə modellərini götürüb
müqayisəsini aparmaq, onları milli-tarixi dəyərlər süzgəcindən
keçirmək və Azərbaycan üçün optimal ailə formalarını
yaradıb, ortaya qoymaqla ala bilərik. Amma bunun üçün ailə
ilə bağlı ciddi tədqiqat institutlar yaradılmalı, araşdırmalar
aparmalı, onların elmi-praktik nəticələri real həyatda tətbiq
olunmalıdır.
Bizdə ailəyə elmi yanaşma çox zəifdir, dünyanın hər yerində
ailə psixoloqları deyilən böyük bir mütəxəssislər ordusundan
ibarət sistem işləyir. ABŞ, Rusiya və digər ölkələri nümunə
göstərmək olar. Bu ölkələrdə məktəb psixoloqundan tutmuş
ailə psixoanalitikinə qədər fərqli mütəxəssislər var. Əlbəttə,
ailə
modelinin
möhkəmlənməsində
bu
ixtisaslaşmış
mütəxəssislər böyük rol oynayır. Bizdə isə tamam başqa
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
97
97
97
ictimai ailə münasibətləri mövcuddur: çox vaxt görürük ki,
ailə daxilində ciddi problemlər yaşanır. Bu zaman tərəflər
ortaya çıxan məsələləri mütəxəssislərlə araşdırmaq, həll
etmək əvəzinə, ata-anaya, qayınana-qayınataya, qohumlara –
yaşlı nəslin nümayəndələrinə üz tuturlar. Əslində belə
problemlər olanda psixoloq və psixoanalitikə müraciət etmək
daha məntiqlidir. Onlar ailənin qorunması ilə bağlı müəyyən
bilgilər verə bilərlər. Bu mənada ənənəvi ailə modelini inkişaf
etdirməyin və bu ənənələrinin yaşadılması vacibdir. Nə qədər
qəribə görünsə də, xaricdə yaşayan, hər iki tərəf
azərbaycanlıdan ibarət ailələrdə milli adət-ənənələr və klassik
ailə modeli daha çox qorunur, nəinki müasir dövrdə
Azərbaycanın özündə yaşayan insanlar arasında.
İctimai düşüncəmizə təsir edən əsas amillərdən biri də
elektron KİV, İnternet, sosial şəbəkələrdir. Telekanalların
çoxunda ailə qurulması, eləcə də nikahın dağılmasıyla bağlı
müxtəlif
verilişlər
yayımlanır.
İnternetdəki
tanışlıq
saytlarında, sosial şəbəkələrdə insanlar bir-birlərilə tanış olub
ailə qururlar. Əlbəttə, onlar yüz faiz xoşbəxt olmurlar. Real
həyatda olduğu kimi, virtual və digər formalarda ailə quran
insanlar arasında da müəyyən problemlər yaşanır. Yeni
texnologiyaların tətbiqinin tərəfdarı olsaq da, unutmamalıyıq
ki, biz azərbaycanlıyıq və öz dəyərlərimiz var. Ən yeni
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
98
98
texnologiyalar insanlara xoşbəxtlik verməklə bərabər, onlara
böyük bədbəxtliklər də gətirə bilər. Bunun da artıq bir çox
işartılarını görürük.
Bu gün, zamanın diqtələrini də nəzərə almaqla, Azərbaycanda
yeni, bir qədər də modern ailə modellərinin hazırlanmasına
ehtiyac duyulur. Azərbaycanın çağdaş ailə modeli millət
olaraq bizim qiymətli mənəvi dəyərlərimizdən birinə
çevrilməlidir. Elə bir mənəvi dəyər ki, bunu bütün dünyada
təbliğ etmək lazımdır və bunu əcnəbilər də etiraf edirlər. XXI
əsrdə dünyada, həm də bizim yaşadığımız cəmiyyətdə elə
proseslər gedir ki, mənəvi problemlər sanki arxa plana keçib,
əksinə maddi tələbatlar önə çıxıb. Xoşagəlməz hal budur ki,
maddi
tərəflərə üstünlük verdiyimiz halda, mənəvi
dəyərlərimiz güclü təzyiqə məruz qalır, televiziya kanalları,
yaxud İnternetin, sosial şəbəkələri mənfi təsirilə bu dəyərlərdə
sürətli aşınma baş verir. Məhz bunların qarşısını almaqdan
ötrü ən qiymətli ailə dəyərlərimizi dirçəltməli, zamana uyğun
olmayan bəzi cəhətlərini islah etməliyik.
Bu mənada ictimai müzakirələrə, mütəxəssislərin rəyinə,
tanınmış yazıçı, alim, ziyalı və düşüncə adamlarının elmi-
təcrübi mülahizələrinə böyük ehtiyac duyulur...
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
99
99
99
Köhnə kişilərin son
nümayəndələrindən biri...
Əvvəllər, yəni 10 il bundan qabaq indi çalışdığım ―Ədəbiyyat
qəzeti‖ redaksiyasının dəhlizi və iş otaqları söz sənəti
adamları ilə qaynaşardı, xatırlayırsız da, onda hələ sözün
həqiqiliyinə, aliliyinə, müqəddəsliyinə inanların sayı
indkindən min kərə çox idi. Redaksiyanın ―Azərbaycan
nəşriyyatının doqquzuncu mərtəbəsindəki dəhlizi qəlbi
ədəbiyyat, ruhu sözlə dolu maraqlı şəxslərin görüş yerinə
çevrilmişdi: yaşlı, ortayaşlı eləcə də gənc ədəbi nəslin
nümayəndələri, eyni zamanda ədəbiyyatsevər oxucular bizə
tez-tez qonaq gələr, kimisi yazı, ən çox da şeir, kimisi məqalə,
bir başqası isə oxunaqlı materiallar gətirər, çap olunmasını
arzulayardılar.
İllərcə növbə gözləyənlərin narazılığı, təzə gələnlərin həvəsi,
oxucuların rəyi, müəlliflərin haqlı-haqsız etirazları, redaksiya
əməkdaşları ilə mübahisələr, eləcə də gənc əməkdaş və liberal
estetik dünyagörüşünə sahib olan bir şəxs kimi
konservatorluğuyla tanınan, amma yeniliyə diqqət ayıran baş
Dostları ilə paylaş: |