MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə28/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   24   25   26   27   28   29   30   31   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

87 


―Dövlət  müstəqilliyi  bərpa  olunduğu  gündən  Azərbaycanın  xarici 

təhlükəsizlik  siyasətinin  əsas  prioritetlərindən  biri  dövlət 

müstəqilliyini  qorumaq  və  möhkəmləndirmək,  Ermənistan 

tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoymaq və Dağlıq 

Qarabağ  münaqişəsini  həll  etmək,  ölkənin  beynəlxalq  və  regional 

təhlükəsizliyini  təmin  etmək  və  bunun  davamlı  təminatını 

beynəlxalq təhlükəsizlik sistemi ilə bağlamaqdan ibarət olmuşdur‖, 

–  deyən  cənab  Əli  Həsənov  bu  bölümün  III  fəslində  Ermənistan-

Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  ətrafında  yaranmış 

vəziyyəti  hər  üç  səviyyədə:  həm  lokal,  həm  regional,  həm  də 

beynəlxalq müstəvilərdə təhlil etmişdir. 

Münaqişənin həlli yollarını araşdıran professor Əli Həsənovun elmi 

və siyasi xarakterli qənaəti kifayət qədər əsaslandırılmışdır. Həmin 

mövqeyə  görə,  regionda  baş  verən  proseslərin  mənfi  inkişaf 

tendensiyasına  baxmayaraq,  Azərbaycan  tərəfi  münaqişənin 

tənzimlənməsi  ilə  bağlı  ATƏT-in  Minsk  qrupunun  2004-cü  ildə 

start  verdiyi  ―Praqa  prosesinə‖  sadiqdir.  Bu  proses  çərçivəsində 

münaqişənin  ―mərhələli  həll‖  yolu  ilə  tənzimlənməsi  nəzərdə 

tutulmuşdur. Bu prosesin davamı olaraq 2007-ci ilin noyabr ayında 

ATƏT-in  Minsk  qrupu  münaqişənin  həlli  ilə  bağlı  ―Madrid 

prinsipləri‖ni  irəli  sürmüşdür.  Azərbaycan  və  Ermənistan  tərəfləri 

bir  neçə  dəfə  bu  prinsiplərlə  bağlı  təkliflərini  irəli  sürmüş  və  son 

nəticədə  sənədin  yeni  variantı  2009-cu  ilin  dekabr  ayında 

hazırlanaraq  münaqişə  tərəflərinə  təqdim  olunmuşdur.  Sənədə 

əsasən, münaqişənin tənzimlənməsi prosesinin birinci mərhələsində 

Dağlıq  Qarabağın  hüdudlarından  kənarda  işğal  altında  olan 

Azərbaycanın  7  rayonunun  (Kəlbəcər,  Ağdam,  Füzuli,  Cəbrayıl, 

Zəngilan, Qubadlı və Laçın) azad olunması, məcburi köçkünlərin öz 

yurd-yuvasına  qaytarılması,  bölgədə  beynəlxalq  sülhməramlıların 

yerləşdirilməsi, 

ərazilərin 

minalardan 

təmizlənməsi, 

kommunikasiyaların  bərpası  və  iki  xalqın  təhlükəsizlik  şəraitdə 

yaşamasını  təmin  edən  digər  addımların  atılması  nəzərdə 

tutulmuşdur.  Yalnız  növbəti  mərhələdə  Dağlıq  Qarabağın 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

88 



statusunun müəyyənləşdirilməsi məsələsinə baxılacağı sənəddə əks 

olunmuşdur. Konfidensial xarakterli ―Madrid prinsipləri‖ndən geniş 

ictimaiyyət üçün məlum olan müddəalar bunlardan ibarətdir. 

Müəllifin  haqlı  mövqeyinə  görə,  münaqişənin  həlli  ilə  bağlı 

danışıqlar  prosesinin  Ermənistanın  qeyri-konstruktiv  mövqeyi 

ucbatından  nəticəsiz  qalmasına  baxmayaraq,  o  hələ  ki,  davam 

etdirilməkdədir.  Ermənistan  tərəfi  ―müddətsiz  danışıqlar‖ 

taktikasını  yeridir.  Bu  taktikanı  işlək  vəziyyətdə  saxlamaq  üçün 

dəfələrlə  sınaqdan  çıxardığı  üsulu-danışıqlardan  öncə  təmas 

xəttində  atəşkəs  rejimini  intensiv  olaraq  pozmaq  və  lokal  hərbi 

insident yaratmaq xəttini tətbiq edir. 

Əsərdə  Ermənistanın  münaqişənin  həlli  prosesində  qeyri-

konstruktiv mövqeyini şərtləndirən beynəlxal amillər də geniş təhlil 

olunmuş  və  bir  sıra  mühüm  siyasi  nəticələr  irəli  sürülmüşdür. 

Həmin nəticələrə görə: 

—  Azərbaycanın  dinamik  inkişafı  və  yüksəlişini  təqdir  edən 

qüvvələr  olduğu  kimi,  bu  tərəqqidən  narahat  olan,  ölkəmizdəki 

siyasi  sabitliyi  heç  bir  vəchlə  həzm  edə  bilməyən,  xalqla 

hakimiyyətin  həmrəyliyindən  təlaş  keçirən,  elə  bu  səbəbdən  də 

―yuxusuna  haram  qatılan‖  qatı  əleyhdarlarımız  da  mövcuddur. 

Onlar  hər  zaman  səfərbər  olmağa  və  bu  inkişafın  qarşısına  sədd 

çəkməyə hazırdırlar. Bu vəziyyətin təhlili 2 vacib nəticə çıxarmağa 

əsas verir: bütün sahələrdə qazandığımız uğurlara baxmayaraq, heç 

bir halda arxayınlaşmaq olmaz. Əleyhdarlarımız və düşmənlərimiz 

ayıqdır və ölkəmizə münasibətdə ―Axilles dabanı‖ axtarışındadır. 

—  Dövlət  iki  halda  beynəlxalq  güclərin  təzyiq  obyektinə  çevrilir. 

Birinci  hal,  dövlət  zəif  olanda  baş  verir.  Həmin  dövlətin,  ilk 

növbədə, ərazi bütövlüyü və suverenliyi böyük təhlükə altına düşür. 

Keçən  əsrin  90-cı  illərinin  əvvəllərində  Azərbaycan  anoloji 

vəziyyəti yaşamışdır. İkinci hal isə, nə qədər paradoksal səslənsə də

dövlət güclü olanda labüdləşir. Azərbaycan bütün parametrlərə görə 

regional gücə  — liderə çevrilmişdir. Deməli, bu reallığı qəbul edə 

bilməyən  beynəlxalq  qüvvələrin  və  onların  miskin  əlaltısına 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

89 


çevrilmiş  daxili  qaragüruhçu  seqmentin  naqis  planlarını  alt-üst 

etmək üçün indi daha güclü milli həmrəyliyə sahib olmalıyıq. 

— Ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi 

yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik 

islahatların,  müasirləşmənin,  ugurlu  xarici  siyasətin  və  pozulmuş 

ərazi  bütövlüyümüzün  bərpası  naminə  fədakar  mübarizənin 

təşəbbüskarı və təminatçısı olan Prezident İlham Əliyevin ətrafında 

daha sıx və monolit birlik nümayiş etdirməliyik. 

Təsadüfi  deyildir  ki,  Azərbaycan  Respublikası  Prezidenti 

Administrasiyasının  rəhbəri,  akademik  Ramiz  Mehdiyev  Prezident 

İlham  Əliyevi  ―dünya  siyasətinə  təsir  gücünə  malik  beynəlxalq 

aktor  statusunda  dövlət  başçısı‖  adlandırmışdır.  ―Hər  dövlət 

başçısına  nəsib  olmayan  bu  unikal  şəxsi  keyfiyyətlərin  daşıyıcısı 

olan  Prezident  İlham  Əliyev  harada  çıxış  etməsindən  və  mövqe 

bildirməsindən  asılı  olmayaraq,  şahmat  dili  ilə  desək,  həmişə  ağ 

fiqurlarla  oynayır  və  artıq  start  vəziyyətində  qarşı  tərəf  və  ya 

tərəflər  üzərində  ilkin  üstünlüyünü  təmin  etdirmiş  olur.  Həmin 

―siyasi  şahmat  lövhəsi"ndə  siyasət  qrossmeysterinin  –  Prezident 

İlham Əliyevin rəqibinə ―mat‖ elan etməsi labüddür". Bu fikirlər də 

akademik Ramiz Mehdiyevə məxsusdur. 

Beləliklə,  hörmətli  və  qədirbilən  oxucu,  Azərbaycan  Respublikası 

Prezidentinin ictimai-siyasi  məsələlər  üzrə  köməkçisi,  tarix  elmləri 

doktoru, professor Əli Həsənovun ―Azərbaycanın geosiyasəti‖ adlı 

1056  səhifəlik  fundamental  və  unikal  tədqiqat  əsəri  oxunmaq, 

dəyərləndirilmək  və  faydalanmaq  üçün  sizin  ixtiyarınıza 

verilmişdir. 

Əsərin  elmi  redaktoru  olaraq  onun  yüksək  məzmun-forma 

mündəricəsi,  səciyyəvi  cəhət  və  xüsusiyyətləri  haqqında  bir  sıra 

fikir və mülahizələrimi, baxış və yanaşmalarımı Sizinlə paylaşdim. 

Sonda  aşağıdakı  arzu  və  təkliflərimi  də  Sizinlə-dəyərli  oxucularla 

bölüşmək istəyirəm: 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə