www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
61
61
61
Klassik - ənənəvi ədəbi tənqid bir tərəfdən bədii ədəbiyyatla
bağlı intellektual yaradıcılq sahəsi hesab olunursa, digər
yandan söz sənətini öyrənən elmi-analitik düşüncə forması
sayılır. Zaman və məkan baxımından çıxış edərək yaranan
bədii nümunələrin anlamını və qiymətini verməklə, ədəbi
prosesə fəal müdaxilə edən, habelə ictimai düşüncəni
istiqamətləndirmək baxımından ədəbi tənqid çağımızda çox
mürəkkəb və rəngarəng filoloji sahədir. Hər bir filoloji-elmi
sahə kimi ədəbi tənqidin də müxtəlif janrları, formaları,
çalarları mövcuddur: resenziya, hər hansı bir əsər haqqında
tənqidi material, icmal, problematik məqalə, çağdaş ədəbi
proses barədə monoqrafiya, esse, ön söz, qəzet məqaləsi,
ədəbi portret, polemik replika, ədəbi söhbət, müsahibə,
biblioqrafik qeydlər və b. Bu mənada tənqidçi özündə
nəzəriyyəçi, kulturoloq, filoloq, filosof, ictimaiyyətçi,
publisist, politoloq, sosioloq, psixoloq, estet kimi
keyfiyyətləri
birləşdirməlidir: intellektual səviyyə, istedad, elmi hazırlıq,
zəhmətsevərlik kimi cəhətlər də öz yerində.
Çağdaş ədəbi prosesdə, ümumən isə milli mədəniyyətimizdə
baş verən müxtəlif olaylara nəzər salanda, onların lokal – yerli
səciyyəli, yoxsa qlobal – dünya əhəmiyyətli kulturoloji
hadisələr olduğunu təyin və təhlil etmək, yeni tariximizin
tələblərinə uyğun dəyərlərin, meyarların müəyyənləşdirilməsi