www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Vasif Şıxıyev
Gecikmiş qisas
87
qapının zəngini basaraq Süleymanın gəlməsini gözlədi.
Qapının zənginin dəfələrlə çalmasına və həyətdəki itin xeyli
hürməsinə baxmayaraq, heç kim qapını açmırdı. Tərlan zənn
etdi ki, Süleyman evdə yoxdur. Maşınına əyləşib geri
qayıtmaq istəyirdi ki, qapı açıldı və Süleyman qapının önündə
göründü. Tərlan yenidən geri qayıtmalı oldu.
- Salamün-əleyküm.
- Əleyküm-salam, yoldaş müstəntiq.
- 5-10 dəqiqə vaxtınız var, söhbət eləməyə.
- Niyə yoxdur ki, əlbəttə var. Buyurun evə. Amma zəhmət
olmasa, ikicə dəqiqə burda gözləyin. İtin başını bağlayım.
Məndən
başqa kimisə görsə, özünü saxlaya bilmir.
Axsaya-axsaya həyətə dönən Süleyman iki-üç dəqiqə
sonra geri qayıtdı və onlar birlikdə həyətə daxil oldular.
Həyətə girərkən, Tərlan burada yalnız bir avtomobil gördü.
Axırıncı dəfə Süleymanla görüşərkən o, prokurorluğa
üzərində təmir işinin aparıldığı çox aydın görünən “RANGE
ROVER” markalı avtomobillə gəlmişdi. Amma həmin
avtomobil həyətdə yox idi. İndi həyətdə yalnız əvvəlki ağ
rəngdə “TOYOTA-PRADO” markalı avtomobil saxlanmışdı.
Evə daxil olub masa arxasında əyləşdikdən sonra Tərlan
söhbətə başladı:
- O biri maşını həyətdə görmədim. Təmiri hələ yekunlaşmayıb
?
- Hə... Yəqin ki, RANGE ROVER-i deyirsiz? Təmirin
yekunlaşdırdım. Amma daha o avtomobili saxlamağa ehtiyac
duymadım. O avtomobil elə bil ki, mənə düşmədi. Düz iki
dəfə onunla yüngülvari qəza elədim. Keçən il dekabrın
əvvəllərində Dağıstandan qayıtdıqdan sonra 3-cü dəfə burda
küçə qapısının önündə qəza elədim. Axırıncı dəfə sizin
prokurorluğa gələndə həm özümün, həm də avtomobilimin nə
vəziyyətdə olduğumu öz gözlərinizlə görmüşdünüz. Ona görə
də, daha o maşını saxlamaq istəmədim. Təmir elətdirib
satdım, əvəzində yenidən köhnə maşınımı istifadə eləməyə
başladım.