www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
64
64
nəsli, sadəcə, heyrətləndirməklə məşğul olan qələm
adamlarının yazıb-yaratmaq haqlarına hörmətlə yanaşsaq da,
bəzi fikirlərimizi onlara xatırlamağa məcburuq. Yazı,
ədəbiyyat – dünyanın bədii formasının bir parçası olamaqla
yanaşı, həm də ictimai-mədəni hadisə, zaman və
sivilizasiyanın qeyri-maddi daşıyıcısı sayılır. Sözsüz ki, hər
şeydən, istənilən üslubda yazmaq olar, fəqət, mətni – bəşəri
harmoniyanın daşıyıcısını korlamaq, ədəbiyyatın ruhunu
―qaraltmağa‖ nə ehtiyac var?! C.Coys, F.Kafka, U.Folkner,
Q.Markes, İ.Brodski, U.Eko, O.Pamuk kimi nəhəng qələm
ustadları ədəbi-estetik cərəyanlar deyil, böyük sənət əsərləri
yaradıblar. Axı bizdə ABŞ, Avropa, Yaponiya, Çin kimi ciddi
intellektual ədəbi-fəlsəfi mühit hələ yetişməyib ki, hər
yerindən duran yeni estetik cərəyan, fikir təlimləri irəli sürsün.
Əlbəttə, bu, həm də bizim hamımızın böyük arzusu olaraq
qalır ki, milli estetik düşüncəmizdə dünyaya çıxarılası ən yeni
cərəyanlarımız yaransın. Biz hələ onu demirik ki, dünyada
gedən estetik-nəzəri, ədəbi-fəlsəfi proseslərdən başı çıxan,
ədəbi ictimaiyyətimizə əsl sənət həqiqətini göstərəcək milli
Lotmanlarımız, Baxtinlərimiz, Lixaçovlarımız formalaşmayıb.
Fəqət hər şey əksinədir: ciddi tənqidçilərimiz və ədəbiyyat
nəzəriyyəçilərimizin öz yaxalarını qırağa çəkmələri ona
gətirib
çıxarıb
ki,
modernizm,
postmodernizm,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
65
65
65
intellektualizm,
postintellektualizm,
multikulturalizm,
virtualizm kimi ədəbi-kulturoloji cərəyanlar, metod və sənət
görüşləri barədə özlərini eksperimentçi ―modern‖, yaxud
―postmodern‖ yazar adlandıran cavanlar oradan-buradan
eşitdiklərini ədəbi ictimaiyyətimizə, hazırlıqsız oxucularımıza
sırımağa nail olurlar. Fitri istedada malik yaradıcı insan yeni
sənət cərəyanı, fəlsəfi əksetdirmə metodu təklif edə bilər.
Lakin bunun üçün o şəxsin həm də dərin zəkası, çoxqatlı
intellekti, başqa sözlə, ciddi intellectual-kreativ səviyyəsi,
analitik ümumiləşdirmə və fərqli sistemləşdirmə bacarığı,
intuitiv düşüncə sürəti olmalıdır. Təəssüflər olsun ki, son on
beş ildə biz özümüzün milli-elmi kulturoloji mühitimizi hələ
də lazımi səviyyədə formalaşdıra bilməmişik.
XIX-XX əsrin elmi-psixoloji məktəblərindən – kulturo-tarixi
psixologia, psixoanalizm, analitik psixologiya, individual
psixologiya, humanitar və koqnitiv psixologiya, həmçinin
ötən yüzilinə ən maraqlı, dəbdə olan fəlsəfə istiqamətlərindən
– fenomenologiya, fundamental ontologiya, hermenevtika,
Frakfurt məktəbinin tənqidi fəlsəfəsi, poststrukturalizm,
postmodernizm, analitik fəlsəfə kimi intellektual sahələrdəki
fəlsəfi-nəzəri, elmi-estetik düşüncə hadisələrində klassik,
eləcə də çağdaş ədəbiyyatın müxtəlif tərəflərini, mahiyyətini
açan maraqlı, bəzən isə bir-birinə zidd metodlara,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
66
66
mülahizələrə rast gəlmək mümkündür. Hələ fəlsəfə ilə
ədəbiyyatın sintezini işləyən cərəyan və istiqamətləri demirik.
Bütün bunlara isə cavab verən ədəbi tənqid məktəbimiz hələ
də formalaşmaqdadır.
Çox istərdik ki, ―İnternet tribuna‖da fikirlərini bölüşəcək
həmkarlarımız bu mürəkkəb problemlər barədə fikirlərini
ədəbi-mədəni ictimaiyyətimizlə bölüşsün, yeni müzakirələrə
rəvac versinlər…
P.S. Ədəbi-mədəni prosesdə olan, vaxtilə qələmiylə ədəbi
mühiti canlandıran, söz sənətimizi istiqamətləndirən,
zamanında onun kulturoloji-estetik qiymətini, tarixi-filoloji
əhəmiyyətini,
elmi-mədəni
dəyərini
müəyyənləşdirən
tənqidçilərə, ədəbiyyatşünaslara, esseistika, eləcə də ədəbi
publisistika, mədəniyyət jurnalistikası və yazıçı tənqidiylə
məşğul olan şəxslərə, hətta intellektual – savadlı ədəbiyyat
oxucularına, İnternetdə ―klaviatura döyəcləyən‖ blogerlərə –
şəbəkə yazarlarına ―İnternet tribuna‖ ayırır. Sadalanan
sahələrin
adamları
ədəbiyyatımızın,
humanitar-estetik
düşüncəmizin, kulturoloji fkrimizin və çağdaş ədəbi-poetik
sözümüzün ən aktual problemləri, qarşıda duran filoloji
məsələlər
haqqında
analitik-ədəbi,
tənqidi-publisistik
yazılarını bizə yollaya bilərlər. Biz isə, öz növbəmizdə,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
67
67
67
―mətbu debat‖ formatında – silsilə şəklində bu materialları
ədəbi-mədəni ictimaiyyətimizin, eləcə də ədəbiyyatsevər
oxucularımızın müzakirəsinə verəcəyik.
“Ədəbiyyat qəzeti”
Dostları ilə paylaş: |