www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
108
108
zənginləşdi (bu kimi misalları artırmaq da mümkündür...):
nəhəng sənətkarlar dövrünün ədəbi proseslərini, estetik
mühitlərini, poetik-texnoloji proseslərini formalaşdırdılar,
mürəkkəb ictimai-mədəni siyasətə çevirə bildilər.
Əgər Nizami yaradıcılığıyla binövrəsi möhkəmlənməsəydi,
onda Azərbaycan tarixində ilk renesans – Şərq intibahı
mərhələsi, Nəsimi və Füzuli azadlıqsevər, mübariz ədəbiyyat
məhsulları zamanında meydana çıxmasaydı, sivilizasiya
gedişatımızda ikinci, özü də əsl milli-etnik İntibah hadisəsi –
Avropanın bir hissəsi olduğumuzdan, bizim milli-etnik
oyanış-dirçəliş mərhələmiz Qərb intibahıyla, demək olar, eyni
vaxta təsadüf edirdi: ana dilimizin dövlət səviyyəsinə
qaldırılması, imperiyamızın yaranması, ədəbiyyatımızın
milliləşməsi, xəlqiləşməsi, demokratikləşməsi (Nizaminin
şahzadə, İskəndər kimi obrazları aşıq poeziyasındakı sadə
insanlar, gözəllərlə əvəzlənməsi faktlarını yada salaq), Təbriz
miniatür məktəbi çiçəkləndi və s. – baş verməz, Səfəvilərin
yaratdığı, Nadir şahın dənizdən okeana qədər uzatdığı
imperiyamız, dövlətçilik zirvəmiz olmazdı...
Beləcə, ―ədəbi nəsil‖ anlamı ətrafında bir balaca kulturoloji
ekskurs edəndə, ona lokal – milli baxımdan deyil, qlobal –
planetar, bir qədər də sivilizasiya proseslərinin işığında qısaca
nəzər salanda, çox geniş nəticələr əldə edə bilərik.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
109
109
109
Fəqət, hər şeydən əvvəl unutmamalıyıq ki, əsl şedevr əsərin
yaranmasında bu və ya digər səbəblərdən ədəbi mühit, estetik
tələblər, mədəni dəyərlər, kulturoloji proseslər, zamanın
poetik dəbləri kimi amillərin təsiri böyük olsa da, əsas
yaradıcılıq ağırlığı məhz müəllifin, söz adamının istedadının,
təxəyyülünün, intellektinin üzərinə düşür...
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
110
110
II Bölüm
Araşdırmalar
Tərcümələr
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
111
111
111
Klassik Koreya poeziyası: sico
Bir xalqın tarixi, indiyəcən qazandıqları uğurların və yaşadığı
problemlərinin şifrələri ilk növbədə onun ədəbiyyatında –
milli ruhunun daşıyıcısı sayılan bədii-poetik nümunələrində
axtarmaq lazımdır. Bu mənada son illər iki dövlət şəklində
mövcüd olan qədim Koreya torpağı - dünya ölkələri sırasında
özünəməxsüs yüksək mövqey tutan, ―Şərq əjdahala‖rından
sayılan, Azərbaycanla iqtisadi-siyasi əlaqələrin inkişafına görə
fərqlənən Cənubi Koreya, eləcə də onun rəqib qonşusu
sayılan, XX əsrdə parçalanaraq ayrıca sosialist dövlət kimi
formalaşan Şimali Koreyadır.
Koreya iki yerə parçalanmış Azərbaycana oxşar tarixi olan
qədim Uzaq Şərq ölkəsidir: tarixən böyük imperiyaların
maraq dairəsində olması onun bütün varlığına, eləcə də
ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə, dininə, ən əsası da
insanına nüfuz edib. İndiyəcən də iki tərəfə - Cənubi və Şimali
Koreyaya bölünən, müxtəlif inkişaf yolunu keçən bu maraqlı
ölkəni və koreyalıları birləşdirən yeganə nöqtə vahid dili, eyni
zamanda, ədəbiyyatı, poeziyasıdır...
Azərbaycanda bu ölkəylə əlaqədar kimdən maraqlansan, yaşlı
adamlar daha çox sosialist - Şimali Koreyanı xatırlayar;
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
112
112
nisbətən orta və yeni nəsil nümayəndələri isə kapitalist,
inkişaf etmiş, ―Hünday‖, ―Kia‖ markalı maşınları, ―Samsunq‖,
―LG‖ markalı məişt avadanlıqları, kompüter və smartfonları
ilə dünyada tanınan kapitalist – Cənubi Koreya barədə
İnternetdən götürdükləri məlumatları yada sala bilərlər. Fəqət
bu qədim mədəniyyətə, zəngin ədəbiyyata malik xalqın
estetik-intellektual sərvətləri, bədii-poetik söz sənəti, folkloru,
yaradıcılıq nümunələri haqqında çox az sayda insanımız
hansısa məlumatlara malikdir.
Koreya poeziyası XX əsrə qədər əsasən şifahi formada inkişaf
edib, böyük bir hissəsi isə Çin – xança adlanan stildə qələmə
alınıb. Ümumiyyətlə, qeyd etdiyim kimi, Yaponiya və Çin
kimi müxtəlif güclü imperiyaların ictimai-siyasi, dini-mədəni
işğalına məruz qalan Koreyanın milli ədəbiyyatı, əsasən,
adıçəkilən imperiya xalqlarının əlifbası, şeir formaları,
janrları, dini təsiri altında formalaşsa da, doğma dildə yaranan
poetik-bədii əsərlərlə zəngin bir tarixə sahibdir.
Qədimdə, bizim eradan dörd əsr əvvəl Koreya ustadları
(şairləri belə adlandırırdılar) klassik Çin üslubunda, dördlük
şeir şəklində poetik nümunələr yazırdılar. Koreya ədəbiyyatı
tarixində ilk yazılı nümunə isə eramızdan əvvəl 17-ci ildə
qələmə alınmış ―Çar Yurinin sarı quşlar barədə nəğməsi‖
adlanır. Koreya şairləri isə Çinin Tan sülaləsinin və
Dostları ilə paylaş: |