www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
171
Bununla yanaşı, əgər Avropada həqiqətən də multikulturalizm
olsaydı, imiqrant və qaçqınlara dövlət həyatında iştirak etmələri
üçün geniş imkanlar verilərdi. Bu imkanlar o qədər genişdir ki,
Avropa dövlətləri-millətləri bu imkanları tamamilə təmin edə
bilmir.
Beləliklə, Avropadakı multikulturalizm haqqında hətta əvvəllər də
əsasən şərti olaraq danışmaq olardı. Avrointeqrasiya prosesinin
siyasi çərçivələrindən birinə çevrilmək üçün bu konsepsiyanın
bütün şansları var idi, ancaq demokratiyadan sui-istifadə və insan
hüquqlarının təhrif edilmiş şəkildə şərh edilməsi bir sıra böyük
Avropa dövlətlərinin yeni vətəndaşlarına ―azad dünyanın‖
bəhrələrindən tam mənasilə yararlanmağa imkan vermirdi. Şərti
Avropa multikultiralizmi şərti dözümlü Avropa cəmiyyətində
özünün məntiqi şərti tənəzzülünü yaşadı. Beləliklə, mulikulturalizm
siyasətinin nəticəsi istər ənənəvi, istərsə də yeni gəlmiş mədəniyyət
nümayəndələrinin mühitinə cavab olaraq fərdi və qrup şüurunda
nisbətən zəif dəyişikliklərlə səciyyələnən uzunmüddətli adaptasiya
prosesi olmalıdır.
Bugün keçmişin incikliklərinin, şovinist, millətçi, islamofob
təsirlərin aradan qaldırılması üçün vahid Rusiya dövlətinin təkibinə
daxil olan bütün xalqların azad inkişaf etmək imkanına malik
olmaları çox vacibdir. Təəssüf ki, çox vaxt millətlərarası, dinlərarası
təfriqələrə yol verməyən konstitusiya müddəaları deklarativ olaraq
qalır. Dövlət səviyyəsində xalqların inteqrasiyası, onların qarşılıqlı
hörmət, etibar, ümumi problemlərin müasir həlli əsasında
birləşdirilməsi siyasətini həyata keçirmək zəruridir.
Bütün deyilənlərdən də göründüyü kimi ―multikulturalizm‖ termini
Rusiya və bir sıra digər ölkələrə münasibətdə başqa məna qazanır.
Rusiyanın tarixi göstərir ki, onun bir çox xalqları əsrlər boyu yox
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
172
olmamış, tamamilə assimilyasiyaya uğramamışlar, onlar öz həyat
tərzlərini, dillərini, mədəniyyətlərini saxlayaraq, rus mədəniyyəti,
rus hüquq sistemi əsasında inkişaf etmişlər. Bu baxımdan demək
olar ki, Rusiya onun siyasi və mədəni təsiri altına düşən xeyli sayda
xalqı qoruyub saxlamışdır. Rusiya xalqlarının mədəniyyətləri daima
qarşılıqlı təsirdə olmuş, bir-birinin təsiri altında zənginləşmişlər.
Puşkin, Lermontov, Tolstoy və digər dahi yazıçılar öz
yaradıcılıqları ilə Qafqaz xalqlarının milli şüurunun formalaşmasına
yardımçı olmuşlar. Rus, ümumrusiya mədəniyyəti Qafqaz xalqları
və digər Rusiya xalqlarının bu mədəniyyətə töhfəsi olmadan xeyli
kasıb olardı. Rusiya xalqları arasında sosiomədəni dostluq,
qardaşlıq əlaqələrinin qurulması ziddiyyətlərin, qara qüvvələrin və
irtica güclərinin qarşıdurmalarının aşılmasından keçir.
Məhz bu mənada Azərbaycanın dövlət siyasəti daha düşünülmüş və
müdrikdir. Birliyin dağılması yalnız territorial deyil, həm də
dinlərarası xarakter daşıyan bir çox millətlərarası münaqişələrin baş
qaldırması ilə əlamətdar oldu, əhalisi bir çox millət və xalqlardan
ibarət olan Azərbaycan bu vəziyyətdə ən optimal yolu tapdı. Belə
ki, Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun təşkil
edilməsi məqsədilə sosializmin respublikada hökm sürdüyü dövrdə
dağıdılmış bir çox sinaqoqlar, kilsə və baş kilsələr bərpa edildi.
1920-ci ildə bağlanmış və 70 il ərzində tamamilə dağılmaq üzrə
olan Svyatıx Jen Mironosets kilsəsi 1991-ci ildə rus provaslav
icmasına verildi. Moskva və bütün Rusiyanın Patriarxı II Aleksinin
səfəri zamanı məbəd təqdis edilərək kafedral baş kilsə statusu aldı.
Bu zaman məbədin yenidən bərpa edilməsi üçün bütün işlərin
biznesmen-mesenat Aydın Qurbanovun şəxsi vəsaiti hesabına
həyata keçirilməsi faktını da unutmaq olmaz. 1999-2001-ci illərdə
isə Bakıda digər provaslav məbədi – Sobor Rojdestva Presvyatoy
Boqoroditsı – rekonstruksiya olundu.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
173
Bununla yanaşı, ənənəvi yəhudi memarlıq üslubunda yeni bir
sinaqoq binası tikildi. Yəhudilərin kompakt yaşadığı regionlarda da
sinaqoq tikintisi davam edir.
Əgər ölkədə yaşayan böyük diaspora ilə əlaqədar olaraq kilsə və
sinaqoqların tikintisi izah olunsa belə, katolik kilsəsinin tikintisi
respublika sakinlərinin neft bumu ilə əlaqədar olaraq, ölkəyə gələn
Qərbi Avropa ölkələrinin nümayəndələrinə olan ehtiram əlamətidir.
Təsadüfi deyil ki, 2004-cü il iyun ayının 22-də Bakı şəhərində
Beynəlxalq Mətbuat mərkəzində Fridrix Nauman Fondu (Almaniya)
və Amerika Yəhudi Komitəsi (ABŞ) tərəfindən təşkil edilmiş
―Cənubi Qafqazda tolerantlığın formalaşdırılmasında islamın rolu‖
seminarı baş tutdu. Almaniyanın Azərbaycandakı Fövqəladə və
Səlahiyyətli səfiri Klaus Qrevlix seminarda çıxış edərkən qeyd etdi
ki, ―Dövlət və din münasibətləri sahəsində Azərbaycan modeli
başqa ölkələrə də ixrac edilə bilər. Dini tolerantlıq və dözümlülük
sizin malik olduğunuz zənginliklərdir‖ (2, s.4).
Azərbaycanlıların yüksək dini dözümlülüyü haqqında bu fikri Roma
Patriarxı I Varfolomey də 2003-cü ildə ölkəmizə səfər edərkən
demişdir: ―Burada dini dözümlülüyün səviyyəsindən məmnun
qaldım. Azərbaycanda hər kəs öz arzusuna görə dininə etiqad edə
və ayinlərini keçirə bilər‖ (2, s.4).
Daha bir nümunə, Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyev başda olmaqla respublika hökuməti dinlərarası dialoq
təşəbbüsünü nəzərə çatdıraraq, 2004-cü ildə Roma Papası II İohan
Pavelin respublikaya səfərini təşkil etdi. Papanın səfəri böyük əks-
səda doğurdu. Onunla görüşdə Azərbaycanın bütün dini icmalarının
nümayəndələri iştirak etdi: Qafqaz müsəlmanları idarəsinin rəhbəri
Şeyx-ül-İslam Allahşükür Paşazadə, Bakı və Xəzər Rus provaslav
Kilsəsinin yepiskopu Aleksandr, Dağ yəhudilərinin dini icmasının
sədri Semen İixilov. Roma Papası II İohan Pavel Qafqazdakı zorakı
Dostları ilə paylaş: |