www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
150
Pakıstanda multikulturalizm modeli
Pakıstanda multikulturalizm modeli və onun problemləri haqda
çıxış
etməyə
söz
verdiyiniz
üçün
sizə
təşəkkür
edirəm.Multikulturalizmdən bildiyimiz
kimi,
bikulturalizmə
müvafiq olaraq müsəlmanlar və hindlilər Hindistanda birgə yaşaya
bilmirdilər.Ayrı-ayrılıqda müstəqillik qazanmaqla 5 fərqli
mədəniyyət yarandı.Nəticədə bu fərqli mədəniyyətlər qanun
keşikçilərindən siyasətçilərə ötürüldü.Biz Hindistanın bikultural
ideyasına uyğun olaraq, yüksək səviyyəli Pakistan və müsəlman
mədəniyyətləri kimi monokultural qrupda inkişaf etməyə başladıq.
Biz Pakistanın mədəni fəaliyyətini qəbul edə bilmirdik. Bizim
Allahın tək, başçının və kitabımızın tək, dilimizin isə vahid olduğu
barədə öz baxışlarımız var idi.
Biz 1973-cü ildə milli qrupların da müəyyən qədər tanıdığı
konstitusiyanı təsis etməyə müvəffəq olduq.Bu konstitusiya ən azı
dörd mövcud mədəniyyəti əhatə edən Pakistanın əsasını təşkil
edirdi.Bizim güclü hərbçilərimiz vardı. Şərqin milli qruplarının
ayrı-ayrılıqda möhkəmlənməsindən ehtiyat edərək, biz guclü
strukturların
köməkliyi
ilə
qonşu
ölkələrdə,
xüsusən,
Əfqanıstandakı ziddiyyətli vəziyyəti tədqiq etdik.
On dörd il ərzində mən bu qənaətə gəlmişəm ki, son illərdə
Pakistanda demokratiyanın tam bərpasından sonra edilən
dəyişiklikər bizim dövrdə böyük əhəmiyyətə malikdir. Bu
dəyişikliklər Pakistana və qonşu xalqlara böyük ümid verir. Biz əsas
mədəniyyətləri tanımağa hazırıq. Bu isə o deməkdir ki, leqal
mədəniyyətlərlə birgə sülh içində yaşayaraq,multikulturalızmin
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
151
zəifləməsinin qarşısını ala bilərik və qonşu olkələrdəki
mədəniyyətləri özümüzdə birləşdirərək, çoxmədəniyyətli dövlətə
çevrilə bilərik. Lakin bizim hələ də problemlərimiz mövcuddur.
Əsas problem fundamentalist insanların problemidir. Onlar vahid
mədəniyyətin və vahid dilin zorla tətbiq olunmasını istəyirlər.
Lakin xalqımızın, hökumətimizin, silahlı qüvvələrin köməkliyilə biz
bunu tənzimləməyə çalışırıq, ancaq deyərdim ki, bu istiqamətdə az
nəaliyyətlər əldə etmişik.
Arsel Brass,
Pakistan
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
152
XXI əsr – dünyamız hara gedir? Bir qütblü, yoxsa
çoxqütblü modelə doğru?
Hörmətli xanımlar və cənablar! Yaxşı, ya da pis olduğunu deyə
bilmərəm, amma biz, yaşlı nəslin nümayəndələri iyirminci əsrin
övladlarıyıq, o, bizdə öz izini buraxıb. Biz məhz həmin, keçib-
gedən dövrdə etiqadlarımızı qazanmış, tərbiyə, təhsil almışıq, ancaq
şübhə yoxdur ki, o, Klaasın külləri kimi bizim ürəyimizə vurur. Çox
vaxt özümü sənəd və ya məqalə üzərində tarix qoyarkən, mexaniki
olaraq rəqəmi min doqquz yüzdən başlayarkən yaxalayıram, lakin
axı artıq iki min on birinci ildir! Yaşıdlarım deyir ki, onların da
başına belə şeylər gəlir. İyirminci əsr bizim baxışlarımızı
formalaşdırıb, dəyərlərimizi təyin edib.
Ona görə də bizim mövqelərimizi, dəyərlərimizi, uğur və
müvəffəqiyyətsizliklərimizi iyirmi birinci əsrin ayağına yazaraq
ona qiymət vermək risklidir. Əlbəttə yeni gələn əsr gedən əsrdə
qazanılan uğurların, texnologiyaların davamıdır – XX əsr XIX əsri
əvəz edəndə də belə olmuşdu. 1850-ci ildə kim güman edə bilərdi
ki, bəşəriyyət atomu parçalayacaq, elektrik enerjisi insanların
həyatını asanlaşdıracaq, ancaq bununla bərabər insan nəslinin məhv
edilməsinə xidmət edəcək – atom bombaları neçə-neçə şəhəri
darmadağın edəcək, onların insan sağlamlığına təsiri hələ də hiss
edilməkdədir. XIX əsrdə bəşəriyyət kosmik raketlərin inşasını,
onların kosmosa göndərilməsini, insanın açıq kosmik fəzaya
çıxmasını və bizim mavi planetin şəklinin Aydan çəkilməsini,
zondların Günəş sistemində hərəkət edərək, yer haqqında məlumat
toplamasını xəyal edə bilməzdi. Eləcə də kommunikasiya
vasitələrinin kəşf edilməsi və inkişafı – yataq otağında duran və ya
cibimizdəki telefon bir neçə saniyə ərzində okeanın o tayındakı
yaşayış məntəqəsi ilə əlaqə yaradır, göyərtəsində minlərlə sərnişin