www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Vasif Şıxıyev
Gecikmiş qisas
90
götürəcəyini bildirdi. Bundan sonra Tərlan Süleymanın niyə
dəfələrlə Rusiyaya gedib-gəlməsi ilə maraqlandı.
- Dediniz ki, noyabrın sonunda babanızın vəfatı ilə əlaqədar
olaraq Dağıstana getmisiniz. Bu haqda zəhmət olmasa bir az
geniş məlumat verin.
- Anamın ailəsi və digər yaxınları hal-hazırda Dağıstanda –
Xasavyurdda yaşayırlar. Amma onlar da əvvəlcə burada
yaşayırdılar. Noyabrın 25-də xəbər gəldi ki, babam rəhmətə
gedib.
- Allah rəhmət eləsin.
- Allah sizin də ölənlərinizə rəhmət eləsin. Bu xəbəri alan
kimi dərhal ora yola düşdüm. Yas mərasimi yekunlaşandan
sonra dekabrın üçündə artıq Bakıya qayıtdım. Çox qala da
bilməzdim. Çünki gedərkən burdakı obyektlərimi kiməsə
tapşırmamışdım. Ona görə də tələsik geri qayıtmalı oldum.
Bundan sonra baş verənlərdən də xəbəriniz var.
- Xarici pasportunuza baxmaq olar ?
- Əlbəttə, olar.
Süleyman yenə də yan otaqlardan birinə keçərək
pasportunu gətirdi. Pasportu diqqətlə nəzərdən keçirən Tərlan
Süleymanın dedikləri tarixlərlə onun həm İrana, həm də
Rusiya Federasiyasına getdiyi tarixlərin üst-üstə düşdüyünü
gördü. O, heç bir yanlış məlumat verməmişdi. Deməli,
Rasimin oğlu İbrahimin Moskvada öldürüldüyü vaxt
Süleyman artıq Azərbaycanda olmuşdu. Daha burda qalmağın
əbəs olduğunu hiss edən Tərlan ayağa qalxmaq istəyirdi ki,
birdən Süleyman ona bəlkə də gözləmədiyi bir sualı verdi.
- Yoldaş müstəntiq... Anladığım qədər deyəsən bu
cinayətlərdə məndən də şübhələnirsiniz ?
Tərlan bir balaca duruxsundu. Beynində bir-iki saniyə
nə cavab verəcəyini fikirləşdi. Amma vəzifəsinin tələblərinə
uyğun olaraq o hər şeyi olduğu kimi Süleymana deyə də
bilməzdi. Sonra gülümsünərək:
- Yox, nə danışırsınız. Sadəcə olaraq istintaqın gedişində
ortaya çıxan bəzi faktları dəqiqləşdirmək və sizi get-gələ