www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
151
151
151
məsləhət görərdim ki, Borxesin başqa əsərləri ilə yanaşı,
―Qum kitabı‖ hekayəsini də oxumamışdan əvvəl özlərini
mütləq psixi və ruhi sakitləşdirsinlər, çünki sinirləri zəif -
intellekti aşağı olanlara o dahiyanə mətn çox dəhşətli təsir edə
bilər.
Nobel mükafatçısı Orxan Pamukun "Yeni həyat" romanında
da əsərin qəhrəmanı kitabdan xilas olmaq istəyir, bu paralel
məqamlar tədqiqatçı kimi diqqətimi çəkir. Borxes öz
dövründə və özündən sonrakı bütün intellektual sənətkarlara
təsir edib, o cümlədən diqqətlə axtarsaq, Orxan Pamuk
yaradıcılığında da biz bunu müşahidə edirik. Ümumiyyətlə,
kitab kultu, kitabın bütləşdirilməsi, kitablar kitabı, kitaba qarşı
üsyan, kitabın həyatı və dünyanı əvəzləyə bilməsi kimi
düşüncələr tarixən də yazıçı və filosofları çox düşündürüb. Bu
mənada elə bizim Mirzə Cəlilin ―Anamın kitabı‖ pyesi, yaxud
Muğannanın ―İdeal‖ əsərindəki gizli kitablarla bağlı hissələri
də yada sala bilərik.
Bu hekayə, dünya ədəbiyyatnın şedevrlərindən sayılır, bəs
Borxes o əsəri ilə oxuculara ötürmək istədiyi əsas mesaj
nədir?!
Suala birmənalı cavab vermək çətindir: əslində,
bayqdan bunun anlamını verməyə çalışırdım, fəqət Borxes
yaradıcılığının şah nümunələrindən sayılan bu hekayə-
pritçanın yalnız mətnin özündə görünən məqamları deyil,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
152
152
onun bizim şüurumuzda oyandırdığı cəhətlərə diqqət ayırmağı
üstünlük verərdik. Əsərdə cavabı axtarılan kitab, insan,
zaman-məkan, dünya sirlərinin cavablarını da məhz bunda
aramaq lazım gəlir...
“Ədəbiyyat qəzeti”, 15 iyul 2014-cü il tarixli sayı
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
153
153
153
Xorxe Luis Borxes
Qum kitabı
“Sənin qum kanatın...”
Corc Herbert
Xətt saysız-hesabsız nöqtələrdən ibarətdir: külli-miqdarda
xətlərdən müstəvi, sonsuz müstəvilərdən fəza yaranıb, kainat
isə nəhayətsiz fəzalar toplusudur...
Xeyr, hekayəmi başlamaq üçün bu, şübhəsiz ki, heç də ən
yaxşı – geometrik – vasitə deyil. Hər hansı bir uydurulmuş
hadisə belə duruşların ədalətliliyini sübut edə bilər. Mənim
indicə danışdıqlarım isə heç də uydurma deyil...
Buenos-Ayresin Belqrano küçəsindəki binaların birinin
dördüncü mərtəbəsində mənzil kirayələyib tək yaşayıram. Bir
neçə ay bundan öncə axşamdan azca keçmiş qapının
döyüldüyünü eşitdim. Qapını açdım və astanada tanımadığım
bir adam gördüm. Bu, ucaboylu üzünün cizgiləri ilə
başqalarından seçilməyən bir adam idi – amma, ola bilsin ki,
mən yaxını pis görürdüm deyə, onun simasındakı cizgiləri
qarışdırdım. Əlində boz çamadan, əynində boz rəngli paltar
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
154
154
geyinmiş bu adam çox təvazökar görsənirdi. Beləcə, mən o
dəqiqə başa düşdüm ki, qarşımdakı əcnəbidir. Əvvəlcə
naməlum şəxs mənim gözümə qoca görsəndi: lakin bir qədər
sonra onun az-az rast gəlinən, lap skandinaviyalılar kimi
parıldayan işıqlı simasına və saçlarına aldandığımı başa
düşdüm. Bir saatdan da az çəkən söhbətimiz əsnasında özüm
üçün aydınlaşdırdım ki, onun əsli Orkney adalarındandır.
Mən naməlum adamı içəri çağırıb ona oturmağa stol təklif
etdim. Danışmazdan əvvəl o, nəyə görəsə bir qədər susdu.
Nədənsə çox kədərli görünürdü: indi mən də elə o
vəziyyətdəyəm.
- Mən ―Bibliya‖ satıram, - qəfildən o dilləndi.
- Bu evdə, Con Viklif tərəfindən ilk dəfə nəşr edilən də daxil
olmaqla, bir neçə ingilisdilli ―Bibliya‖ var, – hədindən artıq
vasvasılıqla qeyd etdim, - mən hələ Kiprianno de Valerin
bədii nöqteyi-nəzərdən ən pisi sayılan Lüteran və Vulqatın
latınca ―Bibliya‖larını demirəm. Göründüyü kimi, mənim siz
düşündüyünüz qədər də, ―Bibliya‖ya ehtiyacım yoxdur.
Bir qədər susandan sonra dedi:
- Mən, sadəcə, ―Bibliya‖ satmıram. Sizə Bikaner ətrafında
əlimə düşən müqəddəs bir kitabı da göstərə bilərəm. Çox
güman ki, həmin kitab sizin marağınıza səbəb olar/
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
155
155
155
O, çamadanından kitabı çıxardı və masanın üstünə qoydu.
Bu, kətan üzqabıqlı inoktavonun hansısa bir cildi idi. Şübhə
etməyə dəyməzdi ki, bu kitabın çoxsaylı sahibi olmuş və o,
əldən-ələ keçmişdi.
Kitabın üz qabığında bu sözlər həkk edilmişdi:
―Müqəddəs yazılar‖ və bir qədər aşağıda isə qeyd
olunmuşdu: ―Bombey‖
- Yəqin XIX əsrə aiddir, - soruşdum.
- Bilmirəm, - o, cavab verdi, - düzü, heç özüm də
müəyyənləşdirməmişəm.
Mən sadəcə elə-belə kitabı açdım. Səhifələrdəki hərflər
gözümə çox qəribə görsəndi. Lap ―Bibliya‖dakı kimi,
köhnəlmiş səhifələrdə səliqəsiz yığılmış şiriftlər iki cərgə
aşağı gedirdi: kiçik hərflər qısa sətirlərə düzülmüşdü. Mən
müşahidə edib gördüm ki, sol səhifənin nömrəsi, deyək ki,
40514 qeyd edilmişdirsə, əks tərəfdə yəni sağ səhifənin
nömrəsi 999 göstərilmişdi. Tez səhifəni çevirdim – burada
artıq səkkiz rəqəmli nömrə gözə dəyirdi.
Burada, həmçinin, lüğətlərdəki rəsmləri xatırladan, sanki
hansısa məktəblinin yöndəmsiz əl işinə oxşar – pero və
mürəkkəblə çəkilmiş kobud bir lövbər şəkli də var idi.
Bu zaman naməlum adam dedi:
Dostları ilə paylaş: |