www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
118
118
Yer qalmadı dağlar ilə çaylara,
İndi əhatəmdə, baxıram onlara.
***
Bədirlənmiş Ay, de görüm, baxdınmı,
Yar yatan otağın pəncərəsinə.
Ay, söylə, o indi yalqızmı yatır,
Yoxsa sevgilisinin ağuşunda?
Xəbər et gördüyün hər şey barədə,
Onda bilərəm - yaşayım, ya ölüm.
***
Yenidən doğulsaq biz bu dünyada,
Sən mən olardın, mənsə, əlbəttə, sən.
Hisslərimizi bölüşüb onda biz,
İndiki tək dəli kimi sevərdik.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
119
119
119
Onda əzablarımı anlayardın,
İçimi didən qəmimi görərdin.
***
İki kəpənək güllər üstə uçur,
İki qurd da çəmənlikdə sürünür.
Qoşa uçanlar həmişə birgədir,
Birgə sürünənlər də yanaşıdır.
Yenə sevgi qayıtsa qəlbimizə,
Yüz il yaşayarıq səninlə birgə.
***
Qonşu əl işarəsiylə çağırır,
Arvad isə evə gəl deyir mənə.
Məgər yaxşı haldır ki, yadın biri,
Ona yad olan işə tez baş qoşur.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
120
120
İçimdəki o narahat ruhumsa,
İki bədənçün vurxunur elə hey.
***
Yanımda sansam da, uzaqlardasan,
Budur, indi qırada yol gedirsən.
Orda dağlar nəhəng, çay gurultulu,
O barədə düşünmək də qorxulu.
Bütöv Aya dönmək istərəm indi,
Yoluna işıq salmaqdı istəyim.
***
Yarım məndən inciyib getdi, indi -
Səni sevgilim adlandıracağam.
Əvvəl-axır nə fərqi var mənimçün,
Sən, ya o! Mənə heç kim gərək deyil.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
121
121
121
O, ya sən, əzizim, təzə, ya köhnə,
Yaxşı olmaz ki, uzanıb yatım tək?
****
Dünən, ola bilsin, bəlkə srağagün,
Gündüz, bəlkə də gecənin yarısı.
Hara getmişəm, kimlə görüşmüşəm,
Kimlə qalmışam, unutmuşam artıq!
Fəqət, biz sən ilə görüşdük bu gün,
Məgər sən hamıdan yaxın deyilsən?!
***
Armud çiçəklərinə yağış dəyir,
Getməməyini xahiş etdim səndən.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
122
122
İndi yarpaqlar düşüb, külək əsir,
Barəmdə, sevgilim heç düşündünmü?
Lap uzaqdan, buradan on min metrdən,
Yuxuma gəlib-gedirsən elə hey!
“Ədəbiyyat qəzeti”
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
123
123
123
Yapon nəsrinin ustadı: Yasunari
Kavabata
Özünəməxsus estetik və sənət dəyərlərinə malik qədim
Yaponiya mədəniyyətinin, onun böyük bir hissəsini təşkil
edən yapon ədəbiyyatının tarixi minilliklərlə ölçülür. Yapon
bədii-fəlsəfi fikir tarixini araşdıran mtəxəssislərin də
vurğuladığı kimi, buddizm və konfusizm dəyərləri təsiri ilə
meydana çıxan bu Uzaq Şərq ada-ölkəsinin milli poeziyası
dünya mədəniyyətinin incilərindən sayılır. Azərbaycan
oxucuları müxtəlif şairlərimiz və tərcüməçilərimiz tərəfindən,
davamlı da olmasa, vaxtaşırı rusdili vasitəsilə çevrilərək
təqdim edilən klassik yapon poeziya nümunələri ilə yanaşı,
gündoğar ölkənin bədii nəsri də yaxşı tanışdır. Son illər
dünyaşöhrətli yapon nasirlərindən Yasunari Kavabata,
Akutaqava Rünoske, Kobo Abe və Haruki Murakaminin
müxtəlif əsərləri ana dilimizdə tərcümə olunaraq Azərbaycan
oxucusuna tqdim edilib.
XX əsr Yaponiya və dünya bədii söz sənətinin görkəmli
nümayəndəsi sayılan Yasunari Kavabata (1899—1972)
ədəbiyyat səhəsində 1968-ci ildə Beynəlxalq Nobel mükafatı
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
124
124
alan ilk yapon yazıçısıdır. Nasir Osakada, kofayət qədər
imkanlı bir ziyalı ailəsində doğulmuş, üç yaşında
valideynlərinin hər ikisini itirmişdi. Ana tərəfdən baba və
nənəsi bacısıyla onu himayələrinə alsa da, altı yaşındakən
nənəsi və bacısı da dünyasını dəyişir. Həyatda qrşılaşdığı
faciəvi olaylar gələcək yazıçının mənəvi aləminə, psiхikasına
təsirsiz ötüşmədi: Kavabata ilk əsərlərindən sayılan və
həyatdakı sonuncu yaхın adamının – babasının ölümündən az
əvvəl 1914-cü ildə yazdığı "On altı yaşlı oğlanın gündəliyi"
avtobiqrafik hekayəsində taleyinə düşən ağır sınaqları qələmə
alır.
Balaca Yasunari məktəb vaxtlarından Qərb, eləcə də klassik
Avropa mədəniyyətinə хüsusi maraq göstərir, 1920-ci ildə
Tokio universitetinin ingilis dili və ədəbiyyatı bölümünə daхil
olsa da bir il sonra yapon ədəbiyyatını seçməli olur. Fitri
istedadı, zəngin təxəyyülü, intellektual səviyyəsi ilə
tələbələrdən fərqlənən yazıçı sonuncu kursdaykən o dövrün
məşhur yapon ədəbi nəşri hesab edilən "Buncay syuncyu"
("Dövrün ədəbiyyatı") jurnalının redaksiya heyətinin üzvü
seçilir. Ötən əsrin başlanğıcında - 20-ci illərin ortalarında isə
o, bir qrup gənc yazıçı ilə birlikdə yapon ədəbiyyatında
modernist istiqamətinin mayakına çevrilən "Bunqey dziday"
("Müasir ədəbiyyat") jurnalının yaradır.
Dostları ilə paylaş: |