MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə32/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   28   29   30   31   32   33   34   35   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

99 


daha  dəqiq  desək,  demokratiya  multikultural  cəmiyyətin  təkamülü 

üçün  əlverişli  şərait  yaradır.  Multikultural  cəmiyyət  ilk  növbədə 

Qərbi  Avropanın  və  Şimali  Amerikanın  demokratik  ölkələrində 

mövcud  olmuşdur.  Həmin  ölkələrdəki  tolerantlığın,  əxlaqi 

qaydalara  uyğunluğun  və  demokratiyanın  yüksək  inkişaf  səviyyəsi 

orada multikulturalizmin ideyalarının yayılması üçün münbit şərait 

yaratmışdır. 

 

Yuxarıda deyilənləri nəzərə almaqla, qeyd edək ki, bölgələrin tarixi 



inkişafındakı 

müxtəlifliyə 

uyğun 

olaraq, 


həmçinin 

multikultkralizmin  də  müxtəlif  modelləri  mövcuddur.  Bu  spesifik 

modellərin  arasında  mən  Amerika,  İsveç,  Avstraliya  və  Kanada 

modellərini qeyd etmək istərdim. 

 

a. Multikulturalizmin Amerikan modeli. 



 

1960-cı  illərin  ortalarınadan  etibarən  ABŞ  anqlo-saksonları 

immiqrantlarla  bir  yerə  qatan  bir  növ  ―əridici  qazan‖  (―melting 

pot‖)  rolunu  oynayırdı.  Bu  «qazanda»  anqlo-saksonlar  üstün 

mövqeyə  malik  idilər.  Lakin  bir  müddət  keçdikdən  sonra  vəziyyət 

tamamilə  dəyişdi.  ―Əridici  qazan‖  proqramı  multikulturalizm 

ideologiyası  ilə  əvəz  olundu.  Bunun  əsas  səbəbi  iki  mühüm 

qanunun  –  ―Vətəndaş  Hüquqlarına  dair  Qanun‖  (1964)  və 

―İmmiqrasiya  haqqında  Qanun‖  (1965)  –  qəbul  edilməsi  olmuşdu. 

Birinci  qanun  ölkədə  anqlo-saksonların  mövqelərini  bir  qədər 

zəiflətməklə  yanaşı,  bütün  millətlərin  bərabərliyini  təmin  etdi. 

İkinci qanun isə ölkəyə immiqrasiyanı sürətləndirdi. 

 

Bu  gün  biz  ABŞ-ın  multikultural  siyasətində  bir  tərəfdən  –  



mühacirlərin  Amerika  cəmiyyətinin  dəyərlərini  qəbul  etməsini; 

digər tərəfdən isə – etnik və irqçi ekstremizmin qarşısını alan əlavə 

mexanizmlərin  formalaşması  kimi  bu  cəmiyyətdə  etno-mədəni 

oxşarlğın çatışmazlığını qörürük. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

100 



 

b. Multikulturalizmin İsveç modeli. 

 

Multikulturalizmin  İsveç  modelinin  xüsusiyyəti ondan  ibarətdir  ki, 



cəmiyyətdə  mədəni  müxtəlifliyin  saxlanılmasında  dövlət  fəal  rol 

oynayır. Dövlətin bu cür fəallığı ilk növbədə ölkədəki konkret siyasi 

durumla əlaqədardır. Belə ki, İsveçdə uzun müddət çox güclü siyasi 

mövqeyə malik Sosial-Demokrat partiyası hakimiyyətdə olmuşdur. 

1976-cı  ildə  İsveç  hökuməti  əcnəbilərə  səs  vermək  hüququ  verdi. 

1997-ci  ildə  qəbul  olunmuş  ―İmmiqrasiya  haqqında  Qanun‖  isə 

İsveçi multikulral cəmiyyət kimi qələmə verir. 

 

İsveçin  multikultural  siyasətinin  əsas  istiqamətləri  –  dil  və  təhsil 



strategiyalarıdır.  Bu  strategiyalar  immiqrantları  həm  öz  doğma 

dillərini, həm də İsveç dilini öyrənməyə sövq edir. İsveç hökuməti 

ölkədəki  mədəni  müxtəlifliyə  vacib  və  zəruri  olan  bir  reallıq  kimi 

yanaşır. 

 

c. Multikulturalizmin Avstraliya modeli. 



 

Avstraliyada  multikultural  cəmiyyətin  formalaşması  uzun  müddət 

dövlət  tərəfindən  təqib  edilən  izolyasionizm  siyasəti  ilə  müşaiyət 

olunmuşdur. 1901-ci ildə Avstraliyada qəbul olunmuş ―İmmiqrasiya 

haqqında  Qanun‖  izolyasionizm  siyasətininin  idarə  olunmasında 

hakim  elita  üçün  inzibati  əsas  rolunu  oynamışdır.  Situasiya  yalnız 

aşağıda  adı  çəkilən  qanunların  qəbul  edilməsi      ilə  dəyişməyə 

başlamışdır:  ―Vətəndaşlıq  haqqında  Qanun‖  (düzəlişlərlə)  (1948); 

―Miqrasiya  haqqında  Qanun‖  (düzəlişlərlə)  (1958),  ―Əcnəbilər 

haqqında  Qanun‖  (düzəlişlərlə)  (1984)  və  ―Viza  rejimi  haqqında 

Qanun‖ (düzəlişlərlə) (1997). 

 

Qeyd etmək lazımdır ki, ―multikulturalizm‖ termini siyasi leksikona 



ilk dəfə 1970-ci ildə – Avstraliyada İmmiqrasiya naziri vəzifəsində 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

101 


çalışmış Al Kresbi tərəfindən daxil edilmişdir. O, anglo-saksonlarla 

yeni  avstraliyalılar  arasındakı  nifaqın  aradan  götürülməsində  çox 

səy  göstərmişdir.  1979-cu  ildə  hökumət  Mədəni  Müxtəlifliyin 

Problemləri  üzrə  Avstraliya  İnstitutunu,  1987-ci  ildə  isə 

Multikulturalizm  Problemləri  Komitəsini  yaratdı.  Bu,  Avstraliya 

dövlətinin immqrasiya siyasətində necə mühüm rol oynadığının və 

onun  irqçilikdən  multikulturallığa  qədər  inkişafında  əldə  etdiyi 

parlaq uğurların göstəricisidir. 

 

d. Multikulturalizmin Kanada modeli. 



 

Kanadada  multikultural  cəmiyyətin  formalaşması  1960-cı  illərə 

təsadüf  edir. Kanada  hökuməti  əhalinin  irqi,  etnik  və  konfessional 

müxtəlifliyini qəbul edirdi ki, bu da Kanada cəmiyyətinin əsas milli 

xüsusiyyətinə  çevrilmişdi.  Bu  o  deməkdir  ki,  multikulturalizm 

kanadalıların ən mühüm milli xüsusiyyətlərindən biridir. Bu ölkədə  

multikulturalizm Azadlıq və Hüquqlar Kanada Nizamnaməsinin 27-

ci maddəsi ilə qorunur. 

 

ABŞ  və  Avstraliyadan  fərqli  olaraq  Kanadada  etnik  azlıqlara 



münasibətdə  hakim  etnik  qrup  tərəfindən  assimilyasiya  siyasəti 

yeridilmir. Kanadada hər bir etnik qrupun üzvləri öz ana dilini azad 

şəkildə  istifadə  etmək,  həmçinin  öz  doğma  dillərində  təhsil  almaq 

hüququna  malikdirlər.  Bu  vacib  situasiya  Kanadada  yaşayan  etnik 

azlıqların öz mədəni dəyərlərini qoruya bilməsinə şərait yaradır. 

 

Beləliklə,  multikulturalizmin  müxtəlif  modellərinin  müqayisəli 



təhlili nəticəsində bir neçə ümumiləşdirmə aparmaq istərdim: 

 

1)  Multikulturalizm  –  pozitiv  sosial  təzahürdür.  O,  cəmiyyətin 



inkişafı  üçün  münbit  şərait  yaradır;  etnik  münaqişələrin  qarşısını 

alır və müxtəlif xalqlar arasında etimadı möhkəmlədir; 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə