www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
111
Və nəhayət, Ukraynanın 20 illik müstəqillik dövrü ərzində yaranmış
ən mühüm problemlərdən biri – ölkədə rus dilinə münasibətdə
uyğun statusun qəbul olunması ilə əlaqədar fərqli fikir
mübadiləsidir. Millətlərarası münasibətlər sferasında Ukraynanın
dövlət siyasətinin başlıca vəzifələri hansılar idi? Ölkə
ictimaiyyətinin polimilliyini nəzərə alsaq, bir nömrəli vəzifə – vahid
ukrain siyasi millətinin formalaşmasıdır. İkinci vacib vəzifə –
burada yaşayan müxtəlif millətlərin nümayəndələrinin eyni
hüquqlarının təmin edilməsi və eyni zamanda, ölkə ictimaiyyətində
millətlərarası razılığın əldə edilməsidir. Lap əvvəldən etnomilli
siysətin əsas məsələlərindən biri, ukrayna dilinin ictimai həyatın
bütün sahələrində dövlət dili səviyyəsində fəaliyyəti və eyni
zamanda mədəni tələbatın yaranması və reallaşması məqsədiilə
müəyyən şəraitin yaradılması, inkişafı və təbii ki, krım-tatarlarının
geri qayıtması sayılır. Bu yonümdə əsas məsələlərdən biri krım
icmasının inteqrasiyası, milliyyətçilik faktoru ilə sürgün olunmuş
şəxslərin ictimaiyyətə uyğunlaşdırılması, ümumiyyətlə etnik
ayrıseçkiliyin qarşısının alınmasıdır. Qeyd etmək lazımdır ki,
Ukraynanın beynəlxalq münasibətlərinin müəyyən dərəcədə
―yumşaq‖, münaqişəsiz vəziyyətini müəyyən edən, müstəqilliyin ilk
dövrlərində yaranmış harmonik beynəlxalq münasibətlərin hüquqi
əsaslarının təmin edilməsi sayılır. 1991-ci ildə ―sıfır varianti‖
(nulevoy real) adlandırılan vətəndaşlıq haqqında qanunun qəbul
olunması nəticəsində Ukraynada yaşayan hər bir şəxs, milli
mənsubiyyətindən asılı olmayaraq vətəndaşlıq əldə etdi.
Müstəqilliyin əldə edilməsindən öncə, 1989-cu ildə milli azlıqların
dil hüquqlarının təmin olunması haqqında qanun imzalanmış,
1992-ci ildə isə Ukraynanın milli azlıqlar haqqında ümumi qanunu
təsdiq olunmuşdur. 90-cı illərin ortalarında Ukrayna Avropanın
alman dili xəritəsini ratifikasiya etmiş, lakin bundan öncə
Ukraynanın unitar xüsusiyyətini müəyyən edən 1996-cı ildə
konstitusiya vasitəsi ilə təsdiqlənmiş qanun qəbul edilmişdir. Bizdə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
112
unitar dövlət quruluşudur. Yeganə dövlət dili, yeganə vətəndaşlıq,
yeganə istisna – Krım Respublikasının muxtariyyət statusu
olmuşdur. Lakin durumu yumşaldan səbəbi nədən ibarətdir? Mən
buna xüsusi diqqət ayırardım. Siyasətdə milli azlıqların hüquqi
təminatından daha cox yüngül sosiomədəni siyasi vəziyyətə böyük
rol ayrılmışdır. Birincisi, müsbət rolu ukrain və rus dillərinin
yaxınlığı oynadı. Əhalinin əksər hissəsi hər iki dilin daşıyıcısıdır və
bu səbəbdən dillərarası kommunikasiya ziddiyyəti yaranmır.
İkincisi, milli azlıqlar üçün siyasi elitanın optimallığı lap öncədən
təmin olunmuşdur. Ölkə əhalisinin rusdilli qismi ölkənin yeni siyasi
elitasının formalaşmasında aktiv rol oynamışdır, etnik spesifikada
hec bir differensiasiya hiss olunmamışdır. Siyasi gərginliyi aradan
qaldırmağı bacaran Ukraynanın siyasi sisteminin demokratik
xüsusiyyəti də bu məsələlərin təhlükəli həddə çatmaması üçün
müsbət rol oynamışdır. Ukraynanın təhsil sistemi xidmətində,
informasiya sahəsində mobil ukrainləşmə aparılmışdır.
Ukraynanın Avropaya inteqrasiya siyasəti milli azlıqların
hüquqlarının möhkəmlənməsinə və inkişafına xidmət edir. Ən
mühüm rolu milli mədəni icmalar tərəfindən milli azlıqların
maraqlarının dəstəklənməsi, həmçinin dövlət dəstəyi və milli
azlıqların doğma dillərindəki KİV-lər, milli-mədəni cəmiyyətlərin
ayrı-ayrı mədəni-tədris layihələri oynayır. Mən həmçinin Ukrayna
siyasətinin bir vacib spesifikasını da qeyd edərdim – bu, ölkədə
radikal və milli siyasi hərəkatların qeyri-populyar olmasıdır.
Hazırda Avropa və keçmiş sovet ölkələrində sağyönlü radikal
hərəkat müşahidə olunmaqdadır. Bu, Ukraynada da mövcuddurlar,
lakin nisbətən cüzi miqyasda. Ukrainlərin coxu həm sağ, həm də
sol təmayüllü radikal siyasi hərəkatları təkzib edir. Demək lazımdır
ki, Ukraynanın bu spesifikası, o cümlədən mülayim etnomilli
siyasət öz müsbət nəticələrini verməkdədir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
113
Ukrayna – keçmiş sovet ittifaqının böyük miqyasda və kəskin
millətlərarası münaqişəsi olmayan tək-tük ölkələrindən biri sayılır.
Bizdə ciddi separatçı problem olmayıb və ərazimizdə müharibə baş
verməyib. Qeyd etmək istərdim ki, əgər 90-cı illərin əvvəlində–
Moldova, Qafqaz kimi qonşu ölkələrdə baş verən münaqişələr
səbəbindən Ukrayna əhalisinin yarısı millətlərarası münaqişələrdən
çəkinirdisə, hazırda belə təhlükələrdən çəkinənlərin sayı ölkə
əhalisinin yalnız 12%-ni təşkil edir. Bizim ölkədə milli zəmində
diskriminasiya mövcud deyil, yalnız 3% əhali bu məsələ ilə bağlı
bu və ya digər faktları qeyd edir. Onu da qeyd etmək istərdim ki
(lakin bu bəlkə çox da pozitiv tendensiya deyil), hərçənd eyni
zamanda məhz həmin o multikultur plüralizmə dəlalət edir – bu,
etnomədəni fərqliliyin mövcudluğu və inkişafıdır. Əfsuslar olsun ki,
bəzi siyasətçilər milli eynilik problemlərini, həmçinin miillətlərarası
ziddiyyətləri siyasi partiyaların fəaliyyətində istifadə etməyə
çalışırlar. Buna görə də millətlərarası münasibətlər harmoniyası
üçün çağırışdar Ukraynada qalmaqdadır. Lakin mən hələ nəzərlərə
çarpmayan, lakin potensial problem olan gizli bir probləmə də
toxunmaq istərdim. Bu – Ukraynada ayrı-ayrı milli icmaların milli
distansiyalaşdırılması,
etnik
izolyasionizmi
təmayüllərinin
artmasıdır. Düşünürəm ki, Ukrayna millətlərarası siyasət
təcrübəsinin pozitivliyi ondan ibarətdir ki, bəzən milli münasibətlər
sferasında ziddiyyət təşkil edən məsələlərin mülayimliyi və
uyuşqanlığı ölkədə millətlərarası münasibətlərin harmonik tərzdə
həllinə imkan yaradır.
Vladimir Fesenko,
Ukrayna, “Penta” tətbiqi siyasi tədqiqatlar mərkəzi
Dostları ilə paylaş: |