www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
159
Türkiyənin Avropa İttifaqına qəbul edilməsinin əleyhinə bilavasitə
çıxışlar da var, məsələn, Fransa prezidenti Nikola Sarkozi və
Almaniya kansleri Anhela Merkel və bəzi avstriyalı siyasətçilər
bənzər çıxışlar edir. Ancaq bir qayda olaraq, onların arxasında
inandırıcı, əsaslandırılmış dəlillər durmur. Niyə? Bu yaxınlarda
keçmiş Fransa prezidenti Jiskar d’Esten əhalisinin sayı Aİ-nin bütün
əhalisinin beş faizindən artıq olan ölkələri Avropa İttifaqına qəbul
etməyi qadağan edən qanun qəbul etməyi təklif etdi. Hazırda Aİ-nin
əhalisi beş yüz milyon olduğundan, bu Türkiyə və Ukraynanın
avtomatik olaraq namizədlərin siyahısından çıxarılması deməkdir.
Birdən Rusiya da nə vaxtsa İttifaqın üzvü olmaq istəsə?! Mən artıq
bu barədə heç danışmıram.
Bütün bu axtarışların və mülahizələrin arxasında böyük Avropa
dövlətlərinin əsasən də, Fransa və Almaniyanın daha böyük
dövlətlərlə rəqabətə girmək qorxusu görünür. Çünki böyük dövlət
daha çox deputata sahib olur, deməli, qərar qəbuluna və Avropa
İttifaqının bütövlükdə idarəedilməsinə təsir edə bilər.
Bu narahatlıqların əsası yoxdur. Onlar geri qalmış zehniyyətə
əsaslanır: sanki Avropa parlamentində ―solçular‖, ―sağçılar‖,
―mərkəzçilər‖ yoxdur, deputatlar isə kompakt şəkildə, milli
mənsubiyyətə görə səs verir. Ancaq bu belə deyil. Siyasi plüralizm
olduqda, qərarların qəbul edilməsində yardımçı olan demokratik
mexanizm və üsullardan istifadə edildikdə bu yanlış anlaşılmalar öz
mənasını itirir. Bütün bunlar yalnız Avropa İttifaqının üzvü olmaq
istəyən ölkənin əhalisini 25 milyon nəfərə kimi ixtisar edən köhnə
təfəkkürü əks etdirir. Avropa İttifaqı genişlənəcək, Türkiyə isə onun
real üzvü olmalıdır.
Bircə Türkiyənin Aİ-nə daxil olmaqla ona nələr gətirəcəyini
düşünün:
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
160
yetmiş bir milyon gənc, əmək qabiliyyətli əhali inkişaf etmiş bazar
iqtisadiyyatı və ekspertlərin fikrincə geniş potensial NATO-da
gücünə görə ABŞ-dan sonra ikinci ordu (bu ordu ilə
hesablaşmamaq mümkün deyil) islam xətti ilə ərəb aləminə çox
güclü təsir: Türkiyənin müsəlman və eyni zamanda şəriətdən
çoxdan və qəti şəkildə imtina etmiş və fundamentalizm və
terrorizmi mühakimə edən dünyəvi dövlət olması faktı onun Avropa
yolundakı ilk əngəlidir;
Dil yaxınlığı və qismən də ümumi din xətti ilə Orta Asiyadakı
keçmiş Sovet İttifaqı ölkələrinə güclü təsir: bu Avropa üçün mühüm
olmaya bilməz, çünki böyük təbii qaz və neft, habelə nadir metal və
mineral ehtiyatları orada yerləşir.
müxtəlif mədəniyyətlərin, sivilizasiyaların kəsişməsində yerləşən
ölkənin coğrafi mövqeyi və bununla əlaqədar olaraq, geostrateji və
geosiyasi əhəmiyyəti, iki qitə arasında körpü rolu oynaması.
Avropa İttifaqına qəbul olunmağın əvəzinə ona belə ―töhvələr‖ verə
biləcək daha bir ölkənin adını çəkə bilərsinizmi? Mən birini də
xatırlaya bilmirəm. Ancaq, Rusiya Federasiyası Avropa İttifaqına
qəbul edilmək üçün bütün şərtləri yerinə yetirməyi lazım bilib,
namizədliyini irəli sürsə, bu o da ola bilər. Ümid edirəm ki, artıq o
vaxt Avropa İttifaqı Rusiyanı Urala qədər qəbul etmək barədə
sxolastik mübahisələr aparmayıb ikinciyə üstünlük verəcək. Çünki
bu ölkənin ən geniş təbii sərvətləri məhz Asiya hissəsində yerləşir.
Bax onda bizim və bizim övladlarımız qarşısında general Qollun,
daha sonra Mixail Qorbaçov tərəfindən götürülmüş ―Vankuverdən
Vladivostoka qədər Avropa‖ azad ideyasının reallaşdırılması üçün
yol açılacaqdır. Çünki Avropa İttifaqı ilk növbədə iqtisadi, siyasi
və mədəni qurumdur. Onun coğrafi mövqeyi yalnız inteqrasiyanın
başlanması üçün hesablama nöqtəsidir, əsas məzmunu isə iqtisadi
və siyasi islahatlardan ibarətdir. Bu islahatlar bizim ölkələri daha
demokratik, uğurlu bazar iqtisadiyyatına və inkişaf etmiş humanitar
potensiallara malik dövlətlərə çevirəcəkdir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
161
Etiraf edim ki, bu mövzuda çox danışa bilərdim. Ancaq, qorxuram
ki, dinləyicilərdən biri mənə Əlişir Nəvainin iki misrasını
xatırlatsın: ―İnsan üçün gözəl olan doğru, rəvan danışıqdır, Ancaq
doğru danışıq da qısa olsa yaraşıqdır.‖
Jelyu Jelev,
Bolqarıstan Respublikasının sabiq prezidenti
(1990-1997-ci illər)