www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Vasif Şıxıyev
Gecikmiş qisas
26
Müstəntiqin təlimatından sonra şəxsən onun özü,
ekspertlər və digər şəxslərlə birlikdə təqribən 1 saata yaxın
müddətdə həmin ərazidə və ağacların altında axtarış işləri ilə
məşğul oldular. Amma qətlə aid ola biləcək kiçicik bir əşya da
tapa bilmədilər. Eyni zamanda əlavə ayaq izlərinə də rast
gəlinmədi. Bütün bunlar isə ərazidə baltanı tapan ekspertin
dediklərini “ Qatil bura maşınla gəlib. İdarə etdiyi maşını
avtomobil yolunun kənarında saxlayıb. Daha sonra bədənin
hissələrini doldurduğu salafanları sürüyə-sürüyə bura gətirib.
Cəsədin hissələrini salafandan çıxararaq bura düzüb, baltanı
yaxın bir yerə kor-kobud basdırıb və ondan sonra da, elə
gəldiyi kimi də çıxıb gedib” fikrini bir daha sübut etdi.
Müstəntiq Allahverdiyev ərazidə gəzişə-gəzişə burada
təhqiqat aparan ekspertlərlə müəyyən qədər söhbət apardı. O,
bir qədər öncə ekspertin dediklərini əlində gəzdirdiyi
dəftərcəsinə qeyd edirdi.
Tərlan Bayıl yamacındakı işini yekunlaşdıraraq
prokurorluğa qayıtmaq üçün maşınına əyləşdi. Elə maşınını
təzəcə işə salmışdı ki, yenidən telefonuna zəng gəldiyini hiss
etdi. Mühərriki söndürərək, telefonuna baxdı. Zəng edən yenə
də prokuror idi. Prokuror ona bildirdi ki, iki gündür televiziya
kanallarında 25-30 yaşlarında gəncin öldürülməsi xəbərinin
tez-tez yayılmasını eşidəndən sonra övladlarının itməsi ilə
bağlı bir ailə bizim prokurorluğa və Səbael rayon polis
idarəsinə müraciət etmişdir. Allahverdiyev təcili olaraq
prokurorluğa qayıtsın. Öldürülən şəxsin bu ailənin övladı
olub-olmamasını müəyyənləşdirmək lazımdır.
Prokurorluq binasına daxil olarkən foyedə dayanan bir
şəxs dərhal Tərlanın diqqətini çəkdi. Ortayaşlı, ortaboyulu,
fikirli və narahat görünürdü. Tez-tez foyenin gah o başına, gah
da bu başına addımlayırdı. Tərlan asta addımlarla prokurorluq
növbətçisinin otağına yaxınlaşarkən, diqqətini həmin şəxsə
yönəltdi. Dünən cəsədi tapılan oğlanla bu şəxs arasında az da
olsa, oxşarlıq var idi. Deməli, hər nə qədər acı olsa da, qətlə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Vasif Şıxıyev
Gecikmiş qisas
27
yetirilən gənc bu atanın oğlu idi. Tərlan növbətçiyə
yaxınlaşaraq, foyedəki şəxsi ona göstərdi.
- Bu şəxsdi, övladının itməsi ilə bağlı müraciət eləyən ?
- Bəli, yoldaş müstəntiq.
- Ona nəsə demisiniz?
- Xeyr, yoldaş müstəntiq. Prokuror bildirdi ki, müstəntiq
Allahverdiyev özü şəxsən gəlsin müraciət edən şəxslə birgə
morqa getsinlər.
- Məndən başqa daha kimsə bizimlə gedəcək.
- Xeyr, yoldaş müstəntiq. Prokuror bildirib ki, siz onu öz
maşınınızla aparasınız.
- Yaxşı, prokurora zəng vur, dəstəyi ver, mənə.
Növbətçi daxili telefonla prokurora zəng vuraraq,
telefonun dəstəyini müstəntiq Allahverdiyevə uzatdı. Tərlan
prokurora bildirdi ki, o, oğlunun itməsi ilə bağlı müraciət edən
şəxsi morqa aparır. Razılıq aldıqdan sonra Tərlan foyedəki
naməlum şəxsin yanına gəldi və əl uzadaraq onunla görüşdü.
- Övladınızın itməsiynən bağlı siz müraciət etmisiniz?
- Bəli.
- Gəlin, mənlə gedək.
Həmin şəxs daha heç nə demədən Tərlanın arxasınca
getməyə başladı. Prokurorluq binasından çölə çıxdıqda isə
Tərlan hiss etdi ki, arxasınca gələn şəxs bir balaca istiqamətini
dəyişdi. Geriyə çevrildikdə isə həmin şəxsin başqa maşına
doğru getdiyini gördü.
- Siz hara gedirsiniz?
- Maşınla gəlmişəm.
- Onda belə edək. Öndə mən gedim, arxamca da siz gələrsiz.
- Yaxşı, necə deyirsiniz.
Beləcə öndə müstəntiq Allahverdiyev Tərlan, arxada
isə öz oğlunun itməsi xəbəri ilə müraciət edən şəxs Səbael
rayon prokurorluğunun Tibbi Ekspertiza və Patoloji
Anotomiya idarəsinə yollandılar.
Maşınla morqa doğru şütüyərkən Tərlan tez-tez
güzgüdən həmin şəxsin onun arxasınca gəlməsinə baxırdı.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Vasif Şıxıyev
Gecikmiş qisas
28
Tərlan maşını tələsmədən idarə etdiyi halda hiss edirdi ki,
arxadan gələn şəxs yaman səbirsizdir. Elə hey onu qabaqlayıb
önə keçmək istəyirdi. Hələ prokurorluğun binasında olduqları
anda Tərlanın qəribə baxışlarla onu sezməsi də həmin şəxsdə
müəyyən şübhələr oyatmışdı. Yol boyu Tərlan güzgüdən ona
baxdıqda bir neçə dəfə həmin şəxsin telefonla danışdığını da
gördü. Yəqin ki, ona tez-tez zəng vuranlar onun həyat yoldaşı
və ya digər yaxınlarıydı. Yəqin ki, onlar da səbirsizliklə bir
xəbərin verilməsini, dəqiq məlumatın əldə olunmasını
gözləyirdilər.
Yol boyu Tərlan həmin şəxsin siması ilə dünən cəsədi
tapılan və bir qədər öncə morqda gözü önündə olan gənc
oğlanın simasını bir daha gözü önündə qarşılaşdırdı. Tərlan
100% olmasa da, böyük ehtimalla qətlə yetirilənin bu şəxsin
övladı olduğunu yəqin etdi. Artıq günorta idi və nəhayət ki,
onlar morqa gəlib çıxdılar.
Birlikdə morqa daxil olanda onları səhər saatlarında
Tərlanla söhbət edən həkim-ekspert qarşıladı. Tərlanın
yanındakı şəxsi görən həkim-ekspert də işin nə yerdə
olduğunu anladı. Həkimin onu necə sezdiyinə fikir verən
həmin şəxs də deyəsən baş verənlərdən duyuq düşmüşdü.
Həkim-ekspert onlara arxasınca gəlmələrini bildirdi.
Tərlan hiss edirdi ki, artıq atanın gözləri dolub, yaş damcıları
gilələnməyə başlayıb, ayaqları isə irəli getmir, sanki yerlə
sürünürdü. Cəsədlərin saxlanıldığı kameraya yaxınlaşdıqda isə
Tərlan daha irəli getməyərək qapı önündə dayandı. Həkimin
və həmin şəxsin kameraya daxil olmasından bir neçə saniyə
keçmişdi ki, içəridən dəhşətli bir bağırtı səsi gəldi.
İçəridən inilti, hıçqırıq, ağlaşma səsi kəsilmirdi. Bu
zaman dəhşətli səsə daha bir neçə morq işçisi də içəri daxil
oldular. Lakin onlar cəsədlər saxlanılan kameraya
yaxınlaşdıqda
qapının
önündə
prokurorluq
işçisinin
dayandığını görüb daha irəli getmədilər, işin nə yerdə
olduğunu anladılar. Eyni zamanda Tərlan da bir əl hərəkəti ilə
onlara dayanmalarını və geri qayıtmalarını işarə etdi.
Dostları ilə paylaş: |